“Pulları yığıb cibinə qoyub” - Bank müdirinə qarşı İTTİHAM
Sosial
Oxunub: 548
11 sen 2019 | 23:48
 “Pulları yığıb cibinə qoyub” - Bank müdirinə qarşı İTTİHAM

Biləsuvar rayon sakini Mahmudov Əzizəli Zahirəli oğlu bank fırıldağı ilə üzləşdiyini iddia adir.

Şikayətçi BakuPost-a bildirib ki, “Zamin Bank”ın Biləsuvar filialının müdiri Emin Əliyevin qanunsuz əməllərinə görə ona maddi və mənəvi ziyan dəyib. Onun sözlərinə görə, dövlətin sahibkarlar üçün ayrılan güzəştli kreditdən yararlanaraq, 36 aylıq olmaqla illik 6 faizlə 15 min manat kredit götürüb və vaxtı-vaxtında ödəyib. Bundan sonra daha iki dəfə eyni məbləğdə kredit götürüb.
Şikayətçinin sözlərinə görə, Zamin bankın müdiri Emin Əliyev hər kredit müraciətində ondan qabaqcadan 2 min manat pul alıb.

“Bunun üçün də yetərincə sübutlarım və faktlarım var. Səbəbini soruşanda “yuxarının tapşırığı ilə adı ilə edirəm” deyirdi. Lakin bu əməldən heç kimin xəbəri yox idi. 2015-ci ilin 30 dekabrında atam Mahmudov Zahirəli sərraf oğlu evimizi girov qoyaraq, yenidən 15 min manat pul götürdük. Girov da qoyanda ev sakinlərinin hər biri imza atmalıdır. Lakin heç birimiz imza çəkməmişik. Atam bu pulu götürəndə bankın müdiri 2 min “şapka”dan əlavə 700 manat sığorta üçün saxladı”. Lakin sonradan bəlli olub ki, heç bir sığorta aparılmayıb:

“Mən ondan sığorta sənədi istəyəndə dedi ki, neynirsən, özüm həll edirəm. Mən də onun sözünə inandım və krediti vaxtlı-vaxtında ödəməyə başladıq. 15 min manat üçün ayda 75 manat ödəyirdik. Yəni 18 ay 75 manat, ondan sonra isə həmin məbləğ bölünəcəkdi aylara... Lakin 2018-ci ilin fevralın 9-da atam qəfildən rəhmə getdi. Pul da atamın adınadır, evimiz isə girovda. Hüzuru yola verəndən, təxminən iki ay sonra həmin müdirin yanına getdim. Münasibətimiz yaxşı olduğundan “xalaoğlu” deyə, müraciət edirdim. Ondan sığortanın sənədlərini tələb edəndə məlum oldu ki, əslində, sığorta olunmayıb. Yəni həmin 700 manatı alıb cibinə qoyub”.

Bundan sonra o, müxtəlif qurumlara şikayət edib: “Mən onun məni aldatmasına görə prokurorluğuna müraciət etdim. Nəticə isə həmin müdirin lehinə oldu. Tək də yox, rayondan 4 nəfərlə müraciət etdik. Həmin adamların da başına eyni oyunu açıb. Məsələ böyüyəndən sonra şikayətçilərin birinin pulunu qaytardı, hətta əlavə 5 min manat da verdi ki bu işin üstünə çox getməsin. Mənimsə problemim həll olunmur. Respublika Prokurorluğuna da teleqram vurmuşam, daha yer qalmayıb ki, müraciət etməyim. Hər yerdən işi ləğv etdirirlər. 2019-cu ilin 19 martında Zakir Qaralov vətəndaşları qəbul günü oldu. Mənim də Respublika Prokurorluğundan rəsmi qəbul ərizəm vardı. Lakin məni qəbula girməyə qoymadılar. Dedilər ki, siz narahat, olmayın işinizi həll edəcəyik həmin adamın işində cinayət əməlləri var. Ancaq sonda Emin Əliyevin xeyrinə qərar verdilər. Əlimdə onun səs yazıları var. Telefon danışıqlarımızda hər şey adın görünür. Kredit verdiyi üçün məndən rüşvət istəməsi və əlavə olaraq sığorta adı ilə 700 manat alması... hamısı o telefon danışıqlarında var. Lakin müstəntiq telefon danışıqlarına sübut kimi baxmır”.

Şikayətçi tələb edir ki, ondan rüşvət kimi alınan 5700 manat pulunu qaytarsınlar və evlərini girovluqdan çıxarsınlar.

Məsələ ilə bağlı BakuPost-a açıqlama verən ləğvolunma prosesində olan “Zamin Bank”ın Biləsuvar filialının müdiri Emin Əliyevin ittihamları qəbul etməyib. Onun sözlərinə görə, bu şikayətlərin hamısı vətəndaşın krediti ödəmək istəməməyilə bağlıdır: “Onun dedikləri şər-böhtandır. Artıq bunu hamı bilir. Əvvəla biz heç kimi sığorta etmirik. İkinci də sığorta pula yox, əmlaka edilməliydi. Yəni sığorta olsaydı belə, onun atasının vəfat etməsi kredit borcunun bağlanmasına səbəb ola bilməzdi. O bizə şər atır. Buna görə də onu məhkəməyə verəcəyik”.

Bank müdiri telefon danışığı məsələsinə də münasibət bildirmək istəməyib.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...