Bakıda evakuasiya şousu: Sürücü yanında ola-ola maşını zorla apardılar - VİDEO
Sosial
Oxunub: 1 410
19 iy 2015 | 05:44
Bakıda evakuasiya şousu: Sürücü yanında ola-ola maşını zorla apardılar - VİDEO

















“Mən bilmirdim burada maşın saxlamaq olmaz”

İyulun 16-dan 17-nə keçən gecə, saat 00:33 radələrində Bakının Neftçilər prospektində – Dənizkənarı Milli Parkda yerləşən Saat qülləsinin yanında sürücü ilə yol polisləri arasında qalmaqal yaşanıb.

Azerinfo.az-ın Avtosfer.az-a istinadən verdiyi məlumata görə, “Hyundai Tucson” markalı, 90 BV 166 dövlət nömrə nişanlı avtomobilin sahibi nəqliyyat vasitəsini Muzey Mərkəzi ilə üzbəüz yolan kənarında saxlayıb.

Bir qədər sonra Yol-Patrul Xidməti əməkdaşları həmin nəqliyyat vasitəsinin fotolarını çəkərək oradan uzaqlaşıblar. Daha sonra isə 99 YP 382 dövlət nömrə nişanlı DYP avtomobili və evakuator həmin “Hyundai Tucson”a yaxınlaşaraq nəqliyyat vasitəsini evakuasiya etməyə başlayıblar. Bu zaman avtomobilin sahibi yol polislərinə yaxınlaşaraq özünü təqdim edib və avtomobilin evakuatordan düşürülməsini xahiş edib. Lakin yol polisləri vətəndaşın haqlı tələbini yerinə yetirmək əvəzinə ona qarşı kobudluq ediblər. YPX əməkdaşları sürücünü itələyərək onun mobil telefonunu əlindən alıblar. Sonra tərəflər arasında mübahisə yaranıb. Bu arada isə mülki şəxslər avtomobili evakuatora yükləyərək cərimə meydançasına aparıblar.

Serjant rütbəli yol polisi əməkdaşı sürücüyə bildirib ki, bu avtomobilin evakuasiya olunması barədə göstərişi Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti alayının komandiri Rəşadət Babayev verib: “Ona görə də, sabah gedib Rəşadət müəllimin yanına, sözünüzü ona deyərsiz”.

Avtomobilin sürücüsü İlkin Sadıqov Avtosfer.az-ın əməkdaşına bildirib ki, o, avtomobilin evakuasiya olunduğunu gördükdə dərhal ora yaxınlaşıb və yerində cərimə ödəməyə hazır olduğunu deyib:

“Bildirdim ki, maşını düşürsünlər, protokol yazsınlar, gedib cəriməmi ödəyərəm. Mən bilmirdim burada maşın saxlamaq olmaz. Keçən il də burada saxlamışdım. Amma heç nə deməmişdilər. Kənardan gəldiyim üçün xəbərim yox idi. İndi də maşını saxlayıb getdim, götürüb apardılar. Mən maşını cərimə meydançasından çıxarmaq üçün getmək istədim. Amma yol polisləri deyirlər ki, sabah gələrsən”.

Avtosfer.az hadisə yerindən çəkilmiş videonu təqdim edir. Videodan da görünür ki, avtomobil sahibi həqiqətən də olay yerindədir. Lakin onun avtomobilini zorla evakuasiya edirlər. Bundan əlavə, evakuasiya prosesinin kobud şəkildə aparılması, maşını sürüyüb güc-bəla ilə evakuatora yüklədikləri də tam aydın görünür. Bütün bunlar isə kobud qanun pozuntusudur. Qaydalara görə, evakuasiya prosesi təhlükəsizlik qaydalarına əməl etməklə həyata keçirilməlidir. Ən əsası isə qanunda deyilir ki, sürücü avtomobilin yanındadırsa, nəqliyyat vasitəsi hətta evakuatora tam yüklənmiş vəziyyətdə olsa belə dərhal düşürülməli və yerində protokol tərtib edilməlidir. Bu videodan isə aydın olur ki, yol polislərinin protokol yazmaq fikri yox idi. Sadəcə, nə olursa olsun, avtomobil evakuasiya olunmalı idi.

Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq