“Sipark İnşaat” ATV-yə 14 min atdı – Reklam qalmaqalı
Sosial
Oxunub: 567
18 sen 2019 | 21:18
“Sipark İnşaat” ATV-yə 14 min atdı – Reklam qalmaqalı

Azərbaycanda fəaliyyət göstərən, adı daha çox qalmaqallı məsələlərdə hallanan “Sipark İnşaat” şirkətinin adı daha bir dələduzluq işində hallanır.

Həmin şirkətin rəhbərliyi tərəfindən aldadıldığını iddia edən "Baku Art Lab"ın təsisçisi Vüqar Təhməzov BakuPost-a müraciət edib.

Şikayətçinin sözlərinə görə, telekanalların (ATV) birində yayımlanacaq serialın çəkilişində baş sponsor olan şirkət sonradan pulu ödəməkdən imtina edib. Onun reklamı ATV-də iki ay yayımlanıb və bununla da şirkətin 14 min borcu yaranıb. Lakin şirkət rəhbərliyi müxtəlif bəhanələrlə pulu ödəməkdən boyun qaçırır:

““Sevgi Naminə” adlı serialın çəkilişləri üçün təşkilati dəstəklə bağlı "Sipark İnşaat"la razılaşma əldə etdik. Hətta menecerimiz Vüsalə xanım və həmin şirkətin nümayəndələri arasında danışıqlardan sonra onlar seriala baş sponsor olmaq istədilər və qarşılıqlı anlaşma əsasında müqavilə də hazırladıq. Müqaviləyə səlahiyyətli şəxs kimi özüm qol çəkdim və möhür vurdum. Daha sonra müqaviləni həmin tikinti şirkətinə yolladım".

V.Təhməzov bildirib ki, onlar müqaviləyə imza atmağı gecişdiriblər:
"Sən demə, bunlar "Sipark İnşaat” dələduzluq metodu imiş. Demişdilər ki, reklam yayınlamağa başlasın müqaviləni imzalayarıq. Bir müddət sonra müqaviləni səlahiyyətli şəxs kimi mühasibatlıq şöbəsindən bir xanımın imzalayacağını bildiriblər. Lakin həmin xanım sənədləri imzalamaqdan imtina edərək, rəhbər Kənan bəyin Türkiyədə olduğunu və gələndən sonra onları özünün imzalayacağını dedi. Bu minvalla serial çəkilir və onların reklamı yayımlanırdı. Qeyd edim ki, müqaviləni qarşı tərəf hazırlamışdı, şərtlər razılaşdırılmışdı və bizə möhürləmək üçün göndərilmişdi. Biz də öz əlavəmizi edib, onlara göndərməli və reklamçı tərəfin səlahiyyətli şəxsi imzalamalıydı. Biz üzərimizə düşənləri etdik, onlarsa bizi yola verməklə məşğul oldular.

Təqribən bir ay məsələ belə uzandı. Biz isə həmin vaxt şirkətin ofisində serialın çəkilişlərinə start verdik. Danışıqlara əsasən “Separk” seriala həm təşkilati dəstək, həm də baş sponsor idi. Misal üçün, təşkilati dəstəyə görə şirkət bizə bir ayda 1500-2000 manat məbləğində pul ödəməli idi. Lakin əvəzində onlar bizə çəkilişlər üçün avtobus verdilər".

"Sipark İnşaat”ın reklam xərclərini ödəməməsi qarşı tərəfə maddi və mənəvi ziyan vurub:
"Danışıqlara əsasən hər ay 7 min manat məbləğində pul ödəməli idilər. Mən onlara arayış da yollamışam. Təqribən iki ay, iki həftəyə qədər reklamları televiziyada gedib. Ödənişin də 50 faizi bizim, 50 faizi isə telekanalın olmalı idi. Axı mən də işçilərin əmək haqqını ödəməliyəm.

Onlarla danışmaq üçün dəfələrlə ofislərinə müraciət etdim. Lakin nə ofisdə, nə də telefonlarıma cavab verən oldu. Daha sonra Kənan bəyi tapdım və reklamı dayandırmaq haqqında söhbət apardım".
V.Təhməzov bildirib ki, qarşı tərəf müqaviləyə imza atmadığı üçün çıxılmaz vəziyyətdə qalıb. İndi o, aylardır müəyyən edilmiş məbləği şirkət rəsmisindən ala bilmir: “Onlar bizim ağlımızə gəlməyən formada dələduzluq etdilər. Rəsmi müqaviləni imzalamamaqla bizi məhkəməyə müraciət hüququndan məhrum etdilər. Amma yaxşı ki, aramızda telefon danışıqları var. Oradakı danışıqlarda bizə borclu olduğuqları və yaxın vaxtda ödəmələrinə söz verdikləri əks olunur. Səs yazılarını sizə də təqdim edirəm. Buyurub, aidiyyəti qurumlar bu səslərə qulaq asıb, ədalətli qərar versinlər”.

Məsələ ilə bağlı "Sipark İnşaat”ın mətbuat xidməti İradə Nurəddinqizi təmsil etdiyi qurumun heç kimə borclu olmadığını deyib. O, BakuPost-a bildirib ki, rəsmi müqavilə olmadığına görə onları kimsə dələduzluqda ittiham edə bilməz: “Arada heç bir müqavilə yoxdur. Amma şifahi razılaşma olub. Onlara bildirilib ki, əgər serial reytinqli olsa, şirkət sponsorluq edəcək. Amma serial çox zəif oldu, heç bir reytinq vermədi, iona görə də müqavilə bağlanmadı”.

Mətbuat sözcüsünün daha sonra dedikləri isə əslində, "Baku Art Lab"la "Sipark İnşaat” arasında əməkdaşlığın olduğunu təsdiqləyir: “Onlar seialda bizim reklamımızı ola bilsin ki veriblər. Əvəzində isə bizim əmlakımıza ziyan vurublar. Avtomobillərimizdən istifadə ediblər, məkanımızdan yararlanıblar”.

İ.Nurəddinqızı "Sipark İnşaat” rəhbərliyinin səs yazılarının olduğu, müqavilə və reklama görə borclu olmasını təsdiqləyən səs yazısı məsələsinə də münasibət bildirib: “Hansı səs yazısı? Bilirsiz ki, icazəsiz səs yazmaq qanunla qadağandı”.

Qeyd edək ki, bu, "Sipark İnşaat”la bağlı ilk hadisə deyil. Bundan əvvəl də serial çəkilişlərinə sponsor olması və pulu ödəməməsi barədə bir neçə fakt mövcuddur.

Yazının davamı olacaq.“Sipark İnşaat” ATV-yə 14 min atdı – Reklam qalmaqalı
Bu gün, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Bu gün, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Bu gün, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Bu gün, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Bu gün, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Bu gün, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Bu gün, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Bu gün, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Bu gün, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Bu gün, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Bu gün, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Bu gün, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Bu gün, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Bu gün, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Bu gün, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Bu gün, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Bu gün, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Bu gün, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Bu gün, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Bu gün, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
Dünən, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
Dünən, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
Dünən, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
Dünən, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
Dünən, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
Dünən, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
Dünən, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb