“Payım” kolbasa və sosiskalarının "Halal" sertifikatı ləğv edilib - QALMAQAL
Sosial
Oxunub: 626
30 sen 2019 | 17:53
“Payım” kolbasa və sosiskalarının "Halal" sertifikatı ləğv edilib - QALMAQAL

“AzeSERT HALAL” “Halal” Məhsulların Sertifikatlaşdırılması Orqanı halal qida istifadəçilərinin nəzərinə çatdırır ki, “Payım” kolbasa və sosiskaları “Halal” deyil.

“Payım” kolbasa və sosiskalarının istehsalçısı “Al-Sana” MMC tərəfindən AZS 731-1-2015 saylı HALAL QİDA Dövlət Standartının 5.2., 5.3.b), 5.9. və 5.11. maddələrinin kobud şəkildə pozulduğu aşkar edilib.

FED.az məlumat verir ki, “AzeSERT HALAL” “Halal” Məhsulların Sertifikatlaşdırılması Orqanından “Marja”ya bildirilib ki, şirkətin istehsal etdiyi “Payım” Əmtəə Nişanlı kolbasa və sosiskaların HALAL QİDA Standartına uyğun olmadığı üçün həmin məhsullara verilmiş AZ031.14.01.07848.17, AZ031.14.01.07849.17, AZ031.14.01.078450.17, AZ031.14.01.07851.17 saylı, 28 dekabr 2017-ci il tarixli “Uyğunluq Sertifikat”-ları ləğv edilmişdir.

“HALAL” Əmtəə Nişanından “Al-Sana” MMC tərəfindən istehsal olunan “Payım” Əmtəə Nişanlı kolbasa və sosiskaların üzərində və digər reklam xarakterli məlumatlarda istifadəsi qadağan edilmişdir.

Məlumat üçün bildirək ki, HALAL QİDA Dövlət Standartının 5.2., 5.3.b), 5.9. və 5.11. maddələri müvafiq olaraq kəsim qaydaları, qoruyucu qida əlavələri, qida gücləndiriciləri və qida qatqı maddələri üzrə tələbləri müəyyən edir.

“AL-SANA” MMC-DƏN AÇIQLAMA

“Al-Sana” MMC-nin hüquqşunası Kamran Əfəndiyev məsələ ilə bağlı “Marja”ya bildirdi ki, “Al-Sana” MMC 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə “Azsert Halal” MMC-nin tərtib etdiyi aktın və qərarın ləğv edilməsi üçün ərizə ilə müraciət edib: “Məhkəmənin 19 Sentyabr 2019-cu il tarixli qərarı ilə ərizəmiz əsaslı olduğundan təmin edilib. Yəni, Məhkəmənin qərarı ilə “Azsert Halal” MMC-nin “Uyğunluq Sertifikat”-larının ləğv edilməsi və “HALAL” Əmtəə Nişanından istifadənin qadağası barədə qərarının icrası dayandırılıb. Proses yekunlaşanadək sertifikatlar qüvvədədir. Məndə olan məlumata görə, qarşı tərəf məhkəməyə şikayət verməyib”.

“GUYA ALDIĞIMIZ QİDA ƏLAVƏLƏRİ VƏ ƏDVİYYATLAR “HALAL” DEYİL”

Kamran Əfəndiyev bildirdi ki, “Al-Sana” MMC bu ilin Dekabr ayından sertifikatlaşdırma orqanı olan “Azsert Halal” MMC ilə əməkdaşlığı dayandırmağa qərar verib. Bu qərardan sonra “Azsert Halal”ın şirkətə qarşı münasibəti pisləşib, ilk öncə akt tərtib edilib, sonra qərar qəbul edilib:

““Uyğunluq Sertifikat”-larının ləğv edilməsinə əsas olaraq qida əlavələrini və ədviyyatları aldığımız şirkətlərin “Halal” sertifikatlarının olmaması göstərilib. “Azsert Halal” bizdən tələb edir ki, aktda adları göstərilən şirkətlər ilə işləməyək. Əslində bu şirkətlərin çoxu “Halal” sertifikatlara sahibdirlər və biz məhkəmədə də təqdim etmişdik. Bir sıra qida əlavələri və ədviyyat istehsalçılarının isə “Halal” sertifikatı almasına ehtiyac yoxdur və ya onların sertifikatlaşdırılması üçün da standard və mexanizm də mövcud deyil. “Azsert Halal” 2017-ci ilin Dekabr ayında sertifikatları bizə təqdim edən zaman da bu faktları bilirdi. Nə üçün həmin vaxt qida əlavələri və ədviyyat təchizatçılarının “Halal” sertifikatları tələb edilmədi və bizə “Halal” sertifikatı verildi?!. “Al-Sana” MMC Dekabr ayında müddəti başa çatan sertifikatların yenilənməsini “Azsert Halal” MMC vasitəsilə həyata keçirmək istəmir, ehtimal ki, onlar müştərini itirməmək üçün bizə bu cür təzyiqlər edirlər. Həmçinin “Azsert Halal” bizim təchizatçıların onlardan sertifikat almaları məqsədini güdür. Bizim vasitəmizlə onlara da təzyiq edilir, belə ki, “Biz təchizatçılardan sertifikat tələb edək, onlar da mallarını satmaq üçün məcbur olaraq “Azsert Halal” sertifikat əldə etsinlər”. Biz Dekabr ayında sertifikatları “Azsert Halal”də yeniləməyəcəyik, beynəlxalq “halal” sertifikatı almağı nəzərdə tuturuq”.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər