4-10-2019, 19:19 Oxunub: 249

Sahil Babayev mitomaniyanın girovluğunda... - İTTİHAM

Sahil Babayev mitomaniyanın girovluğunda... - İTTİHAM

Mitomaniya xəstəliyi insanların öz danışdıqları yalana inanmasıdır. Bu tip insanlar səhvlərini örtbasdır etmək üçün davamlı olaraq yalan danışırlar. Bir müddət sonra isə öz danışdıqları yalana artıq özləri inanmağa başlayır. Bu insanlar üçün yalan həyatlarının əvəz olunmaz hissəsinə çevrilmişdir. Mitomanlar ən çox öz mənfəətləri və ya başqalarının diqqətini çəkmək üçün yalana üz . Danışdıqları yalanlar aşkarlandığı halda belə onlar narahatlıq keçirmirlər. Çünki yalan danışmaq onlar üçün ən adi haldır.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin bir illik fəaliyyətinin nəticələrini və həmin müddət ərzində mənasız danışdıqlarını qarşılaşdırsaq, onun durmadan yalan danışdığına şahid olarıq. O, daha çox görülən işlər haqqında danışmaq yerinə gələcək perespektivdə görülməsi proqnozlaşdırılan işlər haqqında danışmağa üstünlük verir. Xalq 30 ildir Qarabağ məsələsində "Lazım”ın gəlməsini gözləməkdən boğaza yığılıb. Bu cür boş vədlər artıq xalqı sakitləşdirmir. Əksinə, xalq yalan vədlərə, pafoslu nitqlərə və reklam xarakterli fəaliyyətlərə çox aqresssiv yanaşır.

Sahil Babayevin rəhbərlik etdiyi qurumun çox şaxəli fəaliyyət istiqaməti var. Bu sahəni qısa bir zaman kəsiyində öyrənmək və bu sahədə inqilabi islahatlar aparmaq qeyri-mümkündür. O, tutduğu vəzifəyə təyinat aldıqdan sonra rəhbərlik etdiyi qurumda məmur soyqırımı həyata keçirdi. Nazirlik sistemində aparılan kadr islahatları adıyla uzun müddət bu sahədə çalışan hazırlıklı kadrlar kütləvi olaraq nazirlik sistemindən kənarlaşdırıldı. Onların yerinə isə özünün dostlarını, qohumlarını, tanışlarını və tanınmışların yaxınlarını gətirdi. Ağıl var, məntiq var. Həyat bu qədər asan və rahat olsaydı insan oğlu doğulan kimi qalxıb gəzərdi. Sahil Babayev cəmi bir ildir rəhbərlik etdiyi qurumda köklü islahatlar aparır. Bu islahatlar analoq konsepsiyalara dayanır və tətbiq etmək istədikləri sahədə təcrübə edilməyib. Eyni zamanda həmin islahatlar qeyri-peşəkar komanda tərəfindən hazırlanır və icra olunur. Buna görə də, nə özünəməşğulluq proqramı, nə şəhid ailələrinə verilən birdəfəlik siğorta ödənişi, nə də analoq DOST konsepsiyası hakimiyyətin lehinə çevrilə bildi. Hökümətin bu sahədə bütün əməyi boşa çıxdı.

Sahil Babayev ictimaiyyət arasında çəkisini itirən məmurlar karvanının başında durur. O, yalan və pafoslu çıxışlarla özünü yuxarıların gözünə soxmağa çalışır. Gənc nazir ölkədə hamının yerinə danışır. Gah kommunal xərclərdən, gah xarici ticarət əlaqələrindən, gah bank kreditlərindən, gah da iqtisadi islahatlardan danışır. Boş vaxtı olanda da, rəhbərlik etdiyi qurumun fəaliyyətsizliyini tənqid edənlər barəsində ittihamlar səsləndirir.

Sahil Babayev durmadan inqilabi islahatlardan bəhs edir. O, 2018-ci ildə 7300 nəfərin və 2019-cu ildə isə 10 000 nəfərin özünəməşğulluq proqramı üzrə aktivlərlə təmin olunmasından danışır. Özünüməşğulluq proqramı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən biridir.

"Proqram Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 aprel 2016-cı il tarixli "Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı əsasında icra olunmağa başlayıb. 2017-ci ildə proqramdan 1 281 nəfər iş tapmaqda çətinlik çəkən, sosial müdafiəyə xüsusi ehtiyacı olan ailə faydalanıb. Həmin vaxt proqramın icrası ilə bağlı intensiv narazılıq müşahidə olunmayıb. 2018-ci ilin 01 Yanvar 2018-ci il tarixdən isə "İşsizlikdən sığorta haqqında” qanunun qəbul olunması ilə yaranan yeni maliyyə mənbəyi özünüməşğulluq proqramının əhatə dairəsinin daha da genişləndirilib. 2018-ci ildə özünüməşğulluq proqramına cəlb edilmiş şəxslərə aktivlərin alınıb verilməsi prossesinə 9 oktyabr 2018-ci il tarixindən başlanılıb. Ötən il aktivlərin alınması və paylanmasında çoxsaylı narazılıqlar müşahidə olundu. 2018-ci ildə özünüməşğulluq proqramına 7000 vətəndaşın cəlb edilməsi nəzərdə tutulmuşdu. Lakin, proqram kəsirlə icra olundu. Redaksiyamıza daxil olan dəqiqləşdirilməmiş məlumatda proqram iştirakçılarının 40 faizinin hələdə aktivlərlə təmin olunmadığı bildirilir. Aktivlərlə təmin olunan vətəndaşlara isə xəstə, qısır, süddən kəsik, qoca və əldən düşmüş yararsız heyvanlar verilir. Nazirliyin korrupsiyalaşan və rüşvətə bulaşan özünüməşğulluq proqramına etiraz edən kənd əhalisini nazir Sahil Babayev heyvanlara düzgün qulluq etməməkdə ittiham edir.

Reallıq odur ki, ölkədə ictimai narazılıqlar Sahil Babayevin töhvələriylə günü-gündən daha da çiçəklənir. Lakin, gənc nazirin yalan danışma alışqanlığı daha da dərinləşir. Bu səfər məşğulluq orqanları xətti ilə sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) işəgötürənlərlə birlikdə maliyyələşdirilməsini gündəmə gətirib. 2018-ci ilin İşsizlikdən siğorta fondunun büdcəsində də, bu cür bir tədbir nəzərdə tutulmuşdu. Lakin, şərtlər sərt olduğuna görə bundan heç bir sahibkar yararlana bilmədi. Eyni şərtlərlə 2019-cu ildə sahibkarların bundan faydalanması real görünmür. Bəs görəsən Sahil Babayev reklam xətrinə niyə yalan danışır? Statistik rəqəmlərlə və pafoslu çıxışlarla informasiya yaymaq əhali arasında daha çox narazılıq yaradır. Sahil Babayevin yalanları və pafoslu çıxışları fonunda xalqın dövlətə olan inamı azalır.

Bir tərəfdən yoxsulluq, o bir yandan nazirin əsabələrinin özbaşınalığı... Əhali onsuzda çətin vəziyyətdə yaşayır. Bir yandan da xalqa xəstə heyvanlar vermək, yalançı vədlərlə aztəminatlı ailələri ümidləndirmək, dövlətdən sosial dəsdək alan şəxsləri bundan məhrum etmək və bu kimi xalqın əleyhinə olan qeyri-peşəkar yanaşmalar xalqın hakimiyyətə olan güvənini azaldır. Sahil Babayevin özünü qənaətçil göstərmə cəhdi və heç bir təcrübəyə əsaslanmayan "inqilabi islahatları” ictimai narazılıqları pik həddə çatdırıb. O, xalqı dözümsüzlük həddinə çatdırıb. Onun ləğv etdiyi əlilliklər, uşaq pulları, yardımlar, müavinatlar və sair dövlət təminatları xalqın yeganə gəlir mənbəyidir. Bu gün saxta yolla əlillik dərəcəsi verən həkim də, saxta pensiya, müavinat və sosial yardım təyin edən məmur da, rüşvət verərək saxta əlillik, müavinat, yardım və sair alan vətəndaş da buna məcburdu.

Nazirliyin saxta əlillik, müavinat, yardım və sair təyin edən məmurunun orta aylıq əmək haqqı 300-350 manatdır. Vətəndaşlar isə heç olmasa minimum əmək haqqı səviyyəsində bir iş tapa bilmir. Məmurdan və xalqdan ac-yalavac yaşamaq tələb olunur. Bu gün ölkəmizdə məhkum olunmuş bir dustağın təcridxanada saxlanılması üçün 18 manat 50 qəpik vəsait ayrılır. Dövlət qulluqçusunun aylıq gəliri isə bundan xeyli aşağıdır. Məmur həmin gəlirlə eyni zamanda ailəsinin dolanışığını təmin etməlidir. Sahil Babayev və dostları isə sürətlə varlanır. Sonra da deyirlər ki, xalq görəsən 19 yanvarda niyə meydanlara töküldü. Ona görə ki, Sahil Babayevin qaladığı ocağın tüstüsü hələ uzun müddət meydanları bürüyəcək.

Əgər ölkə başçısı durumu öz şəxsi nəzarətinə götürməsə...
Miq.Az
Flora Kərimova yalan danışıb? Flora Kərimova yalan danışıb? Medeniyyet Dövlət İmtahan Mərkəzi abituriyentə qarşı: Kim yalan danışır? – VİDEO Dövlət İmtahan Mərkəzi abituriyentə qarşı: Kim yalan danışır? – VİDEO Sosial Anası narahat olmasın deyə yalan danışan əsgər şəhid oldu - FOTO Anası narahat olmasın deyə yalan danışan əsgər şəhid oldu - FOTO Dunya Astan Şahverdiyev müğənni ilə torpaq davasından danışdı - “Ağzına gələni danışır” Astan Şahverdiyev müğənni ilə torpaq davasından danışdı - “Ağzına gələni danışır” Medeniyyet Bir-birinə qoşulub qaçdığı deyilən qızlardan birinin valideyni danışdı: Bir-birinə qoşulub qaçdığı deyilən qızlardan birinin valideyni danışdı: "Yalan məlumatdır" Hadise