8-10-2019, 10:31 Oxunub: 193

Bu adların qoyulması qadağan edildi — Nağdı, Çiçəklən, Yaxşıtəhər... - SİYAHI

Bu adların qoyulması qadağan edildi — Nağdı, Çiçəklən, Yaxşıtəhər... - SİYAHI

Sentyabr ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyaya adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən daxil olan 68 müraciətə baxılıb.
"Ölkə.Az"ın məlumatına görə, bu barədə Xezer TV-yə Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqova deyib.

Onun sözlərinə görə, müraciətlərdə qeyd olunan 22 adın körpələrə qoyulması tövsiyə edilməyib və valideynlərin həmin adları övladlarına qoymaq cəhdlərinin qarşısı alınıb: "Küheyl, Sofu, Saida, Əliyənaqi, Əliyənvəluyullah, Kapitalina, Həzrətəli, Meysəm, Ezel, Sada, Rina, Füruri, Sülhe, Nəroğlan, Ülya, Əliaçıq, Nağdı, Çiçəklən, Yaxşıtəhər, Qulfallah, Fatehsultan adlarının qoyulmasına müsbət cavab verilməyib. Ümumiyyətlə, bu adların uşaqlara qoyulması qadağan edilib”.
S.Sadıqova əlavə edib ki, ötən ay bir neçə yeni adların (Şahəddin, Nəyyur, Uyqunə, Nurruh, Tamər, Aiza və s.) adlarının qoyulmasına isə icazə verilib. (azxeber.com)
Azərbaycanda körpələrə bu adların qoyulması QADAĞAN EDİLDİ – SİYAHI Azərbaycanda körpələrə bu adların qoyulması QADAĞAN EDİLDİ – SİYAHI Sosial Təkər, Arenda, Lada – Bu sözləri uşaqlara ad qoymaq istədilər Təkər, Arenda, Lada – Bu sözləri uşaqlara ad qoymaq istədilər Medeniyyet Azərbaycanda BİABIRÇILIQ: - Övladının adını CINDIR qoydu Azərbaycanda BİABIRÇILIQ: - Övladının adını CINDIR qoydu Maraqli Milli azlıqlar uşağa necə ad qoymalıdır? Milli azlıqlar uşağa necə ad qoymalıdır? Sosial Azərbaycanda uşaqlara qoyulacaq adların siyahısı təsdiqləndi Azərbaycanda uşaqlara qoyulacaq adların siyahısı təsdiqləndi Sosial