8-10-2019, 10:49 Oxunub: 248

Təhsil naziri müəllimlərdən pul yığan məktəb direktorunu işdən qovdu – VİDEO

Təhsil naziri müəllimlərdən pul yığan məktəb direktorunu işdən qovdu – VİDEO

Təhsil Nazirliyi Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktoru Bəsti Hüseynovanın müəllimlərdən pul yığması ilə bağlı iddianı araşdırıb.

Bu gün nazir müavini Məhəbbət Vəliyeva və nazirlik nümayəndələri məktəbdə olub.

Məlum olub ki, təhsil müəssisəsinin yerləşdiyi bina qəzalı vəziyyətdə olduğu üçün yeni binanın tikintisi zamanı tədris prosesinin başqa binada keçirilməsinə icazə verilib. Binanın daşınma və icarə haqları dövlət tərəfindən ödənsə də, məktəbin direktoru Bəsti Hüseynova icarə haqqı adı ilə müəllimlərdən vəsait toplanması üçün göstəriş verib.

Məhəbbət Vəliyevanın sözlərinə görə, hazırda araşdırma aparılır və bu müddət ərzində nazir Ceyhun Bayramovun əmri ilə direktor tutduğu vəzifədən uzaqlaşdırılıb.


Təhsil naziri müəllimlərin maaşlarının artırılmasından danışdı Təhsil naziri müəllimlərin maaşlarının artırılmasından danışdı Sosial Müəllimlərlə bağlı əmr imzalandı Müəllimlərlə bağlı əmr imzalandı Sosial Nazir şagirdin ölümünə görə məktəb direktorunu işdən qovub Nazir şagirdin ölümünə görə məktəb direktorunu işdən qovub Sosial "Yeni işə qəbul olunan müəllimlərin keyfiyyət göstəriciləri yüksəlib" — Nazir Sosial Pul yığan müəllimlə direktor işdən qovulacaq – Nazirlikdən xəbərdarlıq Pul yığan müəllimlə direktor işdən qovulacaq – Nazirlikdən xəbərdarlıq ---