Deputat: “Bir kişi tapılmadı ki, arvadını bıçaqlayana yumruq vursun”
Sosial
Oxunub: 421
8 okt 2019 | 16:53
Deputat: “Bir kişi tapılmadı ki, arvadını bıçaqlayana yumruq vursun”

Deputat Aytən Mustafayeva son dövrlərdə məişət zorakılığı hallarının artmasından narahatlığını bəyan edib.
Bunu deputat Aytən Mustafayeva Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişiklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, son dövrlərdə ailə zorakılığı çox artıb. “Bir neçə gün əvvəl "Avtovağzal" metrostansiyası yaxınlığında ər uşaqlarının gözü qabağında arvadını bıçaqlayıb. Ətrafdakılar prosesə müdaxilə edib, buna imkan verməmək əvəzinə, hərə əlinə bir telefon alaraq hadisəni lentə alıb. Bu hadisə də uşaqların gözü qarşısında baş verib. Bir kişi çıxmayıb ki, ona bir yumruq vursun, qadını onun əlindən alsın”.
Deputat əlavə edib ki, bundan əlavə bir şəxs metroda kiminsə dediyi söz xoşuna gəlmədiyi üçün bıçaqlayıb. “Bəs polis hara baxır? Heç olmasa, metroda insanların üzərində bıçaq olub-olmadığını polislər yoxlasın. Bu saədə qanunvericilik təkmilləşdirilməli, sərtləşdirilməlidir. Bununla bağlı Milli Məclisdə komitələrində müzakirə aparılmasına ehtiyac var. Yeri gəlmişkən, bir müddət əvvəl balta ilə qətlə yetirilən qadınla bağlı hadisəyə də münasibət bildirmişdim. Ancaq bir müğənni sonradan çıxıb dedi ki, yəqin qadının nəsə günahı olub. Bu, necə müğənnidir?! Bu hallara son vermək lazımdır. Həyəcan təbili çalınmalıdır”.
Millət vəkili Məlahət İbrahimqızı da həmkarını dəstəkləyib, bu kimi məsələlərə ziyalıların həssas münasibət ortaya qoymasını zəruri sayıb. O deyib ki, özünü ana müxalifət partiyası hesab edən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı öz ailəsinə qarşı fiziki zor işlədib.

Deputat bildirib ki, YAP-dan başqa nə QHT-lər, nə də hüquq müdafiəçiləri lazımi reaksiya vermədi.”Cəmiyyətdə bu cür cinayət hadisələrində həmrəylik olmalıdır. Hüquq müdafiəçilərinin bu cür məsələlərə ikili münasibətləri yol verilməzdir. Nə qədər ki, belə yanaşma olacaq məişət zorakılığına qarşı mübarizə lazımi effekt verməyəcək. Odur ki, məişət zorakılığına yol verən şəxsə, cəmiyyətdə hansı mövqe tutmasından asılı olmayaraq, ciddi reaksiya olmalıdır. Bax, onda mübarizənin effekti olacaq”, - M. İbrahimqızı deyib.
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək