BNA-nın "kor xəlifəsi"... - Və ya işləmək istəməyən Vüsal Kərimli...
Sosial
Oxunub: 627
9 okt 2019 | 20:44
BNA-nın "kor xəlifəsi"... - Və ya işləmək istəməyən Vüsal Kərimli...

Son zamanlar istər sosial mediada , istərsə də mətbuatda Bakı Nəqliyyat Agentliyinin ünvanına yazılan çoxsaylı tənqidlər boy göstərir.

Əlbəttə, iş olan yerdə tənqid, nöqsanlar və yanlışlar qaçılmazdır.

Lakin Agentliyin adının tez-tez çəkildiyi son günlərdə həmin tənqidlərin daha çox şikayət xarakterli olması olaylara daha ciddi yanaşıb, təhlil etməyə əsas verir.

BNA –ın istər vətəndaşlar, istərsə də media ilə işinin qurulmasında heç bir irəliləyiş sezilmir.

Vətəndaşlara haqsız cərimələrin yazılması, medianın sorğularının cavabsız qoyulması, internet televiziyasınnın debat çağırışlarından boyun qaçırılması Agentliyin iş qabiliyyətinə “qibtə etməyə” ciddi əsas verir.

KONKRET.AZ Agentliyin qaynar xətti ilə bağlantı qurub BNA rəhbərliyindən açıqlama almaq təşəbbüsündə olsa da, qurumdan redaksiyamıza hal-hazırda bizim suallarımızı cavablandıra biləcək rəsmilərin qurumda olmadığı və onlar işə gəldikdə əməkdaşımızla mütləq əlaqə saxlanılacağı məlumatı verildi.

Görəsən geridə qalan bir neçə həftə ərzində BNA ofisinə heç bir rəsmi şəxs qədəmlərini qoymayıb ki, media orqanı ilə əlaqə saxlanılıb suallara cavab verilsin.

Yəqin ki, bu informasiyadan sonra hər kəs belə bir “məsuliyyətli” qurumun “eyni məsuliyyətli” işçisi olmaq istəyər.

BNA-ın mətbuat katibi Mais Ağayev hər nə qədər özünü mediaya açıq biri kimi təqdim etməyə çalışsa da, hər halda bu təqdimatdan qırağa çıxmır.

Jurnalistin sualını cavabsız qoyub sorğuda əksini tapan məsələ ilə bağlı Agentlik tərəfindən tezliklə press –reliz vasitəsilə ictimaiyyətə cavab veriləcəyini söyləmək və həmin press – relizin təqdimatını az qala bir aya yaxın müddətdə uzatmaq heç bir mediaya açıqlıq standartlarına sığmır.

Bəlkə də, Agentliyin mətbuatla əlaqələrə məsul şəxsinin mətbuatla əlaqə qurmaq anlayışı bu sərhədləri keçmir.

Bəlkə də, onlar press – reliz hazırlaya bilmirlər. Bilməmək eyib deyil, bilməyib öyrənməmək eyibdir.

BNA-ın işçilərinin hər gün iş adı ilə “cərimə ovuna” çıxmasını demirəm.

Deməməyimin səbəbi isə zatən sürücülərin əksəriyyət faizinin bu qanunsuz “cərimə ovu”ndan yaxından xəbərdar olmasıdır.

Bizə bu qərara gəlməyə Sfera.az-ın elektron ünvanına daxil olan çoxsaylı şikayət məktubları və bir çox tanınmış simanın bu ədalətsiliyə etdiyi etirazlar əsas verir.

Belə ki, ötən günlərdə prodüser-aparıcı Tarix Əliyev – Tolik Agentliyin qanunsuz cərimə siyasətinə etiraz olaraq qurum rəsmilərini sərt tənqid edib onlara cərimə olaraq ödənilən 20 manatı “tula payı” belə adlandırmaqdan çəkinməyib.

Görəsən, BNA vətəndaşa xidmət və vətəndaş məmnuniyyəti deyərkən həmən “pay məsələsinimi” nəzərdə tuturdu …

BNA baş direktoru Vüsal Kərimlinin APATV –in düzənlədiyi debata qatılmaqdan məhz onları bir neçə gün öncə tənqid etmiş Tahir Kərimli ilə qarşılaşmamaq üçünimtina etməsinin səbəbi isə bardağı daşıran son damla oldu.

Belə ki, millət vəkili parlamentin iclasında BNA-ın iş prinspini tənqid edərək, onları hətta vəfat etmiş şəxsin adına belə cərimə yazmaqda ittiham etdi.

Vüsal Kərimlinin millət vəkili ilə debatdan qaçmasını isə qurumun söz və mətbuat azadlığına, mediaya, teledebata, onu studiyada gözləyən Azərbaycan Respublikasının Millət Vəkilinə növbəti “hörməti” kimi dəyərləndirmək olar.

Boş yerə deyilməyib ki, balıq başdan iylənər.
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA