Keyfiyyətin ünvanı - “Az-Granata” MMC
Sosial
Oxunub: 573
16 okt 2019 | 15:11
Keyfiyyətin ünvanı - “Az-Granata” MMC


Bu zavodun məhsullarına hər kəs etibar edir

Azərbaycanda şərabçılıq və spirtli içkilər sənayenin inkişafına, digər sahələrdə olduğu kimi, geniş yer ayrılır. Bu mənada spirtli içkilərin yüksək keyfiyyətli istehsalı üçün istər paytaxtda, istərsə də bölgələrdə müasir standartlara cavab verən zavodlar və müəssisələr tikilərək, istifadəyə verilib. Keçmiş dönəmlərdə olduğu kimi, bu gün də Azərbaycan araqları və şərabları nəinki indiki MDB ölkələrində, hətta Avropa ölkələrində də öz keyfiyyəti ilə tanınır. Bunun üçün Azərbaycanda kifayət qədər istehsal şəraiti, xammal və yerli mütəxəssislər var. Lakin bəzən bu inkişafa kölgə salmaq istəyən işbazlar da tapılır. Elə bu günlərdə Bakı şəhərinin müxtəlif qəsəbələrində əvvəlcədən əlbir olan bir qurup şəxsin sexlərdə saxta spirtli içkilərin istehsalının hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi əməkdaşları tərəfindən aşkar olunaraq üzə çıxarılması dediklərimizə bariz nümunədir.
Yuxarıda qeyd olunan neqativ hal birinci dəfə deyil ki, aşkarlanır. Bəzi işbazlar öz tamahları naminə əhalini zəhərləməkdən belə çəkinmirlər. Amma yaxşı ki, hüquq-mühafizə orqanlarımız və AQTA bu sahədə də ayıq-sayıqlıqları ilə xalqı zəhərləmək yolu ilə pul qazanmaq istəyən ünsürləri ifşa edirlər. Təbii ki, bu işdə sadə insanlar da dövlət orqanlarına dəstək olmalı, inkişafımızın artmasına mane olan tamahkarların üzə çıxarılmasında yaxından iştirak etməlidirlər.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda keyfiyyətli spirtli içkilərin istehsalı üçün kifayət qədər münbit şərait var. Bu şəraitdən uğurla yararlanan istehsal müəssisələrindən biri də (bəlkə də birincisi) Ağsu rayonunda fəaliyyət göstərən “Az-Granata” MMC-dir. “Az-Granata” MMC-nin 2008-ci ildə Ağsu rayonunda 12.5 hektarlıq ərazidə inşasına başlanılmış şirə və şərab emalı zavodunun açılışı 30 oktyabr 2011-ci ildə olmuşdur. Açılış mərasimində Prezident İlham Əliyev də iştirak etmişdir. Zavoda 50 milyon manat investisiya qoyulmuş; quraşdırılmış avadanlıqlar Avropanın aparıcı şirkətlərindən gətirilmişdir.

"Az-Granata"da istehsal olunan məhsullar bunlardır:

• Təbii şərablar (ordinar şərablar, saxlanılmış şərablar, markalı şərablar)
• Xüsusi şərablar (likyor şərabları, ordinar, markalı və kolleksiya şərabları)
• "Icewine" şərabı, qazlaşdırılmış şərablar
• Meyvə şərabları (təbii kəmşirin nar şərabları, likyor şərabları, oynaq nar şərabı)
• Konyaklar (ordinar konyaklar, markalı konyaklar (5, 6, 10, 20 illik))
• Meyvə araqları (zoğal, tut, gavalı, alma, üzüm, ərik, nar, muskat)
• Ətirli tünd içkilər (heyva, tomat, kəklikotu, tərxun); viskilər (5, 6, 7 illik)
• Vodkalar (xüsusi və premium)
• Meyvə şirə və kompotları
• Təbii sular.

Keyfiyyətin ünvanı - “Az-Granata” MMC
Keyfiyyətin ünvanı - “Az-Granata” MMC
Keyfiyyətin ünvanı - “Az-Granata” MMC


Zavodun ərazisi

Keyfiyyətin ünvanı - “Az-Granata” MMC


Laboratoriyası


"Az-Granata"nın zavodu 5,5 hektar sahədə salınmışdır. Zavodun örtülü əsas sahəsi 20500 m² təşkil edir. Zavod Almaniya, İsveçrə, İtaliya, Bolqarıstan və Fransa istehsalı olan avadanlıqlarla təchiz olunmuşdur.
Zavod meyvə qəbulu və emalı, konsentrat hazırlanması, aseptik çənlər, şüşə və "tetra pak" qablarının dolumu və qablaşdırılması bölümlərindən ibarətdir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.
Zavodda meyvə qəbulu və ilkin emalı sexi, spirt istehsalı sexi, şərab və digər spirtli içkilərin hazırlanma və süzmə sexi fəaliyyət göstərir. Şərab süzmə xətti saatda 6000 şüşə, tünd içkilər üçün nəzərdə tutulmuş xətt isə saatda 4000 şüşə istehsal edir. Ayrıca suvenir şüşələr üçün də süzmə xətti quraşdırılıb.
Zavod saatda 12 ton meyvə şirəsi istehsal etmək gücünə malikdir. Meyvə qəbulu xətti vasitəsilə zavod nar, üzüm, alma, armud və heyva qəbul edə bilir. Meyvə qəbulu sexində meyvənin qəbulu, təmizlənməsi, çeşidlənməsi, yüksək temperaturda sterilizasiya, aseptik çəndə saxlanılması (40 ədəd, hər biri 50 ton) mərhələləri həyata keçirilir. Zavodun illik istehsal gücü 100 milyon qablaşdırma təşkil edir.
"Az-Granata"nın 450 hektar üzüm (Sultanina, Prima, Kardinal, Alfons Lavalle, Mədrəsə, Saperavi, Rkasiteli, Kaberne Sovinyon və s.) və 400 hektar nar (Gülövşə, Çəhrayı gülövşə, Qırmızı qabıq, Nazik qabıq, Bala Mürsəl, Əfqan və s.) bağları var. Nar bağları orqanikdir və Almaniyanın Lacon GmbH İnstitutu tərəfindən sertifikatlaşdırılmışdır. Meyvə bağları, meyvə istehsalı və əkinçilik üsulları yerli və xarici mütəxəssislər tərəfindən müntəzəm olaraq yoxlanılır. Bağlarda damlama üsulu ilə suvarma sistemi tətbiq edilir. Üzüm bağlarının salındığı torpaqlar qəhvəyi və tünd qəhvəyi, nar bağlarının salındığı torpaqlar isə boz qəhvəyi və açıq qəhvəyi torpaq tiplərinə aiddir.
"Az-Granata"nın üzüm bağları Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən Pidrəki dağının və Ləngəbiz dağ silsiləsinin Adnalı yaylasının şimalında, dəniz səviyyəsindən 600-700 metr yüksəklikdə yerləşir. Nar bağları isə Ağsu rayonunda, Şirvan düzündə və Böyük Qafqazın cənub ətəklərində yerləşir.
Prezident İlham Əliyev 2 oktyabr 2017-ci ildə Şamaxı rayonuna səfəri çərçivəsində "Az-Granata" MMC-yə məxsus üzüm bağları ilə tanış olmuşdur.
2012-ci ildə müəssisənin nəzdində alkoqollu içkilər sektoru yaradılmışdır. Burada Şotlandiya texnologiyasına uyğun viski istehsal edilir.
2014-cü ildə Fransanın müxtəlif şirkətlərindən palıd çəlləklər gətirilərək markalı şərablar istehsal edildi. İlk dəfə olaraq "Qora suyu" şərabı, yeni texnologiya əsasında "Icewine" şərabı, kolleksiya şərabı olan 30 illik "Mil" şərabı istehsal olundu. Yeni texnologiya əsasında meyvə araqları – tut, zoğal, ərik, gavalı, heyva araqları istehsal edilməyə başlanmışdır.
2015-ci ildə zavodda ilk dəfə olaraq bolqar rakısı istehsal edilmişdir. Elə həmin il gümüş ionlarından istifadə etməklə, təzə keçi südündən və təbii arı balını əlavə edərək, yeni arağın istehsalına nail olunmuşdur; müəssisənin özündə istehsal olunan müxtəlif təbii cövhərlərdən istifadə etməklə tərxun, kəklikotu, limon araqları istehsal edilməyə başlanılmış; Azərbaycanda ilk dəfə olaraq ərik, qara qarağat və albalıdan istifadə etməklə, desert şərabları istehsal edilmişdir.
2016-cı ildə ilk dəfə qazlaşdırılmış nar şərabı istehsal edilmişdir.
2017-ci ildə Azərbaycanda ilk dəfə olaraq tomatlı araq istehsalına başlanılmış; türk rakısı istehsal edilmişdir.
2013-cü ildə zavodun əməkdaşı Vüqar Mikayılov L.S. Qolitsın adına qızıl medala və "İlin ən yaxşı şəraçısı" adına layiq görülmüşdür. O, "Zolotoy qrifon" beynəlxalq şərab müsabiqəsində dequstasiya komissiyasına üzv seçilmişdir. Vüqar Mikayılov elə həmin il texnika elmləri üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir.
2014-cü ildə Gəncə Şərab festivalında "Rübai", "Kəhrəba" və "Nar" şərabları qızıl medalla təltif edilmişdir.
2015-ci ildə ilk dəfə zavodun istehsalı olan nar şərabı Almaniyaya, ABŞ-a, Rusiyaya və başqa ölkələrə ixrac edilmişdir.
2016-cı ildə ilk dəfə Yaponiyaya, Çin Xalq Respublikasına, Litvaya nar şərabı ixrac edilmişdir.
Keyfiyyətin ünvanı - “Az-Granata” MMC
Keyfiyyətin ünvanı - “Az-Granata” MMC


Dequstasiya zamanı

Zavodda yerli və xarici şərabçılar, somelyelər üçün dequstasiya zalı təlim fəaliyyəti göstərir.
Ölkənin müxtəlif rayon və şəhərlərində "Az-Granata"nın firma mağazaları fəaliyyət göstərir.
Göründüyü kimi, ölkəmizdə təbii meyvələrdən hazırlanan əla keyfiyyətli araqlar, şərablar, şirələr və s. içkilər istehsal olunur. Seçim istehlakçıların özünündür. Canın qayğısına qalan hər kəs yəqin ki, keyfiyyətli qidalara üstünlük verər. Bu baxımdan, “Az-Granata” MMC-nin məhsulları ideal sayıla bilər. Bu şəraiti əhalimizçün yaradan ölkə rəhbərliyinə “Az-Granata” MMC-nin məhsullarını istehlak edən əhali və saytımız adından xüsusi minnətdarlıq bildiririk. Eləcə də, “Az-Granata” MMC-nin direktoru Nazim müəllimə, zavodun direktor müavini, baş mütəxəssis, çalışdığı sahənin həqiqi alimi olan Vüqar müəllim Mikayılova işlərində yeni-yeni uğurlar arzulayırıq.

Yazını hazırladı: Xəbərçi.info-nun təsiçisi Rüstəm Zahidoğlu
Keyfiyyətin ünvanı - “Az-Granata” MMC
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...