Bakıda 20 milyonluq “xarabalıq” – İşgəncə ilə əldən alınan TM-nin son halı – FOTOLAR
Sosial
Oxunub: 499
22 okt 2019 | 13:30
Bakıda 20 milyonluq “xarabalıq” – İşgəncə ilə əldən alınan TM-nin son halı – FOTOLAR

Azərbaycanın ən böyük ticarət mərkəzi olacaqdı, indi isə böyük bir sahibsiz məkana çevrilib.

Bakının Qaradağ rayonunda “Sədərək” və “Binə” ticarət mərkəzlərinin yaxınlığında yerləşən “Karvansaray” ticarət mərkəzinin tikintisi aparılan zamanlarda buranın ölkənin 3 ən böyük alış-veriş mərkəzindən birinə çevriləcəyi haqda söhbətlər dolaşırdı. Rəqib TM-nin sahiblərinin müflis olacağı, onların ən böyük rəqibin yarandığı deyilirdi. Amma…

Bura yeni açılan zamanlarda digər TM-də çalışan tacirlər icarə haqqının ucuz olmasına görə buraya gəlməyə başladılar. Dükanlar, mağazalar tez bir zamanda dolmağa başladı. Şirkətlər burada ən böyük mağazalarını açdılar. İcarə haqqı az olduğu üçün qiymətlər də ucuz idi. Proses buranın çox uğurlu olacağını göstərirdi, lakin ticarət mərkəzi özünü doğrultmadı.

Bir tərəfdən onun yaxınlığındakı iki nəhəng bazarın olması, digər tərəfdən buranın sahiblərinin çoxluğu daxili mübahisələrə yol açdı və “Karvansaray”ın uğursuz proyekt olması ilə nəticələndi. İndi isə “lələ köçüb yurdu qalıb”. Burada işləmək nə sahibkarlar üçün əlverişlidir, nə də obyekt alıb icarəyə vermək.

Minval.info xəbər verir ki, müştərilərin isə “Binə” və “Sədərək” bazarlarından çıxıb “Karvansaray”a üz tutması nadir hallarda baş verir. Onlar istəsələr belə burada ala biləcəkləri bir şey yoxdur. Bəzən buraya nəsə almağa gələn olur, onlar da balıqçı dükanına üz tutanlardır. Digər mağazalar bağlı və ya anbar kimi istifadə edilir. Bəzi mağazalar isə şüşəsi qırıq halda, baxımsız durumdadır. Rəqib olması gözlənilən “Karvansaray” indi onların anbarına çevrilib.

Bu bazarın başı əvvəldən bəlalıdır. Ondan çox sahibkarın bir araya gəlib, pul yatırıb işə başlaması, sonradan aralarında yaranan narazılıq TM-ni uğursuzluq yoluna itələyən zamanda kənar əllərin kölgəsi başlarının üstünü kəsdirdi.
Bakıda 20 milyonluq “xarabalıq” – İşgəncə ilə əldən alınan TM-nin son halı – FOTOLAR
Belə ki, yerli mediada gedən yazılarda vurğulanır ki, “Karvansaray” ticarət mərkəzi sahiblərindən 2012-ci ildə zor və işgəncələrdən sonra alınıb. Ticarət mərkəzində payı olmuş Elşən Kərəm oğlu istintaqa ifadələrində deyib ki, “Karvansaray” MMC-ni 20-yə yaxın sahibkar 2010-cu ildən tikdirməyə başlayıb. Tikintiyə ümumilikdə 20 milyon manata yaxın vəsait qoyulub. 2012-ci ilin əvvəllərində keçmiş ləğv olunmuş MTN-nin hazırda həbsdə olan generalı Akif Çovdarov “Karvansaray” MMC-nin rəhbəri Nizami Quliyevdən eks-nazir Eldar Mahmudov üçün 20 mağaza istəyib. Amma sahibkarlar Çovdarovun istəyini yerinə yetirməyib. Mağazaları verməyən sahibkarların qara günləri də elə bundan sonra başlayıb. Ticarət mərkəzini tikən podratçı şirkətin rəhbərliyinə sahibkarlardan MTN-ə şikayət yazdırıblar.

Bundan sonra Akif Çovdarovla müttəhimlər kürsüsünü bölüşən işçisi Səlim Məmmədov 2 ay ərzində ticarət mərkəzində yoxlama aparıb. Sahibkarların podratçı şirkətə 4 milyon pul ödəməli olduğunu haqda saxta sənəd hazırlayıb. Həmin borcu isə sonradan 40 mağaza ilə əvəzləşdiriblər. Sahibkarlar düşünüblər ki, bununla problemləri bitib və mərkəzin açılışına hazırlığa başlayıblar. Lakin yenidən ticarət mərkəzinin qapısında MTN-çilər peyda olublar.
Bakıda 20 milyonluq “xarabalıq” – İşgəncə ilə əldən alınan TM-nin son halı – FOTOLAR
Bu dəfə “Karvansaray” rəhbəri heç bir əsaslı səbəb olmadan MTN-ə, Akif Çovdarovun, ardından isə MTN-də nazir müavini olmuş Hilal Əsədovun hüzuruna aparılıb. Ondan ticarət mərkəzini təhvil verib kənarlaşması tələb edilib.

Sahibkarın istintaqa dediklərindən: “Bizim MMC-nin rəhbərini Akif Çovdarov yanına çağırıb təhqir edir, söyürdü. Növbəti gün də Hilal Əsədov bunu təkrar edirdi. 8 aylıq dəhşətlərdən sonra ”Karvansaray” MMC-nin təsisçilik hüququ Eldar Mahmudovun yaxın qohumu Dilrübə Məhəmməd qızı İmranovanın adına keçdi.

Dedilər ki, Dilrübə İmranova Eldar Mahmudovun həyat yoldaşının əmisi qızıdır. Dilrübə İmranova ora gəlib-getmirdi. Məni də icraçı direktor vəzifəsindən çıxarıb ora Natiq Hümbətovu qoydular. Dedilər ki, Natiq Hümbətov Akif Çovdarovun bacısı oğludur. Tutub bütün əmlakımızı əlimizdən aldılar, özümüzü də çöllərdə qoyublar”.
Bakıda 20 milyonluq “xarabalıq” – İşgəncə ilə əldən alınan TM-nin son halı – FOTOLAR
Hazırda qeyd etdiyimiz kimi bura sahibsiz halda qalıb. TM-nin bir hissəsi dayanacaq, digər hissəsi anbar kimi istifadə edilir. Kiçik bir hissədə 3 mağaza var. İkisi balıqçı dükanı kimi, digəri isə market olaraq fəaliyyət göstərir.

Vaxtı ilə buradan mağaza alan, icarəyə götürənlər müflis olub. Bəziləri hələ də banklara kredit ödəyir, bəziləri malını eləcə mağazada saxlayıb, bəziləri isə “Sədərək” və ya “Binə” TM-də yer götürərək orada işinə davam edib.

“Karvansaray”ın karvanının nə zaman yola düşəcəyi bəlli deyil. Bəlli olan budur ki, Mahmudov işindən çıxarılıb, Çovdarov həbsdə, bazar qohumlarının nəzarətində, ticarətçilər isə müfis vəziyyətdə…
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər