24-10-2019, 22:45 Oxunub: 1 387

Əhmədzadələrin qürubu artıq qaçılmazdır... - Gözlənti

Əhmədzadələrin qürubu artıq qaçılmazdır... - Gözlənti

Son günlər hakimiyyətdə sürətli kadr islahatları aparılmaqdadır.

Prezident İlham Əliyevin apardığı kadr islahatları əsasən yaşı 70-i ötmüş, uzun illərdir müxtəlif vəzifələrdə çalışmış məmurları əhatə etməkdədir.

Dövlət başçısının çıxışlarından da aydın görünür ki, aparılan dəyişikliklər davamlı olacaq.

Qlobal.az-ın əldə etdiyi məlumata görə islahatlarla bağlı növbəti dalğa rayon icra hakimiyyətlərinin başçıları arasında aparılacaq. Belə ki, ilk növbədə yaşları 70-i ötmüş, daha sonra isə yerli sahibkarlığın inkişafına, fəaliyyətlərini ölkədə aparılan iqtisadi siyasətə uyğun qura bilməyən icra başçıları vəzifələrindən kənarlaşdırılacaqlar.

Məlumata görə yaxın zamanlarda vəzifəsindən uzaqlaşdırılacaq şəxslərdən biri də Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadədir.

Belə ki, 12 ildir icra başçısı vəzifəsində çalışan Mübariz Əhmədzadənin hazırda 72 yaşı var.

Mübariz Əhmədzadənin vəzifədən uzaqlaşdırılmasını labüd edən amillərdən biri isə on ildir rəhbərlik etdiyi Zaqatala rayonunun coğrafi üstünlüyü, münbit torpağı olmasına baxmayaraq inkişafdan geri qalmasıdır.

Qeyd edək ki, Mübariz Əhmədzadə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.
Azərbaycanda bu icra başçıları İSTEFA VERƏCƏK? – SİYAHI Azərbaycanda bu icra başçıları İSTEFA VERƏCƏK? – SİYAHI Siyaset Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI Bu rayonların İcra başçıları vəzifələrini itirə bilər - SİYAHI Sosial Mübariz Əhmədzadə pullarını bu biznesə yatırıb... - Adam oliqarx imiş... Mübariz Əhmədzadə pullarını bu biznesə yatırıb... - Adam oliqarx imiş... Dunya / Bolge Ramil Usubov icra başçısının oğluna yeni vəzifə verdi Ramil Usubov icra başçısının oğluna yeni vəzifə verdi Siyaset Mübariz Əhmədzadə Zaqatalada Mübariz Əhmədzadə Zaqatalada "seçki bazarı" açıb Bolge