"Nurgün"ün bankı iflas həddində... - "NBC Bank" bağlanacaq?
Sosial
Oxunub: 495
24 okt 2019 | 21:17
"Nurgün"ün bankı iflas həddində... - "NBC Bank" bağlanacaq?

"NBC Bank" 2019 -cu ilin yanvar-sentyabr aylarına olan hesabatını açıqlayıb. Hesabata əsasən bankın mənfəəti kəskin azalıb.
"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "NBC Bank"ın xalis mənfəəti ilin əvvəli ilə müqayisədə 1 mln. 38 min manat və ya 9.3 dəfə azalaraq 111 min manata düşüb.

Bankın cəmi aktivləri ilin əvvəli ilə müqayisədə 21 mln. 438 min manat artaraq 304 mln. 814 min manata çatıb. Bundan başqa bankın cəmi öhdəlikləri 21 mln. 231 min manat artaraq 246 mln. 505 min manata, cəmi kapitalı isə 207 min manat artaraq 58 mln. 310 min manata çatıb.

Bankın cəmi aktivlərinin artma səbəbi "NBC Bank"ın müştərilərinə verdiyi kreditlərin 17 mln. 734 min manat artaraq 222 mln. 203 min manata çatmasıdır. Bankın depozit portfeli 16 mln. 838 min manat artaraq 123 mln. 264 min manata bərabər olub.

BANKIN ƏMƏLİYYAT ZƏRƏRİ

"NBC Bank"ın xalis faiz gəliri 3 mln. 732 min manat azalaraq 2 mln. 816 min manata, qeyri-faiz gəliri 360 min manat azalaraq 3 mln. 26 min manata, qeyri-faiz xərcləri isə 912 min manat azalaraq 6 mln. 748 min manata düşüb. Buna görə də bankın xalis əməliyyat zərəri cari ilin yanvar-sentyabr aylarında 906 min manat təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 3 mln. 180 min manat azdır.

Bankın xalis mənfəəti ilin əvvəli ilə müqayisədə 1 mln. 38 min manat və ya 9.3 dəfə azalaraq 111 min manata düşüb.

"NBC Bank"ın məcmu kapitalı 221 min manat artaraq 57 mln. 309 min manat olub.

***

DİA.AZ bildirir ki, NBC Bank "Nurgün" Group-un Maliyyə sektoruna aid olan iki şirkətdən biridir. "Nurgün" Şirkətlər Qrupunun yarandığı tarixdən etibarən, onun aparıcı şirkətlərindən biri "Nurgun Motors" dünya avtomobil istehsalçılarının flaqmanlarından olan "Nissan" Konserninin Azərbaycanda rəsmi distribütorudur. Şirkətin əsas fəaliyyət istiqamətləri “Nissan” markalı avtomobillərin satışı və servis xidmətlərinin təşkili, habelə ehtiyat hissələrinin və avtomobil aksesuarlarının pərakəndə satışından ibarətdir.

“NBC Bank” ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmlərinin 86%-ni fiziki şəxslər, 14%-ni isə hüquqi şəxslər təşkil edir.
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"