Meliorasiyanın "bel sütunu" da laxlamaq üzərədir... - İDDİA
Sosial
Oxunub: 338
25 okt 2019 | 18:20
Meliorasiyanın "bel sütunu" da laxlamaq üzərədir... - İDDİA

Həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır” – Bunu prezident İlham Əliyev baş nazirin müavini vəzifəsindən azad olunan Hacıbala Abutalıbovla görüşdə deyib.
Yaşlı məmurlara mesaj ünvanlayan İlham Əliyev deyib: “Ona görə Sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, Sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm”.
Qeyd edək ki, baş nazirin keçmiş müavini Əli Həsənovla görüşdə də Prezident gənc kadrlara yer verməyin vacib olduğunu qeyd edib: “Siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, Siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır”.
Bunun ardında ölkə başçısı sərəncam verərək, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi işdən çıxardı.
Qeyd edək ki, Prezident Əliyev hakim komandadakı yaşlı məmurların gənc kadrlarla əvəzlənməsinin zəruriliyini bir qədər əvvəl – oktyabrın 15-də keçirdiyi iqtisadi müşavirədə bəyan etmişdi. Dövlət başçısı oxşar fikirləri bundan əvvəl keçirdiyi müşavirələrdə, görüşlərində də açıqlayıb. Ancaq bu gün Prezidentin iqtidar komandasında təmsil olunan yaşlı məmurlara daha açıq mesaj verdiyini söyləyə bilərik.
Prezidentin mesajının ünvanlandığı şəxslərdən biri də “Meliorasiya və Su Təsərrüfatı” ASC – nin sədri cənab Əhməd Əhmədzadədir. Doğrudur, onun yaşının 74 olması ilə əlaqədar vəzifədən getməsi şöhrətinə xələl gətirməyəcək, “Şöhrət” ordeni də özündə qalacaq. 2008-ci ildən Azərbaycan Meliorasiya və Su Təsrrüfatı Açıq Səhmdar Cəmiyyətində – Aparatın rəhbəri vəzifəsində işləyən 1949-cu ul təvəllüdlü Cahan Məmmədov da bu kateqoriyaya aiddir. Adam 40 il əvvəl sosializm yarışının qalibi olub. Elə o təfəkkürlə də indi “Meliorasiya və Su təsərrüfatı” ASC-nin tabeliyində olan rayon suvarma sistemləri idarələrinə kuratorluq edir, idarə rəislərinin “qara-qura” əməllərini “təmənnasız” ört-basdır etməklə məşğuldur. Bu isə ümumən ASC-nin işinin səmərəsini azaldan, idarə rəislərinin haram qazanclarını artırmağa xidmət edən destruktiv fəaliyyətdir. Cahan Məmmədovun barəsində saytımızda oxucularımızla əvvəlki görüşlərimizdə tənqidi məqalələrlə çıxış etmişdik. Bu yazıda həmin məqalələrdə toxunduğumuz məqamları təkrarlamaq fikrindən uzağıq.
Biz sadəcə haqlı bir suala cavab axtarırıq: Yaş prizmasından yanaşanda Prezident aparatının rəhbəri əvəzolunandırsa, səhmdar cəmiyyətin aparat rəhbəri necə vazkeçilməz kadr ola bilər ki?
RealMedia.az
Bu gün, 17:25
Hikmət Hacıyev: "Sülh heç vaxt olmadığı qədər yaxındır, lakin buna mane olurlar"
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)