40 milyonluq zərər: İcbari tibbi sığortanı təxirə salacaq? - TƏHLİL
Sosial
Oxunub: 529
31 okt 2019 | 19:20
40 milyonluq zərər: İcbari tibbi sığortanı təxirə salacaq? - TƏHLİL

Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) maliyyə hesabatına əsasən, məlum olub ki, İTSDA 2018-ci ili 39,543 milyon manat xalis zərərlə başa vurub.

Nəticədə isə Agentliyin bölüşdürülməmiş zərəri 2,3 dəfə artaraq 70,32 milyon manata çatıb.

Maraqlıdır, bu zərər tibbi sığortanın ertələnməsinə səbəb ola bilər?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məsələ ilə bağlı Cebhe.info-nun sorğusunu cavablandırıb. Bildirilib ki, sığortahaqlarının yığımı 2018-ci ildə olmadığı və dövlət büdcəsindən daxil olan məbləğ gəlir kimi tanınmadığı üçün ötən il zərərlə bitib: “Agentliyin konsolidə olunmuş maliyyə hesabatlarına dair kənar auditor rəyi ilə bağlı açıqlaması İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) Nizamnaməsinin 4.5.18-ci bəndinə əsasən, öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. Nizamnamənin tələbini rəhbər tutaraq Agentlik 2018-ci il üzrə illik maliyyə hesabatının auditini böyük dördlük adlanan audit şirkətlərindən biri olan “PwC Azerbaijan” MMC-yə həvalə edib. Öz fəaliyyətində daim şəffaflığın təmin olunmasına önəm verən Agentlik “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq konsolidə edilmiş maliyyə hesabatlarına dair kənar auditor rəyini qurumun rəsmi internet səhifəsində yerləşdirib.

Hazırkı konsolidasiya edilmiş maliyyə hesabatları 31 dekabr 2018-ci il tarixində başa çatan il üzrə Agentliyin və onun törəmə müəssisələri üçün (birlikdə “Qrup” adlandırılır) Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq hazırlanıb. Nəzərinizə çatdırırıq ki, “Hökumət subsidiyalarının uçotu və hökumət yardımı haqqında məlumatın açıqlanması” adlı 20 nömrəli Mühasibat Uçotunun Beynəlxalq Standartının 2 (c) bəndinə əsasən, dövlət büdcəsindən daxil olan vəsaitlər Agentliyin gəliri kimi tanınmadığı üçün həmin vəsaitlər Agentliyin konsolidasiya edilmiş mənfəət və ya zərər və s. məcmu gəlir haqqında hesabatında qeyd olunub. Sözügedən vəsaitlər Agentliyin konsolidasiya edilmiş maliyyə vəziyyəti haqqında hesabatında kapital bölməsinin sair ehtiyatlar bölməsində əks etdirilib. Bununla da illər üzrə dövlət büdcəsindən daxil olan vəsaitlərin gəlir kimi tanınmaması səbəbindən Agentlik müvafiq illəri zərərlə başa vurub. Agentliyin əsas əməliyyat gəlirləri yığılmış sığortahaqları hesab edilir. Sığortahaqlarının yığımı 2018-ci ildə olmadığı, həmçinin dövlət büdcəsindən daxil olan məbləğlər gəlir kimi tanınmaması ilə əlaqədar ötən il zərərlə bitib.

Ötən ilin tanınmış gəlirləri isə cəmi 1 milyon 543 min manat olub ki, bura baza zərfi ilə əhatə olunmayan (istisnalar zərfi) tibbi xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və ödənilən azadolma məbləği aiddir. Hesabatda qeyd olunduğu kimi 2018-ci ildə pilot ərazilərdəki vətəndaşların istifadə etdiyi tibbi xidmətlərin maya dəyəri 30 milyon 340 min manat təşkil edib, Agentliyin ümumi və inzibati xərcləri 11 milyon 306 min manat təşkil edib. Ötən ilin sonuna Agentliyin nizamnamə kapitalı 4 milyon manat, Qrupun cəmi kapitalı 70 mln 536 min təşkil edir. Qrupun aktivləri 73 milyon 609 min manat təşkil edib ki, bu aktivlərin 85%-i uzunmuddətli aktivlərdir. Qrupun uzunmüddətli öhdəlikləri mövcüd deyil, qısamüddətli öhdəlikləri 3 milyon 73 min təşkil edib. Qeyd edək ki, Agentlik publik hüquqi şəxsdir və məqsədi mənfəət qazanmaq deyil. Bundan başqa, icbari tibbi sığortanın pilot layihə kimi tətbiq olunduğu ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) baza zərfi çərçivəsində 340 min sakinə göstərilən tibbi xidmətlər pulsuzdur. Bu da öz növbəsində hesabatda xərclərin gəlirləri üstələməsinə təsir edən vacib amillərdən biridir”.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...