*5550 taksi şirkəti müştərilərini belə aldadır - GİLEY
Sosial / Dunya
Oxunub: 1 034
6 noy 2019 | 22:20
*5550 taksi şirkəti müştərilərini belə aldadır - GİLEY

Son zamanlarda Bakıda taksi xidməti göstərən şirkətlərindən şikayətlərin sayı durmadan artır.

Belə ki, tanınmış jurnalist Günel Musa *5550 taksi şirkətinin məsuliyyətsiz və laqeyid xidmətindən gileylənib.

O başına gələnləri Cebhe.info-ya belə şərh edib:

"Dünən *5550-dən iki ünvana - Xətai rayonu "20 Yanvar" metrostansiyasından "Həzi Aslanov" metrostansiyasına və ordan da Sadıqcan 87 ünvanına taksi sifariş etdim. Qiymət 7.80 qəpik tutdu.

Yolda sürücü mənə dedi ki, yollar tıxacdır, 15 manat verə bilərsiniz, sizi aparım? Mən də buna imkanımın olmadığını bildirdim. Sürücü yolboyu deyinib, aqressiv davranış nümayiş etdirdi. Başladı eyham vurmağa ki, müştərinin də gərək vicdanı olsun filan... Mən sürücüyə izah edə bilmədim ki, bu müştərinin yox, şirkətlə sürücü arasındakı problemdir.

Nəyisə, birinci ünvana çatdıq. Mən sürücüyə 10 manat verdim və qalıq istəmədim ki, təki sürücü bir az sakitləşsin. Gedib anamgildən oğlumu götürüb çıxdım. Heç bir dəqiqə çəkmədi. Baxıram ki, taksi gözləmədən çıxıb gedib. Hansı ki, bu barədə əvvəlcədən razılıq olub və sifariş 2 ünvana edilib. Sürücü həm təyin olunandan artıq pul alıb, həm də məni aldadaraq aradan çıxıb. Bu rəzalətdir və fırıldaqçılıqdır. Eyni zamanda birbaşa şirkətin problemidir. Çünki qiyməti şirkət müəyyənləşdirir və sürücü də bununla razılaşır ki, sifarişi qəbul edir. Burada müştərilik heç nə yoxdur”.

Günel Musa başına gələnlərlə bağlı şirkətlə əlaqə yaradıb və onlara məlumat verib. Amma şirkət tərəfindən müştəriyə yalnız vəd verilib. Yəni nə sürücü ilə bağlı tədbir görülüb, nə də zərərçəkən müştərinin pulu qaytarılıb.

Məsələ ilə bağlı *5550 taksi şirkəti ilə əlaqə yaratdıq. Şirkətin rəsmisi Cebhe.info-ya bildirib ki, məsələ nəzarətə götürülüb və sürücü barədə ciddi tədbir görüləcək:

“Bəli, həqiqətən də dünən bizə belə bir sifariş olunub. Bizim üçün müştəri xidməti və şikayətləri hər şeydən vacibdir. Adətən, belə hala yol verən srücülər xəttdən kənarlaşdırılır. Əgər müştəri şikayət edibsə, çox güman ki, həmin sürücü xəttdən uzaqlaşdırılacaq. Hər halda məsələ nəzarətə götürüləcək və müştərinin pulu geri qaytarılacaq”.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!