Belədirsə, xaricdə təhsili qadağan edin!!! - ETİRAZ
Sosial
Oxunub: 626
7 noy 2019 | 23:54
Belədirsə, xaricdə təhsili qadağan edin!!! - ETİRAZ

Gürcüstan Texniki Universitetində «Sosial elmlər və beynəlxalq əlaqələr» ixtisası üzrə bakalavr dərəcəsində təhsil almış Əli Salmanovun diplomu Azərbaycanda qəbul edilmir. Deyir ki, 2017-ci ildə Gürcüstanda təhsilini bitirəndən sonra diplomunun Azərbaycanda tanınmasından ötrü Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsinə müraciət edib. Amma idarədən ona rədd cavabı verilib. Özünün bildirdiyinə görə, səbəb də göstərməyiblər.

DİA.AZ-ın məlumatına görə, 24-yaşlı Ə.Salmanov bildirir ki, onun heç xaricdə təhsil almaq niyyəti olmayıb. Amma Azərbaycanda təhsil haqqının yüksək olması, ailəsinin durumuna görə bu addımı atmaq məcburiyyətində qalıb: «Ailəm Kəlbəcərdən məcburi köçkündür. Özüm 1995-ci ildə ovaxtkı Xanlar, indiki Göygöl rayonunda anadan olmuşam. 2012-ci ildə Kəlbəcər rayon 9 saylı tam orta məktəbi bitirib, Azərbaycan Kooperasiya Universitetinin «Tərcümə (ingilis dili üzrə)» ixtisasına qəbul olmuşdum. Lakin universitetdə təhsil haqqı baha olduğuna görə ailəmizin maddi durumu təhsilimi orada davam etdirməyə imkan vermədi. Bu üzdən mən Gürcüstanda təhsil almağa qərar verdim. Orada təhsil haqqı ailəmizin büdcəsinə uyğun idi»

Əli bir müddət öncə diplomunun tanınması tələbiylə Təhsil Nazirliyini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onun iddiasını təmin edib. Təhsil Nazirliyinin üzərinə diplomun tanınması öhdəliyi qoyulub. Nazirlik qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını ləğv edib.

Ə.Salmanov bu qərarı vermiş Bakı Apellyasiya Məhkəməsinin hakimi Afaq Nuriyevadan prezidentə, vitse-prezidentə şikayət edib. İddia edir ki, hakim öz maraqlarına görə qərarı ləğv edib.

«Vətəndaşın haqlı olduğu belə məqamlarda haqsız, ədalətsiz qərarlar çıxarıb, vətəndaşı narazı salmaq prezidentin «Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında» Fərmanına da kölgə salır», - hakimin cəzalandırılmasını tələb edən Ə.Salmanov məktubunda belə yazır.

O, Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini söyləyib: «Təhsil haqqına, imkansızlığa görə məcbur qalıb Gürcüstanda oxumuşam, indi diplomumu tanımırlar. Bu nə deməkdir axı?!».
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya