İş adamından prezidentə müraciət: «Kəbirə Məmmədova pulumu vermir və məni təhdid edir»
Sosial
Oxunub: 1 097
4 avq 2015 | 12:03
İş adamından prezidentə müraciət: «Kəbirə Məmmədova pulumu vermir və məni təhdid edir»













İş adamı: «Kəbirə Məmmədova 2006-cı ildə məndən 135 min manat alıb. İndi isə deyir ki, get dərdini kimə deyirsən, de». Bu sözləri PİA.AZ-ın redaksiyasına gələrək şikayət edən iş adamı Həsənov Rafil Abasət oğlu söyləyib

Şikayətçinin bildirdiyinə görə, hələ 2006-cı ildə Binə Ticarət Mərkəzi tikildiyi zaman o, Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat verib. Lakin aradan 9 il keçməsinə baxmayaraq, Kəbirə Məmmədova iş adamının nə pulunu, nə də dükanını verir: «Mən 2006-cı ildə şahidlərin yanında Kəbirə Məmmədovaya dükan almaq üçün 135 min manat vermişəm. Aradan 9 il keçməsinə baxmayaraq, dükanlarımı ala bilmirəm. Uzun mübahisələrdən sonra Kəbirə Məmmədova mənim pulumun yarısını – 70 min manatımı qaytarıb. İndi isə, Kəbirə Məmmədova mənim yerdə qalan pulumu, yəni 65 min manatımı qaytarmaqdan imtina edir. Deyir yer verim, gedin dükanı özünüz tikin. Halbuki mən 135 min manatı Binə Ticarət Mərkəzinin mərkəzində dükan almaq üçün vermişdim. Buna görə də pulumu geri istəyirəm. Amma Kəbirə Məmmədova mənə deyir ki, sənə veriləcək pulum yoxdur. Get dərdini kimə deyirsən, de. Hətta məni hədələməkdən belə çəkinmir. Sözün düzü, mən başa düşə bilmirəm, biz hüquqi dövlətdə yaşayırıq, ya başqa bir sistemdə. Mən deyəndə ki, cənab prezidentə, hüquq-mühafizə orqanlarına şikayət edəcəm, deyir ki, get kimə deyirsən de. Bu artıq Kəbirə Məmmədovanın dövlətə və dövlət qurumlarına meydan oxumasıdır. Elə ona görə də sizin vasitənizlə möhtərəm prezidentimiz İlham Əliyevə müraciət edirəm.
Cənab prezident!
Bizim bütün nəslimiz sizin yürütdüyünüz siyasəti dəstəkləmişik və dəstəkləmək də davam edirik. Lakin son çıxışınızda özünüz də vurğuladığınız kimi, bir çoxları sizin yürütdüyünüz siyasətə kölgə salmaqla məşğul olurlar. Sahibkarlara normal fəaliyyət göstərmək imkanı verməyən şəxslərdən biri də məhz Kəbirə Məmmədovadır. Dəfələrlə bu xanım sahibkarın Binə Ticarət Mərkəzində sahibkarlara dözülməz şərait yaratması ilə bağlı şikayətlər ölkə mətbuatında dərc olunur. Hətta Binə Ticarət Mərkəzində çalışan sahibkarlar etiraz aksiyaları belə keçiriblər. Amma hansısa sehirli qüvvə Kəbirə Məmmədovanı həmişə müdafiə edir. Onun bütün qanunsuz əməlləri ört-basdır edilir. Hazırda vəziyyət elədir ki, Kəbirə Məmmədova bir çox sahibkarlardan aldığı pulları qaytarmaqdan imtina edir. Onlardan biri də mənəm. Kəbirə Məmmədova nəinki mənim pulumu qaytarmır, hələ üstəlik mən təhdidlərlə üz-üzə qalmışam.
Cənab prezident!
Sizdən xahiş edirəm, Kəbirə Məmmədovanın fəaliyyətinin yoxlanılması üçün tapşırıq verəsiniz. O zaman, məlum olacaq ki, bu xanım sahibkar nə qədər iş adamının normal fəaliyyət göstərməsinə mane olub, nə qədər insana zülm edib və nə qədər ailənin çörəyinə bais olub. Əslində Kəbirə Məmmədova kimilərinin fəaliyyəti birbaşa sizin sosial-iqtisadi siyasətinizə qarşıdır və Azərbaycanda narazılıq toxumu səpir, həmçinin Azərbaycan xalqının. Azərbaycanı sizin istəyinizə uyğun olaraq çiçəklənən və daima inkişaf edən bir ölkəyə çevirmək üçün sahibkarların qarşısında maneəyə çevrilənlər, o cümlədən Kəbirə Məmmədova kimi sahibkarlığın inkişafına mane olan, onları aldadan və sahibkarları davamlı olaraq istimar edənlər öz cəzalarını almalıdırlar.
Bir daha sizə təşəkkürümü bildirirəm».
Xatırladaq ki, digər TM-lərindən, elə həmin ərazidə fəaliyyət göstərən «Sədərək» Ticarət Mərkəzindən fərqli olaraq Binə Ticarət Mərkəzi davamlı olaraq müxtəlif qalmaqallarla ölkə gündəminə gəlir. Burada çalışan sahibkarlar dözülməz şəraitlə bağlı şikayətlər edir və etiraz aksiyaları keçirirlər.
Qeyd edək ki, məsələ ilə bağlı Binə Ticarət Mərkəzinin rəhbərliyi ilə əlaqə saxlamağa cəhd eləsək də, cəhdimiz uğursuz oldu. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...