16-11-2019, 21:43 Oxunub: 278

Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnəcək? – DYP-dən AÇIQLAMA

Jalüz və plyonka istifadə edilməsinə görə sürücülər cərimələnəcək? – DYP-dən AÇIQLAMA

“Nəqliyyat vasitələrinin, avtomobillərin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə sürücülər barəsində hazırda inzibati tənbeh görülmür”.
Bunu “Report”a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.
“Hazırda qeyd olunan standartlarla bağlı qanunvericiliyə əlavə və müəyyən dəyişiliklərin edilməsi məsələsi aidiyyatı qurumlara, aidiyyati orqanlarda baxılma ərəfəsindədir. Bu, nəzərə alınıb və Baş Dövlət Yol Polisi İdarəsinin rəhbərliyinin tələbi ilə nəqliyyat vasitələrinin, avtomobillərin arxa, yan şüşələrində jalüz və plyonka istifadə edilməsinə görə nəqliyyat vasitələrinin sürücüləri barəsində hazırda inzibati tənbeh görülmür”, – deyə R.Quliyev əlavə edib.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” Qanunun 1 saylı əlavəsinin tələblərinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir. Avtonəqliyyat vasitələrinin işıqburaxma həddi müəyyən edilmiş şüşələrinə örtüklərin (pərdə və plyonkaların) çəkilməsi qadağandır. Həmçinin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq hər il 1 may-15 noyabr müddətində həmin şüşələrdə sənaye üsulu ilə hazırlanan jalyüzlərin istifadəsinə icazə verilir.
Ramiz Zeynalov plyonkalı avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib Ramiz Zeynalov plyonkalı avtomobillərə cərimə yazılmaması ilə bağlı tapşırıq verib Siyaset Sürücülərin diqqətinə: 3 gündən sonra cərimələr başlayır Sürücülərin diqqətinə: 3 gündən sonra cərimələr başlayır Sosial Vaqif Əsədov plyonka haqqında: “Şayiə yayıb sürcüləri çaşdırmağa nə ehtiyac var?!” Vaqif Əsədov plyonka haqqında: “Şayiə yayıb sürcüləri çaşdırmağa nə ehtiyac var?!” Sosial Plyonkaya görə cərimə olacaqmı? – Yol polisindən açıqlama Plyonkaya görə cərimə olacaqmı? – Yol polisindən açıqlama Sosial Bu sürücüləri 50 manat cərimə gözləyir Bu sürücüləri 50 manat cərimə gözləyir Sosial