YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO
Sosial / Dunya / Video
Oxunub: 1 120
22 noy 2019 | 23:16
YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO


YASAMALIN TƏZƏ İCRA BAŞÇISI ELŞAD HƏSƏNOVUN HÜNƏRİ VARSA Rayon sakinləri ilə növbəti səyyar görüşünü «Şərifzadə küçəsi — 498 X» ünvanda keçirsin

Noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Yasamal rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra Elşad Həsənovun noyabrın 14-də sakinlərlə ilk səyyar qəbul-görüşü rayon İcra Hakimiyyəti başçısının 3 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ərazisində 150 saylı tam orta məktəbin akt zalında keçirildi. Səyyar qəbul-görüşdə rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, rayon bələdiyyəsinin, xidmət sahələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri və 400 nəfərədək rayon sakini iştirak ediblər.

YASAMAL RAYONUNUNUN YENI ICRA BAŞÇISININ YENI QANUNSUZLUQLARI-VIDEO


Bu barədə KİV-də yayılan informasiyada qeyd olunur ki, E.Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni təyin olunmuş İcra Hakimiyyhəti başçılarını qəbul edərkən verdiyi tapşırıq və tövsiyələrin tam həcmdə və yüksək keyfiyyətlə icra olunacağını, Yasamal rayonunda abadlıq-quruculuq, yenidənqurma işlərinin və əsaslı sosial infrastruktur layihələrin icrasının bundan sonra da davam etdiriləciyini bildirib. Qəbul-görüşdə iştirak edən sakinlər onları narahat edən suallarla bağlı Yasamal rayon İcra Hakimiyyətinin başçısına müraciətlər ediblər. Yasamal rayon İcra Hakimiyyətinin başçısı xeyli müddət əvvəl yaranan və indiyədək aradan qaldırılmadığına görə mövcud olan problemlərin vaxtında və tam şəkildə həlli üçün Yasamal rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara hər bir köməklilklərin göstəriləcəyini bildirərək sakinləri narahat edən cari problemlərin müsbət həllini təmin etmək məqsədi ilə xidmət sahələrinin rəhbərlərinə yerində müvafiq tapşırıqlarını verib.

İcra hakimiyyətləri başçılarının səyyar görüşlər təşkil etmək üçün yer seçimini hansı üsulla etdiklərini bilmirik. Təklif edərdik ki, E.Həsənov sakinlərlə növbəti görüşünü Şərifzadə küçəsi 498X ünvanda, «İnşaatçılar» metro-stansiyasının axınlığındakı 5 mərtəbəli binada, yaxud, həmin binanın həndəvərindəki sosisal obyektlərdən birində keçirsin. Axır ki, həmin ünvanda sürətlə aparılan qanunsuz tikilini görsün. Təsəvvür edin, binanın 1-ci mərtəbəsindəki mənzillərdən birinin (bəlkə də yanaşı olan bir neçəsinin) sahibi mənzilin və altdakı zirzəminin qarşısını binanın uzunluğu boyunca o baş — bu baş zəbt edərək «çuvalda gizlədilməsi mümkün olmayacaq dərəcədə» böyük qeyri-yaşayış təyinatlı obyekt inşa edir. Başa çatdırılacağı təqdirdə hansı məqsədlə istifadə ediləcəyini indidən demək olmaz. İnşaat işinin qorxu-hürkü bilinmədən aparılması belə düşünməyə əsas verir ki, tikintini aparan şəxs sanki indiyədək sabiq başçı Əzizovdan çəkinirmiş, yalnız indi E.Həsənov raon rəhbərliyinə gələndən sonra ondan «beli bağlanıb» deyə hərəkətə keçib.

Adətən hər hansı şəhərə, rayona yeni icra başçısı təyin olunanda həmin ərazidə qanunsuzluqlar bir müddət səngiyir və qanunsuz hərəkət etməyə hazırlaşan şəxslər öz planlarını bir müddət, yəni, təzə başçı ilə «dil tapana qədər» təxirə salırlar. Bu müddətin nə vaxta kimi uzanması başçıdan asılı olur. Təxmin olunurdu ki, E.Həsənovun öz sələflərindən fərqli olaraq, mövcud və yeni yarana biləcək neqativ hallarla «barışması» yaxın müddətdə baş verməyəcək, başqa sözlə, onun haqqında «ağzı var — demək, yeməyə gəlib» sözlərinin deyilməsinə hələ çox var. Amma…Dəryaz Oraqov

Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM