Nərimanov DYP şöbəsindən müəmmalı “evakuator” əməliyyatları
Sosial
Oxunub: 1 265
11 avq 2015 | 08:41
Nərimanov DYP şöbəsindən müəmmalı “evakuator” əməliyyatları












Rayon ərazisində fəaliyyət göstərən bəzi müəssisə və təşkilatların qarşısında xüsusi ayrılmış adamlar növbə çəkirək xəbərçilik edirlər

Son vaxtlar Nərimanov Rayon Polis İdarəsi Dövlət Yol Polisi şöbəsinin fəaliyyətində müşahidə edilən çoxsaylı neqativ hallara dair məlumatlara ölkə mətbuatında dərc olunana materiallarda tez-tez rast gəlmək olur. O cümlədən bir müddət əvvəl qəzetimizdə dərc olunan yazılarda, biz də dəfələrlə bu mövzuya toxunaraq, aldığımız şikayət məktubları əsasında bəzi məqamları ictimai müzakirəyə çıxarmışdıq.

Aldığımız məlumatlarda isə, vətəndaşlar DYP-nin Nərimanov rayon şöbəsinin əməkdaşları tərəfindən törədilən özbaşnalıqlardan, yol verilən rüşvətxorluq və digər korrupsiya hallarından bəhs edirlər. Biz ötən materiallarda da qeyd etmişdik ki, bu gün Azərbaycanda korrupsiyanın ən çox tüğyan etdiyi dövlət təsisatlarının siyahısında da birinciliyi ölkənin təhsil sisteminə aid olan müəssisə və qurumlar və DYP strukturları bölüşürlər. Bu durum isə ilk növbədə DYP-nin yerlərdə struktur bölmələrinə rəhbərlik edən şəxslərin yarıtmaz fəaliyyəti nəticəsində formalaşır. Bu xüsusda məlumatlarda vurğulanır ki, şöbənin rəisi Tofiq Quliyevin öz fəaliyyətində yol verdiyi qanun pozuntuları da idarənin ümumi iş prinsiplərinə ciddi təsirini göstərmişdir.

Sürücülərin qanunsuz cərimələnməsi, avtomobillərin əsassız olaraq təqibi, sürücülərin şərlənərək cərimələnməsi, cərimələrin yığılmasında ikili mühasibatlığın aparılması və digər bu kimi çoxsaylı korrupsiya halları bu gün Nərimanov DYP şöbəsinin fəaliyyətinin əsas səciyyəvi cəhətlərinə çevrilmişdir.Nərimanov DYP şöbəsində sürücülərin pozduqları yol hərəkəti qaydalarına görə tətbiq olunan cərimələrin bir neçə dəfə şişirdildiyini qeyd edən mənbənin sözlərinə görə, Tofiq Quliyev adıçəkilən şöbənin rəisi təyin olunduğu vaxtdan bu və buna bənzər digər hallar xüsusilə intensivləşib: “Nərimanov rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları sürücülərə yazılmış cərimələrin gec ödənilməsi səbəbindən istənilən rəqəmi təqdim edirlər. Məsələn, bir müddət öncə sürücülərdən birinin avtomobili Nərimanov DYPŞ-nin işçiləri tərəfindən saxlanılıb və sonra da cərimə meydançasına aparılıb. Həmin sürücü cərimə meydançasından maşınını çıxarmaq istəyərkən, ondan 1000 manat pul tələb olunub. Səbəb kimi 3 ay bundan əvvəl yol hərəkəti qaydalarını pozduğunu və bunun müqabilində 300 manat cərimə olunduğunu deyiblər. Rəqəmin 1000 manata çatmasını isə gecikmə və üzərinə əlavə cərimənin gəlməsi ilə izah ediblər. Bu pulun yalnız 100 manatı avtomobilin cərimə meydançasına gətirilmə xərci olduğu vurğulanıb. Halbuki, qanunvericilikdə cərimənin qısa müddətdə bir neçə dəfə artması halı yoxdur.

Düzdür, cərimə vaxtında ödənilmədiyi təqdirdə, üzərinə əlavə peniyalar gəlir. Lakin həmin peniyaların miqdarı o qədər böyük deyil ki, 3 ay içində 300 manatlıq cərimə 1000 manata qədər yüksəlsin...”Yeri gəlmişkən bunu da qeyd edək ki, yeni aldığımız növbəti məlumatların birində də Nərimanov DYP şöbəsinin “cərimə meydançası” əməliyyatlarına dair bəzi maraqlı açıqlamalar təqdim olunur. Bildirilir ki, bu gün rayon ərazisində fəaliyyət göstərən bəzi müəssisə və təşkilatların, o cümlədən “Ata Bank”ın, “VTB Bank”ın, “Azərqazbank”ın, “Rabitə Bank”ın filiallarının, həmçinin “Confetti Lounge” restoranının və 5 saylı notarial kontorun qarşısında gün boyu xüsusi ayrılmış adamlar növbə çəkirlər. Onların vəzifəsi, bu müəssisələrə gələn müştərilərə nəzarət etməkdir. Daha dəqiq desək, bu müşahidəçiləri müştərilərin avtomobilləri maraqlandırır.

Əgər müştəri öz maşınını bu müəssisələrdən birinin qarşısında saxlayıb, hətta bir neçə dəqiqəlik olsa belə, həmin müəssisəyə daxil olursa, bu zaman həmin şəxsin geri döndükdə artıq öz avtomobilini saxladığı yerdə tapmayacağı ehtimalı çox yüksəkdir. Belə ki, “müşahidəçilər” növbəti “qurbanı” təyin edən kimi, dərhal lazımi nömrəyə telefonla zəng vururlar. Bundan sonra həmin müəssisənin qarşısına DYP əməkdaşının müşayiətilə evakuator yaxınlaşır və bir neçə dəqiqədən sonra, artıq müştərinin maşının maksimal sürətlə cərimə meydançasına doğru hərəkət edir. Əlbəttə ki, öz yürüşü ilə deyil, evakuatorun “belində”. Avtomobilin sahibinə isə bu evakuasiya ən azı 50 manata başa gəlir. Məlumatı təqdim edən mənbə hətta bildirir ki, bu kimi əməliyyatlar səbəbindən artıq bir neçə dəfə avtomobil sahibləri ilə müəssilərin əməkdaşları arasında müəyyən anlaşılmazlıqlar da baş verib...

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq.

gundeminfo.az
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO