“Mən ora tək getsəm, vurub eləyərlər…” - Barəsində Prezidentə müraciət edilən “JEK” müdiri
Sosial
Oxunub: 361
13 dek 2019 | 18:44
“Mən ora tək getsəm, vurub eləyərlər…” - Barəsində Prezidentə müraciət edilən “JEK” müdiri


811 saylı Laçın alayının sabiq komandiri, polkovnik Arif Paşa Bakı şəhəri H.Aslanov qəsəbəsi İ.Abbasov-17 ünvanında yaşadığı evin qonşuluğunda təhlükləli tikinti işlərinin aparılması ilə əlaqədar Prezident İlham Əliyevə müraciət edib.

Arif Paşa müraciətində bildirib ki, əlaqədar qurumlar təhlükəyə göz yumur. Ərazidən çəkilən fotoları da təqdim edən Arif Paşa tikintidə bir neçə ay əvvəl yanğın baş verdiyini xatırladıb.

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən 4 saylı Mənzil İstismar İdarəsinin müdiri Elşad Kərimov bildirib ki, ailənin torpaq çıxarışı var:

“Heç kim özbaşına gedib insanların həyətinə girə bilməz. Ailədə iki nəfər var. Heç kimləri yoxdur. Dünən tikintinin sökülüb-sökülməyəcəyi ilə bağlı məhkəməyə müraciət ediblər. Ailənin torpaq çıxarışı var. Qarış-qarış torpaq çıxarışı olan şəxsi mülkiyyətdir. Ev sahibinin torpağının, əmlakının sənədi var. Onların sənədləri olduğu üçün mənim onların həyətinə girib nəsə etməyim mümkün deyil. Biz də bildirmişik ki, hasar sökülməlidir. Cavab olaraq bizə məhkəməyə müraciət etdiklərini və tədbirin məhkəmə qərarına əsasən, görüləcəyini deyirlər. Mən tək iş görə bilmərəm, tədbir sahə müvəkkili Zaur Usubovla birgə görüləcək”.

Həmsöhbətimiz qeyd edib ki, əraziyə tək gedə bilməz:

“Mən ora tək getsəm, vurub eləyərlər, yaxud söyərlər, ondan sonra müəyyən məsələlər qalxar. Ona görə də sahə müvəkkili olmalıdır, sahə müvəkkili gəldikdən sonra biz onu araşdıracağıq. Hazırda proses davam edir. Mən oraya şəxsin sənədi olduğu halda getsəm, sonra məni şikayət edər. Xəstə adamlardır, biri onkoloji xəstədir, 3 dəfə əməliyyat olub. Anası da 2 dəfə infarkt keçirib. Bir başıpapaqlı kişi yoxdur ki, söhbət edə biləsən. Amma oğlana bildirmişəm ki, hasarı sökmək lazımdır. Digər məsələlər isə məhkəmə qərarı ilə həll ediləcək. Prosedurun nə vaxt başa çatacağını deyə bilmərəm. Müdaxilə etmək səlahiyyətimdən kənardadır”.
Bu gün, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Bu gün, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Bu gün, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Bu gün, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
Dünən, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
Dünən, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
Dünən, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
Dünən, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR
Dünən, 13:24
Yuxarı Qarabağ suvarma kanalının adı dəyişdirilərək yenidən qurulacaq
Dünən, 12:23
Astana İrəvanla Bakıya dəstək verməyə hazırdır - Tokayev
Dünən, 12:19
Təhlükə var: Çölə çıxmayın! - İki gün boyunca…
Dünən, 12:06
İsrail İranın hücumuna tezliklə cavab verəcək - WSJ
Dünən, 12:01
İrəvan və Astana qardaşlaşmış şəhərlər oldu
Dünən, 11:12
COP29 Bakı Olimpiya Stadionunda keçiriləcək - RƏSMİ
Dünən, 11:08
Dollar bahalaşır - SƏBƏB
Dünən, 10:56
Bu gün görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anım günüdür
Dünən, 10:38
May ayında 10 gün iş olmayacaq
Dünən, 10:31
Azərbaycanlı aparıcı həmcinsi ilə nişanlandı - FOTO
Dünən, 10:28
Türkiyədə bələdiyyə sədri həbs olundu - FOTO
Dünən, 10:00
Zelenskidən çoxmənalı paylaşım: Dünyada istənilən raketləri dayandırmaq üçün...
Dünən, 09:43
İranın hücumundan sonra neft qiymətləri düşür
Dünən, 09:39
Azərbaycanda zəlzələ olub
Dünən, 09:35
“Danışılmış savaş” iddiası – Aradakı sekundantların Vaşinqton və Ankara olduğu deyilir
Dünən, 09:19
ABŞ Rusiya və Çinin ortaq qatılacağı savaşdan çəkinir: Ağ Ev Yaxın Şərqdə yeni "qırmızı cizgiləri" təyin etdi
Dünən, 09:00
Hərbi müxbir İran-ABŞ razılaşması barədə: “Üçüncü dünya müharibəsi ləğv edilir”
13-04-2024, 11:44
Narkotiklə tutulan şəxs axund imiş - Foto
13-04-2024, 11:39
İrana casusluqda ittiham edilən şəxslər saxlanıldı