19-12-2019, 16:00 Oxunub: 180

Pulsuz səhiyyə xidməti özünü doğrultmadı – NAZİRLİK

Pulsuz səhiyyə xidməti özünü doğrultmadı – NAZİRLİK


Nazir müavini: “Səhiyyə müəssisələrinin hansısa qurumun tərkibində olması vacib deyil”

“Pulsuz səhiyyə xidməti dövlət üçün böyük yük və həddindən artıq böyük problemdir. Dünyanın inkişaf etmiş ölkələrində əhali icbari tibbi sığorta ilə müalicə olunur”.

Turkustan.info xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə nazirinin müavini Rahim Əliyev deyib. O bildirib ki, səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin və ya başqa qurumun tərkibində olması vacib deyil.

“Pulsuz səhiyyə özünü doğrultmayıb. Səhiyyə müəssisələrinin hansı qurumun tabeliyində olmasından asılı olmayaraq, tibbi sığorta ilə əhaliyə göstəriləcək səhiyyə xidmətlərinin keyfiyyəti yüksələcək”, – nazir müavini qeyd edib.

“Nazirlik dövlətin səhiyyə siyasətini daim yürüdür və yürüdəcək. Tibb müəssisələrinin mərhələli şəkildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə verilməsi 2020-ci il ərzində davam etdiriləcək”, – R.Əliyev vurğulayıb. /AYNA/
Oqtay Şİrəliyev sonuncu səhiyyə naziri ola bilər... - Səlahiyyətləri əlindən alınıbsa... Oqtay Şİrəliyev sonuncu səhiyyə naziri ola bilər... - Səlahiyyətləri əlindən alınıbsa... Siyaset Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır — SİYAHI Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır — SİYAHI Sosial İcbari tibbi sığortanın qiyməti məlum oldu — Bir hissəsini dövlət ödəyəcək İcbari tibbi sığortanın qiyməti məlum oldu — Bir hissəsini dövlət ödəyəcək Sosial İcbari tibbi sığortadan sonra poliklinikaların necə xidmət göstərəcəyi açıqlanıb İcbari tibbi sığortadan sonra poliklinikaların necə xidmət göstərəcəyi açıqlanıb Sosial Bu xəstəxana Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb Bu xəstəxana Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılıb Sosial