9 dairədən yeni deputatın seçiləcəyi 100 faiz dəqiqləşib - SİYAHI
Sosial
Oxunub: 329
24 dek 2019 | 20:51
9 dairədən yeni deputatın seçiləcəyi 100 faiz dəqiqləşib - SİYAHI


9 fevral 2020-ci il tarixinə təyin olunmuş növbədənkənar parlament seçkisi yaxınlaşdıqca, həyəcan, rəqabət, iddialar da artır.

Hazırda müzakirə olunan əsas mövzulardan biri 6-cı çağırış Milli Məclisin tərkibində yeni deputatların neçə faiz təşkil edəcəyidir.

Şübhəsiz ki, bütün deyilənlərə rəğmən, növbəti parlamentin neçə faizinin yeni deputatlardan ibarət olacağını 9 fevral seçkisindən sonra biləcəyik.

Bununla yanaşı, bəribaşdan bəzi seçki dairələrini gələcək parlamentdə yeni deputatların təmsil edəcəyini 100 faiz əminliklə söyləyə bilərik.

Modern.az saytı 6-cı çağırış Milli Məclisdəı yeni deputatlarla təmsil olunacaq seçki dairələrinin siyahısını diqqətinizə çatdırır.

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi – Bu dairənin 5-ci çağırış Milli Məclisdəki deputatı Astan Şahverdiyev 2018-ci ilin aprelində qəfil ürəktutmasından vəfat edib. Dairə yeni deputatını gözləyir.

46 saylı Şirvan seçki dairəsi – Bu dairənin deputatı Rafael Cəbrayılov bir müddət öncə qalmaqallı şəkildə könüllü olaraq deputatlıqdan imtina etməyə məcbur qalıb və Mərkəzi Seçki Komissiyası onun mandatına xitam verib. R.Cəbrayılovun bu addımı atnasına səbəb 300 min ABŞ dollarını borc götürməklə Milli Məclisin deputat vəsiqəsini girov qoymaq ittiham olunması idi. Onun yenidən namizəd olnayacağı da dəqiqdir.

14 saylı Xəzər seçki dairəsi – Dairənin Milli Məclisdəki deputatı, ölkənin birinci xanımı Mehriban Əliyeva 2017-ci ildə Birinci vitse-prezident təyin edildiyindən onun səlahiyyətlərinə xitam verilib.

91 saylı Ucar seçki dairəsi – Dairənin Milli Məclisdəki deputatı Vüsal Hüseynov 2018-ci ilin aprelində Dövlət Miqrasiya Xidmətinin rəisi təyin edilib. Azərbaycan Konstitusiyasının 89-cu maddəsinə görə, Milli Məclisin deputatı dövlət orqanlarında vəzifə tuta bilməz.

Konstitusiyanın bu maddəsi daha bir neçə dairədə yeni deputın seçilməsini zəruri edib.

34 saylı Xətai ikinci seçki dairəsi - Bu dairənin deputatı Fuad Muradov 2018-ci ilin aprelində Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

43 saylı Sumqayıt üçüncü seçki dairəsi – Bu dairənin deputatı Muxtar Babayev 2018-ci ilin aprelində ekologiya və təbii sərvətlər naziri təyin edilib.

101 saylı Göygöl-Daşkəsən seçki dairəsi – Bu dairənin deputatı Rövşən Rzayev də 2018-ci ilin aprelində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

122 saylı Xankəndi seçki dairəsi - Bu dairənin 5-ci çağırış Milli Məclisdəki deputatı Flora Qasımova Modern.az-a bildirib ki, qəti şəkildə 9 fevral seçkisində iştirak etməyəcək. O, yerini gənclərə vermək fikrində olduğunu vurğulayıb:

32 saylı Suraxanı üçüncü seçki dairəsi – Bu dairənin deputatı Ağacan Abiyev deyib ki, artlq kifayət qədər yaşlandığından gələn il keçiriləcək parlament seçkisində iştirak etməyəcək. O da yerini gənclərə verməyin tərəfdarı kimi çıxış edib.

Beləliklə, yuxarıda sadalanan 9 dairəni Milli Məclisdə yeni deputatın təmsil edəcəyi qətiləşib. Amma belə dairələrin artacağı şübhə doğurmur...
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı