Mənzillərin icbari sığortası ilə bağlı ŞOK İDDİA - “Bu, Konstitusiyaya ziddir”
Sosial
Oxunub: 322
25 dek 2019 | 21:17
Mənzillərin icbari sığortası ilə bağlı ŞOK İDDİA - “Bu, Konstitusiyaya ziddir”


Daşınmaz əmlakın icbari sığortasından yayınanların cərimələnəcəyi xəbəri cəmiyyətdə narahatlıq yaratsa da, cərimələrin hansı formada tətbiq olunacağı barədə dəqiq məlumat yoxdur. Çünki bu, vətəndaşların daha əvvəllər rastlaşmadıqları yenilikdir.

Mövzu ilə bağlı AYNA-ya şərh verən iqtisadçı-ekspert Samir Əliyev, icbari sığortanı kommunal ödənişlərlə müqayisə edib: “Məsələn, vətəndaş kommunal xidmətlər üçün pul ödəmirsə, məsələ sadə yolla həll olunur - abunəçinin işıq, qaz və su təchizatı kəsilir. Yaxud dövlətə vergi ödəmədiyi təqdirdə sahibkarın bank hesabına sanksiya tətbiq olunur. Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası vəziyyətində, sığorta vəsiqəsi olmadıqda sahibi nəqliyyat vasitəsindən istifadə edə bilməz və s. Bütün bu hallarda, dövlətin bir vasitəsi var, ancaq daşınmaz əmlakın icbari sığortası olmadığı halda necə olacağı aydın deyil”.

“Ola bilərmi ki, sığortadan yayınan vətəndaşların mənzilləri əllərindən alınsın” sualını cavablandıran ekspert, vəziyyətin o dərəcədə kəskinləşəcəyini güman etmir: “Dərin sosial məzmunu nəzərə alsaq, dövlətin ağır cəzalar tətbiq etmək məsələsində sona qədər gedəcəyini düşünmürəm. Buna görə də hesab edirəm ki, könüllü sığorta sisteminə keçilməli və mövcud qanun ləğv edilməlidir. Mənzil sığortası sistemi ictimai etimad və sığorta savadı əsasında qurulmalıdır. Əks təqdirdə, bu təşəbbüs uğursuz olacaq, sadəcə işləməyəcək, ən pis halda, sosial gərginliyin artmasına səbəb olacaq”.

“Dünyanın əksər ölkəsində daşınmaz əmlak sığortası könüllüdür. Bundan əlavə, belə vəziyyətdə icbari sığorta Azərbaycan Konstitusiyasının 29.3-cü maddəsinin "Mülkiyyət" maddəsinə ziddir”, - S.Əliyev vurğulayıb.

Qeyd edək ki, gələn ilin əvvəlindən tətbiq olunacağı gözlənilən daşınmaz əmlakın icbari sığortası üzrə paytaxt sakinləri illik 50 manat ödəməli olacaqlar. Bu, Gəncə, Sumqayıt və Naxçıvan sakinlərinə, orta hesabla 40 manata başa gələcək. Ölkənin digər bölgələrində daşınmaz əmlak sığortası üçün 30 manat ödəniləcək.

İcbari sığortadan yayınanlar üçün inzibati cəza nəzərdə tutulur: Fiziki şəxslər üçün cərimə 30 manat, vəzifəli şəxslər üçün 80 manat, hüquqi şəxslər üçün 200 manat.

Sığorta vəsiqəsi almaq üçün şəxsiyyət vəsiqəsi və Dövlət Reyestrindən Çıxarış (“kupça”) təqdim etməklə, hər hansı sığorta şirkəti ilə əlaqə saxlaya bilərsiniz.
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi