Deputatın sərvəti açıqlandı və prezidentə müraciət olundu - İTTİHAM
Sosial / Dunya
Oxunub: 758
6 yan 2020 | 13:05
Deputatın sərvəti açıqlandı və prezidentə müraciət olundu - İTTİHAM


Redaksiyamıza Balakən ziyalıları və gəncləri adından Prezidentə ünvanlanan müraciət göndərilib. Dia.az-a daxil olan müraciətdə deyilir:

"Bildiyiniz kimi bu yaxınlarda hakim YAP tərəfindən 109 saylı seçki dairəsi üzrə Məhəməliyev Nəsib Məhəmməd oğlunun deputatlığa namizədliyi verilmişdir. Bir müddət Balakəndə, sonra Nəsimi rayonunda icra başçısı işləyən və beşinci çağırış üzrə Mlli Məclisdə deputatı olan Nəsib Məhəməliyev sözün əsl mənasında ancaq öz biznesini qurmuş, vəzifə səlahiyyətlərindən istifadə etməklə qohumlarının adına mülkiyyətlər toplamışdır. İşlədiyi dövrdə Balakən rayonunu üçün, əhali üçün demək olar ki, heç bir xeyri dəyməyən Nəsib Məhəməliyevin yenidən həm də bizim siyasi partiyamız olan YAP tərəfindən namizədlik sürməsi sözün əsl mənasında bizlərdə qıcıq yaradır, Balakən ziyalılarına təhqir sayılır.

Bu cür yarıtmaz fəaliyyəti olan birindən biz həqiqətən inanırıq ölkə başçısı cənab İlham Əliyevin və Mehriban Əliyeva xanımın xəbəri yoxdur. Biz güman edirik sabiq nazir Ziya Məmmədovun yaxını olan N.Məhəməliyev özünə yeni söykənəcək adam tapıb bu da ölkə başçısını ciddi aldadıb. Biz olanları Prezidentimizə də çatdırdıq. Aidiyyatı orqanlardan Nəsib Məhəməliyevin mülklərinin yoxlanmasını, bunları saxta sənədlərlə necə düzəltdiyini (kərpic zavod, MMOİL yanacaq doldurma məntəqəsi və sair) və işlədiyi dövrdə bu Balakən rayonuna necə xidmət etdiyinin araşdırılması üçün göstəriş verməyini xahiş etdik. Həmçinin onun namizədliyinin ləğv olunması barədə göstəriş verilməsini xahiş etdik".

Dia.az-a daxil olan müraciətdə daha sonra deyilir: "Balakən ziyalıları və gəncləri onun deputatlığa namizədliyinə etiraz edirlər. Əgər rayonda rəy sorğusu keçirsəniz görərsiniz onun haqqında nə deyirlər. Balakəndə onun köməkçisi insanlara pul verərək feysbuk şəbəkəsində müsbət rəylər yazdırır. Bu insan nəinki vəzifə tutmalı əmlakı müsadirə olunub büdcəyə verilməli".

"Axı bu illər ərzində Balakənə, Balakənlilərə Nəsib Məhəməliyev nə verdi ki, indi də gəlib onlardan deputat olmaq üçün səs istəyir?" deyə sual edən müraciət müəlliflərinin dia.az-a göndərdiyi müraciətində qeyd olunur: "Əgər Nəsib Məhəməliyev balakənlilərin başına açdığı oyunları unudubsa, bizlər bunu unutmamışıq. Rayon səhiyyəsini, təhsilini məhv etdi. Rüşvət hesabına nə qədər ki, savadsız, danqabaş adamlar var idi, hamısını yığıb vəzifələrə doldurdu. Onun səpdiyi toxumlar Balakəni hələ də ağrıdır. Hesab edirik ki, həm sadə Balakənlilər, həm də rayon ziyalıları Nəsib Məhəməliyevi yaxşı xarakterizə etmir və onun Balakən rayonundan millət vəkili seçilməyinə də səs verməyəcəyik. Əgər o rüsvay olmaq istəmirsə bu inadından əl çəkməlidir. Nə istəyir? Uzun illər həm Balakəni, həm də Nəsimi rayonunu çapıb talayıb.

Yığdıqları indən belə yeddi nəslinə də yetər. Ümumiyyətlə, Nəsib Məhəməliyevin Balakən və balakənlilərin adından danışmağa heç bir haqqı çatmır. Biz dövlət başçısı cənab İlham Əliyevə müraciət etmişik ki, əgər Nəsib Məhəməliyev yenidən Balakənə bu dəfə deputat qismində urcah ediləcəksə bizlər bütünlüklə bu seçkini boykot edəcəyik".

Daha sonra müraciət müəllifləri dia.az-a Nəsib Məhəməliyevin mülklərini siyahısını da göndəriblər:

Balakəndə

1. Şəhərin mərkəzində MMOİL yanacaqdoldurma məntəqəsi –Ulu öndərin adını daşıyan parka zid formada heykəlin görünüşünə mane yaradaraq tikintisi var.
2. Qabaqçöl qəsəbəsində MMOİL yanacaqdoldurma məntəqəsi.
3. Poçtbinə kəndindəki yanacaqdoldurma məntəqəsi.
4. Hənifə kəndindəki kərpic zavodu-kəndin örüş sahəsində tikilib, bir vaxtlar kənd camaatı malını otarırdı.
5. Balakən mərkəzi bazarı-qaynanası Mina müəllimə antisanitar şəraitdə bazarı idarə etməklə bərabər özbaşnalıqla idarə edir. vergidən yayınır.
6. İcra hakimiyyətinin yanındakı kafe-icarə müqaviləsi olmadan işlədilir.
7. Qabaqçöldə 100 hektar torpaq sahəsi və içərisindəki mal sürüsü-heç bir sənədi yoxdur.
8. Tülü kəndindəki keçmiş saray yeri.
9. Balakən rayonunun mərkəzindəki rayponun anbarları.
10. Balakən rayonundakı keçmiş çörək zavodu.
11. Balakən rayonunun girəcəyində, dağın ətəyindəki villa-xüsusi qorunan qoruqda tikilib. həyətində yeni istifadəyə verildi Balakən inşaat malları mağazası.
12. Balakən rayonundakı dəyirman.
13. Balakən rayonundakı keçmiş univermağın ərazisi.
14. İtitala kəndindəki qum karyeri-çayın yatağını kobudcasına dağıdaraq
15. Keçmiş tara bazası.
16. Bazarın qarşısındakı 5-in 6-ya ərazisi olan 21 ədəd mağaza-heç birinin icarə müqaviləsi yox vergidən yayınır.

Bakıda

1. 20 yanvar küçəsi ilə Asif Məhərrəmov küçələrinin kəsişməsində yerləşən “Əlibaba” dönərxanası və ona bitişik aptek.
2. Asif Məhərrəmov küçəsində 46 saylı yaşayış evi ilə üzbəüz alkaponlu möhtəşəm ofis binası.
3. Asif Məhərrəmov küçəsi 22a ünvanda yerləşən “Unibank”ın binası.
4. Məmmədcəfər Cəfərov küçəsi 16 ilə üzbəüz “Moskva” univermağının yaxınlığında 6 mərtəbəli “Modera” mebel salonunun binası.
5. Mir Cəlal küçəsində “Leyla” şadlıq evi ilə üzbəüz hasara alınmış böyük sahə.
6. Mir Cəlal küçəsi 36-da 6 mərtəbəli alkoponlu ofis binası.
7. Mir Cəlal küçəsi 63-də “Assorti” restoranı.
8. Akademik Zərifə Əliyeva adına göz klinikası ilə üzbəüz, Mirmahmud Kazımovski küçəsi 31-in yaxınlığında 6 mərtəbəli binanın altındakı aptek və onun arxasında yerləşən restoran.
9. 20 yanvar küçəsi bina 22-nin yaxınlığında “Deka bank” və yaxınlıqında tikilən bina.
10. 20 yanvar küçəsində “Qızıl Tac” şadlıq evi ilə üzbəüz silsilə şadlıq evləri və digər binalar.
11. “Qızıl Tac” şadlıq evinin arxasındakı stadion. Icra başçısı stadionu təmir adı ilə zəbt edib.
12. “Əcəmi” metrosunun yaxinlığında “Bakcell” ve onun yanında “Azercell” dükanları.
13. “Moskva ” univermağı ilə üzbəüz çayxanalar və bağın içində təmir edilən 3 mərtəbəli bina.
14. Cavadxan küçəsi 26-da “Ideal” ayaqqabı mağazası və həmin küçədə yerləşən aptek
15. “Ərzurum” şadlıq evinin yanındakı yeni möhtəşəm bina
16. Hərbi Hospitalla üzbəüz Azər Əliyev küçəsi 40-cı bina ilə üzbəüz 3 dəbdəbəli villa.
17. Tibb Universiteti ilə üzbəüz Səməd Vurğun küçəsi 116-da yerləşən restoran.
18. Qobustandakı daş karyeri və yataqla birlikdə aldığı qoyun sürüsü.

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

ZƏRURİ QEYD: Müraciət müəllifləri olduqca ağır ittihamlar da səsələndirmişdilər ki, həmin ittihamları ictimailəşdirmədik. Amma qarşı tərəfin istəyi ilə təqdim edə bilərik...
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş