General ev qalmaqalından DANIŞDI: - "Haqqımızı istəməyək?!"
Sosial
Oxunub: 301
14 yan 2020 | 20:16
General ev qalmaqalından DANIŞDI: - "Haqqımızı istəməyək?!"


Beşinci çağırış Milli Məclisin deputatı olmuş, general Əliağa Hüseynovun adı son bir neçə gündə Bakıda mənzil qalmaqalında hallanır.
Məsələ Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədəki binada Əliağa Hüseynovun həyat yoldaşının 4, qızının 8 mənzilə dair müqavilələrə istinadən məhkəməyə üz tutmalarından sonra yenidən diqqət mərkəzinə qayıdıb.
Binadakı 12 mənzilə aid müqavilələr Əliağa Hüseynovun həyat yoldaşının və qızının əllərində olsa da, faktiki həmin mənzillərdə və alqı-satqı müqavilələri ilə digər vətəndaşlar yaşayır. Həmin vətəndaşlar Əliağa Hüseynovun onlara məxsus 12 mənzilə göz dikdiyini iddia edirlər.
Modern.az məsələ ilə bağlı sabiq deputat Əliağa Hüseynovla əlaqə saxlayıb.

O, bildirib ki, mənzil məsələsində ailəsi mənzil satan şəxs tərəfindən aldadılıb:

“12 il bundan qabaq oğlum, qızım kürəkənim bir yerdə ev almışıq. Sənədlərim də əlimdədir. O gündən indiyə kimi evimizi bizə vermirlər. Çünki bizim evi 4-5 adama satıblar. Məsələn, biz evin kvadratını 1000 manata almışıq, onlar 500 manata. İndi də evi 500 manata alanlara verirlər. Bütün binanı satıblar. İndi biz səsimizi çıxarmayaq, haqqımızı istəməyək?! Bizim əlimizdə sənəd var, onların əlində isə yoxdur”.

Əliağa Hüseynov adının mənzil qalmaqalında hallanmasına bu cür reaksiya verib:

“Haqqımda çox şeylər yazırlar. Əslində, hamı haqqında yazırlar. Təkcə mənim haqqımda yazmırlar ki! Yaxşı işləri görmürlər, elə ki, hardasa kiçik nöqsan oldu, dərhal onu yazırlar. Belə olmaz axı! Dünyaya da baxmaq lazımdır. Təbii fəlakətlərdən kimsə sığortalanmayıb. O boyda Avstraliyada heyvanlar məhv oldu. Yaxud da İran təyyarəni səhvən vurdu. Biz nə edə bilərik?! İnsanların zəhmətini yeri vurmaq doğru deyil. İşləmişik, zəhmət çəkmişik, evsiz yaşamayacağıq ki!”.

General onu da əlavə edib ki, yaxşı yaşamaq istəyən özü üçün yaxşı şərait qurmalıdır:

“Hamı komalardan çıxıb yaxşı evlərdə yaşayır. Sevinməliyik ki, hamımız komalardan çıxmışıq. Heydər Əliyevin hesabına əlimiz çörəyə çatıb, dövlətimiz güclü dövlətdir. Xarici ölkələrin vətəndaşlarından da yaxşı yaşayırıq. Allah cənab Prezidentimizə can sağlığı versin. Yaxşı yaşamaq istəyən özü üçün yaxşı şərait qurmaq istəyir. Ölkəmizdə hamı firavan yaşayır. Bizim də yaxşı yaşamağa haqqımız var”.

Qeyd edək ki, hazırda Əliağa Hüseynovun həyat yoldaşı Elmira Hüseynova və qızı Esmira Əliyeva Nəsimi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti veriblər. Apelyasiya şikayətinə yanvarın 24-də Bakı Apelyasiya Məhkəməsində hakim Məmməd Məmmədovun sədrliyi ilə baxılacaq.
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO