"Kontakt Home" şefinin deputatlıq arzusu - İTTİHAM
Sosial
Oxunub: 359
21 yan 2020 | 22:21
"Kontakt Home" şefinin deputatlıq arzusu - İTTİHAM


Fevralın 9-da Milli Məclisə keçiriləcək seçkilər namizədlərin çoxluğu və rəngarəngliyi ilə diqqət çəkir. Orta məktəb müəllimindən tutmuş, heç bir yerdə işləməyənə, fermerdən tutmuş iş adamına qədər müxtəlif peşədən və təbəqədən olan insanlar seçilmək hüququndan istifadə edir. Bu, Azərbaycanın demokratikləşməsi yolunda mühüm addımdır və dövlətin seçmək və seçilmək hüququnu müdafiə etməsi təqdirəlayiqdir. Hərçənd, namizədlər arasında elə şəxslər var ki, onların ümumiyyətlə seçki prosesinə qoşulması yenilənən Azərbaycanın imicini ictimai rəydə zədələyir.

Belə namizədlərdən biri də Elnur Allahverdiyevdir. Bu şəxsin namizədliyini irəli sürməsi qızğın və maraqlı seçki prosesinə xələl gətirən məqamlardandır. Onun namizədliyinin hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülməsi isə cəmiyyətin haqlı nifrətinə səbəb olur və təbii olaraq, “Ümumilli lider Heydər Əliyevin yaratdığı, Prezident İlham Əliyevin lideri olduğu, nəinki Azərbaycanın, ümumilikdə regionun ən böyük və güclü partiyası ictimai rəydə “sələmçi” ləqəbi ilə tanınan Elnur Allahverdiyev kimilərəmi qalıb” sualını yaradır.

Əldə etdiyimiz məlumata görə, E.Allahverdiyevin atası, Dövlət Poliqrafiya və Kitab Ticarəti İşləri Komitəsinin sədri müavin, daha sonra sədri, “Bərpaçı” mərkəzinin rəisi, mədəniyyət nazirinin müavini, Respublika Xalq Nəzarət Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Prezidenti yanında Ali Nəzarət İnspeksiyasının sədri kimi vəzifələrdən işləmiş Marat Allahverdiyev vaxtilə ulu öndər Heydər Əliyevin əleyhinə çıxıb, haqqında kəskin ifadələr işlədib. Belə bir şəxsin oğlunun ulu öndərin qurduğu partiyanın namizədlər siyahısında olması olduqca acınacaqlıdır.

Hazırda deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası davam edir. YAP-ın 17 saylı Yasamal üçüncü seçki dairəsindən deputatlığa namizəd olaraq irəli sürdüyü Elnur Allahverdiyev seçicilərlə görüşlər keçirir. Və bu adam, sələmçilik edən, vətəndaşların cibinə girən, insanların ləyaqətini alçaldan, sözün gerçək mənasında “faciə istehsalçısı” olan bu adam seçicilərinə “haqdan ədalətdən, yaxşı gələcəkdən” dəm vurur, onlara kömək edəcəyinin sözünü verir. Onun bütün vədlərinin yalan olduğunu və yalnız seçki müddətinə hesablandığını, seçkilər bitəndən sonra heç bir vətəndaşın nəinki qapısını döyməyəcəyi, öz qapılarını da vətəndaşların üzünə bağlayacağı dəqiqdir.

E.Allahverdiyevin vətəndaşların başına açdığı oyunlarla bağlı mətbuatda yayılan faktlar hər şeyin belə olacağını asanlıqla deməyə əsas verir.

Əziz oxucu, E.Allahverdiyevin jurnalist həmkarlarımızdan birinin başına açdığı oyundən bəhs edək, sizlər də nəticəni özünüz çıxarın.

Həmkarlarımızdan biri “Kontakt Home” mağazalar şəbəkəsinin 3-cü mikraryon dairəsində yerləşən mağazasından kreditlə mobil telefon alıb. Cəmi bir gün sonra xarab olan telefonu qaytarmaq istəyəndə mağaza imtina edib. Halbuki, mövcud qanunvericilik istehlakçının bütün məhsulların 14 gün ərzində geri qaytarılmasını tələb edir. Həmkarımız mövcud qanunvericiliyi göstərib, özünün jurnalist olduğunu deyib, lazımi yerlərə şikayət edəcəyini bildirib, aldığı cavabsa belə olub:

– Nə qanun, kimdir qanunu sayan, get kimə deyirsən denən, arxamızda Elnur Allahverdiyev dayanıb, heç kim heç nə edə bilməz.

Həmkarımız deyir ki, məsələ təkcə qanunsuzluq etmələri yox, həm də kobudluq etmələri və heç kimi saymamalarıdır.

Elnur Allahverdiyevin rəhbərlik etdiyi “Kontakt Home” həmkarımıza həm işləməyən telefon satıb, həm də 415 manat ziyan vurub. İndi həmkarımız soruşur: Elnur Allahverdiyev bu ölkədə qanunlardan üstündürmü?!

Jurnalist həmkarımız E.Allahverdiyevin “böyük biznesi”nin qurbanlarından yalnız biridir. Mətbuatda yayılan informasiyalar qurbanların sayının yüzlərlə, minlərlə olduğunu təsdiqləyir.

E.Allahverdiyevin əsas gəlir yeri sələmçilikdir. Belə ki, “Kontakt Home” bank, yaxux kredit təşkilatı olmadığı halda məhsullarını kreditlə satır. Məhsullarının böyük qismi də ya yararsız olur, ya da “Çin malı” dediyimiz keyfiyyətsiz mallardır, lakin hər məhsulun üstünə 40 faizdən çox pul qoyulur. Alıcıların sözlərinə görə, “Kontakt Home”də məhsulu satarkən, olduqca nəzakətli davranırlar, lakin ödənişlərə gələndə şirkət əsl üzünü göstərir. Alıcıların ən çox üzləşdiyi problemlərdən biri də bu mağazaya olan borclarının bitməməsidir. Belə ki, şirkət məhsulun qiymətini istədiyi formada hesablayır və kredit ödənişi başa çatanda əlavə ödəniş də tələb edirlər. İmtina etdikdə isə məhkəmə, yaxud fiziki təqiblə hədələyirlər. Bununla yanaşı, bank, yaxud kredit şirkəti olmadığı halda kredit verən “Kontakt Home” minlərlə manat vergini ödəməkdən də yayınır.

"Kontakt Home" şefinin deputatlıq arzusu - İTTİHAM


“Kontakt Home”nin fırıldaqları haqda faktları sadalamaqla bitmir. Misal üçün, müştərilərdən biri deyir ki, telefonu alanan iki ay sonra servisə gətirmək məcburiyyətində olub. 14 günə düzələcəyinə söz versələr də, iki aydan çox çəkib.

“LG Q6” markalı telefonu 800 manata kreditə götürmüşdüm. Artıq telefona yox, verdiyim 800 manata yanıram. Telefon servisdə olduğu halda mən aylıq krediti ödəyirdim. İki aydan çox servisdə qaldı”, – vətəndaş danışır.

Şikayətçilər eyni zamanda, “Kontakt Home” kredit şərtlərini asan edərək müştəriləri aldatdığını qeyd edirlər. Onların dediyinə görə, bunun əvəzinə məhsullar digər mağazalarla müqayisədə həddən artıq baha qiymətə insanlara satılır. Şirkətin saytında paltaryuyan “Gorenje W7523A/S”in qiyməti 703.2 AZN göstərilib. Reklamda 12 ay faizsiz yazılıb. Kredit şərtlərində paltaryuyan maşının ödənişi 12 ay boyunca 74 manatdan təklif olunur. Bunu hesabladıqda isə 12 ay boyunca ödənilən cəmi məbləğ 888 manat olur ki, bu da öz qiymətindən 185 AZN (26.3%) çoxdur. Şirkət faizsiz verdiyi kreditdən 200 manata qədər əlavə pul qazanır.

Göründüyü kimi, Elnur Allahverdiyevin “Kontakt Home” şirkəti vətəndaşlara əsl müsibət yaşadır. İnsanları aldadan, onların cibinə girən, min cür fırıldaqla məşğul olan Allahverdiyev indi deputat olmaq istəyir ki, yumşaq kresloda oturub zülmə daha rahat davam etsin?! Belə bir adamı kim müdafiə edir, yaxud Prezident İlham Əliyevin Azərbaycanın güclənməsi, vətəndaşların rifahının yüksəlməsinə hesablanmış köklü islahatlarının “kölgəsində” gizləməyinə, xal qazanmağına kim dəstək verir?! O şübhəsizdir ki, E.Allahverdiyevin nəinki deputat seçilməsi, ümumilikdə namizədliyini verməsi belə qanunverici orqanın ictimai rəydəki legitimliyini indidən zəiflədir.

Vahid Məmmədov

Mənbə: https://telegra.ph/V%C9%99t%C9%99nda%C5%9Flara-m%C9%99n%C9%99vi-terror-ya%C5%9Fadan-namiz%C9%99d-01-20 (https://www.aztoday.az/news/64439.html)

//Aztoday.az
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”