Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır - Müraciət...
Sosial
Oxunub: 365
21 yan 2020 | 21:23
Axısxa türkü olan “Azərbaycan bayrağı” ordenli döyüşçü ölüm ayağındadır - Müraciət...


Qaraciyər serrozundan əziyyət çəkən Sərvər Rəcəbovun ailəsi dövlətdən və imkanlı şəxslərdən kömək istəyir

Əziz media qurumları! Əziz dostlar!

Respublika Xatirə Kitabının xəttilə Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmov haqqında yazdığım kitaba material toplamaq üçün Sabirabad rayonuna ezam olunmuşdum. Səfərdən məqsədim burada - Mesxeti türklərinin məskunlaşdığı Axısxa kəndində yaşayan sabiq Xocalı döyüşçüsü, Xocalı Özünümüdafiə batalyonunun komandiri, kapitan, "Azərbaycan bayrağı” ordenli Sərvər Rəcəbovla həmsöhbət olmaq idi.

Xocalılı döyüşçülərdən olan Nazim Hüseynovun bələdçiliyi ilə baş tutan səfərimiz zamanı müsahibəmiz alınsa da, bu qəhrəman döyüşçümüzün sağlıq durumu əhvalımızı korladı. Sərvər Rəcəbov hazırda qaraciyər serrozundan əziyyət çəkir. Həkimlər onun ciyərinə yığılan suyu çəkməklə öz işlərini bitmiş hesab edirlər. Lakin doğmalarının xüsusi narahatlıqla verdikləri məlumata görə, qəhrəman döyüşçümüzün sağalması tamamilə mümkündür. Bunun üçün sadəcə olaraq ailənin imkanları çox məhduddur.

Əziz dostlar!

Məlumat üçün bildirim ki, Sərvər Rəcəbov Özbəkistanın Fərqanə vilayətindəki hadisələr zamanı oradan didərgin düşmüş Mesxeti türklərindəndir. Azərbaycana gəldikdən sonra isə o, Xocalıda məskunlaşaraq burada milis (polis) sıralarında xidmət etməyə başlamışdır. Bu zaman Xocalıya ermənilərin hücumları başlayıb. Ona görə də S.Rəcəbov Xocalı Özünümüdafiə batalyonunu yaradaraq Xocalı ətrafında postların qurulmasını və şəhərin qorunmasını təşkil edir. 1989-cu ildən 26 fevral 1992-ci ilə - Xocalı soyqırımı gününə qədər. Həmin gün o da ailəsi – anası, qardaşı və cəmisi beş gün əvvəl doğulmuş körpəsini götürüb Xocalı əhalisi ilə birgə böyük məhrumiyyətlərdən keçərək Ağdam ərazisinə gəlib çıxa bilib.

Sərvər ailəsini təhlükəsiz yerə çıxardıqdan sonra yenə Qarabağa – ermənilərlə döyüşə qayıdıb və Xocalı batalyonunu bərpa edib. Burada da böyük qəhrəmanlıqlar, şücaətlər göstərib. Xalqımız qarşısında bu fədakarlıqları nəzərə alan mərhum dövlət başçısı Heydər Əliyev Sərvər Rəcəbovu "Azərbaycan bayrağı” ordeni ilə təltif edib.

Əziz dostlar!

Həyatını Azərbaycan uğrunda səfərbər etmiş Sərvər Rəcəbovun indi Azərbaycan dövlətinin və xalqının yardımına ehtiyacı var. Sərvərin ailəsi onun müalicəsinə kömək etmək üçün müvafiq dövlət qurumlarına, imkanlı şəxslərə müraciət etməyinizi, ən azı sabiq döyüşçünün sağlıq durumunun kritikliyini ictimailəşdirməyinizi istəyir. Bu həyəcan təbilinin iştirakçısı olmaqsa hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.

Nəzirməmməd Zöhrablı
Jurnalist-pulisist //miq.az//
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...