"Narahat olmayın, hər şey düzələcək, ona da pul atıblar..." - QALMAQAL
Sosial
Oxunub: 400
13 fev 2020 | 21:47
"Narahat olmayın, hər şey düzələcək, ona da pul atıblar..." - QALMAQAL


Bakı şəhər sakini Asif Məmmədov “Konstra” MTK tikinti şirkətindən narazıdır. A. Məmmədov “Qafqazinfo”ya müraciətində qeyd edib ki, 2018-ci ildə müxtəlif vaxtlarda sözügedən tikinti şirkətindən 169 nəfər ev alıb:

“Hamı da evin pulunu tam ödəyib. Əlimizdə bununla bağlı maliyyə arayışı da var. Mənzil aldığımız bina Tibb Universitetinin qarşısında yerləşir. Mən özüm 67 min manat pul ödəmişəm. Bir müddət tikinti dayandırıldı. Bizə dedilər ki, torpağın sahibiylə podratçı “Konstra” MTK arasında mübahisə düşüb. Torpaq sahibi isə “Orxan TİT” şirkətidir. “Orxan TİT” dən bizə dedilər ki, sakinlər aldadılıb, evlər saxtadır. Çünki podratçı şirkət ev satmalı deyildi.

“Konstra MMC” isə bildirir ki, “Orxan TİT” şirkəti onlara pul atıb. Bununla bağlı Prokurorluğa da müraciət ediblər.

Biz ev alan şəxslər olaraq hesab edirik ki, burada hansısa oyunlar gedir. Hətta bir evi başqa şəxslərə də satdıqlarını eşitmişik. Evlərin çoxu satılıb, bir hissəsi isə qalıb.
“Konstra MMC”-nin rəhbəri Bəhram Abbasovdur. Onunla dəfələrlə narazı sakinlər olaraq görüşmüşük. B. Abbasov bizə deyib ki, narahat olmayın, hər şey düzələcək, ona da pul atıblar. B. Abbasov yüksək vəzifədə işləyir. O, Hesablama Palatasının Dövlət investisiyalarının auditi şöbəsinin müdiridir”.

“Qafqazinfo” məsələ ilə bağlı “Konstra MMC” şirkəti ilə əlaqə saxlayıb. Şirkətin təsisçisi Bəsrət Abbaslı bildirib ki, atası Bəhram Abbasovun qanuni olaraq şirkətə aidiyyatı yoxdur: “Mən özüm cavan olduğuma görə, sakinlərlə görüşdə atam da iştirak edib. Çünki o əvvəllər bu işlərdə olub. Narazı vətəndaşlar yaşım az olduğuna görə düşünürlər ki, məsələlərdən başım çıxmır. Ona görə də ağsaqqal kimi atamı danışıqlara çağırmışam. Ancaq onun bu şirkətlə qanuni bağlılığı yoxdur.

Biz bu işdə podratçı tərəf kimi çıxış etmişik. Bizim sifarişçi tərəf olan “Orxan TİT” şirkəti ilə müqaviləmiz olub. Müqaviləyə əsasən, evlərin satışı bölüşdürülmə prinsipi ilə razılaşdırılıb.
Şirkətimizin daxilində problem yarandı, bundan digər şirkətin də xəbəri var idi. Belə ki, şirkətə təyin etdiyim Dilafir Rəsulov adlı icraçı direktor var idi. Satış hüququ tamamilə mənə aid idi, sənədlərə imzanı və möhürü mən qoya bilərdim.

Ancaq möhür ofisdə olduğu üçün icraçı direktor D. Rəsulov bundan istifadə edərək limitdən artıq ev satıb, qanunla əvəzimdən satış edə bilməzdi. O, vəziyyətdən sui-istifadə edib.
Hazırda sizə şikayət edən şəxslər vicdanlı alıcılardır. Həmin evlərin əvvəlki sahiblərinin D. Rəsulovla öz haqq-hesabları olub. Onlar bizim binadan qanunsuz şəkildə ev satışı edib. D. Rəsulov barterə gedib, yaxud öz borcunu bağlamaq üçün kiməsə ev verib.

Bizim bu məsələdə çəkinəcəyimiz bir şey yoxdur. Sakinlərdən əvvəl özümüz Baş Prokurorluğa, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə şikayət etmişik. Sifarişçi şirkət də çəkdiyimiz xərci minimum məbləğdən də aşağı hesabladı.

O pulların heç biri mənim kassama mədaxil edilməyib. 169 ev satılıb, onun 62-si təsdiqlənib. Kreditə verilən evləri, şəhid ailələrinin, nağd şəkildə ödəniş edən şəxslərin evləri təsdiqlənib. Mənim təsdiqlədiyim evlər belə qanunsuz sayılır, ancaq məcburiyyət yaranıb.

Bu məsələnin ictimailəşməsinin biz də tərəfdarıyıq. Hazırda məni aldadan şəxs heç ölkədə deyil. Biz çəkdiyimiz xərcin hesabatına əsasən sakinləri razı salmaq istəyirik. Ancaq “Orxan TİT” buna imkan vermir. Buna görə də, sifarişçi şirkət haqqında iddianamə hazırlayıb müvafiq qurumlara təqdim etmişik”.
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində