14-02-2020, 22:50 Oxunub: 153

“Azenco” işçilərinə 2 aydır maaş vermir - NARAZILIQ...

“Azenco” işçilərinə 2 aydır maaş vermir - NARAZILIQ...


Hələ ötən ilin əvvəllərindən Azərbaycanın ən böyük və tanınmış enerji tikinti şirkətlərindən olan “Azenco” ASC-nin maliyyə durumunun ağırlaşması barədə məlumatlar yayılmışdı.

Bunun əsas səbəbi isə bu şirkətin sahibi olduğu bildirilən Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin vəzifədən azad edilməsindən sonra “Azenco”-nun dövlətin iri layihələrindən pay ala bilməməsi göstərilirdi.

Mətbuatda sözügedən şirkətdə xeyli sayda işçinin ixtisara salındığına dair məlumatlar yayılmışdı. İndi isə məlum olur ki, şirkət artıq işçilərinə əmək haqqı verməkdə də ciddi çətinliklərlə üzləşib. Belə ki, “AzPolitika.info”-ya müraciət edən şirkətin bir qrup işçisi 2 aydır “Azenco”-dan maaş ala bilmədiklərini qeyd edir və bu problemin ölkə rəhbərliyi səviyyəsində qaldırılmasını xahiş edirlər.

Müraciətdə “Etibar Pirverdiyev vəzifəsindən çıxarılandan sonra “Azərenerji” bizə iş vermir” deyə qeyd olunur. Bu, E.Pirverdiyev postunu itirəndən sonra şirkətin dövlət sifarişlərindən məhrum edildiyini təsdiqləyir.

Xatırladaq ki, “Azenco” uzun müddət enerji sektorundakı iri layihələri həyata keçirib, bu layihələrin baş podratçısı və subpodratçısı olub. “Mərkəzi İstehsal Təmir” müəssisəsinin 2000-ci ildə özəlləşdirilərməsi nəticəsində yaranan “Azenko” Etibar Pirverdiyev «Bakıelektrikşəbəkə» Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri postunu tutan dövrdən sürətlə böyüməyə başlayıb və enerji sektorundakı layihələrin həyata keçirilməsində faktiki olaraq inhisarçı şirkətə çevrilib.

E. Pirverdiyevin “vurulmasınadək” elektroenergetika sənayesinin bütün layihələrində iştirak edən “Azenco” “Dövlət Bayrağı Meydanı” və “Bakı Kristal Hall” layihələrinin tikintisini də həyata keçirib.

2018-ci ilin sentyabrında E.Pirverdiyev “Azərenerji”-nin prezidenti vəzifəsini itirdikdən sonra “Azenco”ya yeni layihələrin verilməsi dayandırılıb və şirkətin “qara günləri” başlayıb. Lakin göründüyü kimi, bu prosesdən sözügedən şirkətin sahibindən daha çox sıravi əməkdaşları, fəhlələr əziyyət çəkirlər.
Etibar Pirverdiyev işçi haqqı yeməkdə ittiham olunur - İDDİA Etibar Pirverdiyev işçi haqqı yeməkdə ittiham olunur - İDDİA Siyaset Pirverdiyev işçilərin pulunu vermir - GİLEY Pirverdiyev işçilərin pulunu vermir - GİLEY Sosial Məmurlar üçün Etibar Pirverdiyev nümunəsi Məmurlar üçün Etibar Pirverdiyev nümunəsi Siyaset Azərbaycanda şirkət işçiləri etiraz etdi - Foto Azərbaycanda şirkət işçiləri etiraz etdi - Foto Hadise Pirverdiyev maaş vermir – İşçilər şikayətçidir Pirverdiyev maaş vermir – İşçilər şikayətçidir Sosial