Vüqar İskəndərov qoçu dəstəsi saxlayır? - İDDİA
Sosial / Dunya
Oxunub: 533
18 fev 2020 | 23:44
Vüqar İskəndərov qoçu dəstəsi saxlayır? - İDDİA


“Deputatlığa namizəd olmuş və Şəkidən deputat seçildiyi deyilən Avropa çempionu Vüqar İskəndərovun bacısı oğlu Orxan Cəfərov mənə zəng vuraraq bu axşam “razborkaya” dəvət edib. Dedi ki, mən öz dəstəmlə gələcəm, sən də kimi istəsən özünlə götürə bilərsən, evinin yerini de, gəlim səni ordan götürüm, gedək söhbət edək”.

DİA.AZ bildirir ki, Şəki sakini Şakir Salamlı fevralın 9-da 113 saylı DSK-nın 24 saylı səsvermə məntəqəsində müşahidəçilik edən yaxın dostunun həmin məntəqədə təzyiqlərə məruz qaldığını eşidən kimi həmin məntəqəyə getdiyini deyir. Orada deputatlığa namizədlərdən biri olan Vüqar İskəndərovun yaxın qohumu onu hədələyib.

“Həmin məntəqə Şəkidəki 4 saylı musiqi məktəbində yerləşirdi. Dostum zəng vurub dedi ki, Orxan adlı şəxs onu əvvəlcə 21 saylı məntəqədən qovub, o hazırda 24 saylı məntəqədədir, Orxan indi də həmin məntəqəyə gəlib, onu hədələyir ki, öz xoşuyla çölə çıxmasa, qulağından tutub küçədə yerlə sürütləyəcək. Narahat olduq və dostlarımla birlikdə məntəqəyə getdik, ancaq içəri girmədik. Məktəbin qarşısında toplaşaraq nə baş verdiyini müzakirə edirdik ki, sonradan adını bildiyim Orxan adlı şəxs bizə yaxınlaşdı, nəyə görə toplaşdığımızı soruşdu. Dedi ki, siz kimsiniz ki, burda baş verənlərə qarışırsız? Dedik, biz hələ heç nəyə qarışmamışıq, sadəcə, toplaşıb dostumuzun vəziyyəti ilə bağlı bir-birimizlə söhbətləşirik. Üstümə qışqırdı ki “ağıllı ol, əəə”. Bir-birimizlə 6-7 metr aralı məsafədən söz mübahisəsi etdik və dağılışdıq”, - Şakir Salamlı deyir.

Onun sözlərinə görə, məsələ bununla bitməyib. Fevralın 13-də Orxan adlı şəxs onu yenə narahat edib: "Srağagün axşam saat 10 idi, tanımadığım nömrədən zəng gəldi, dedi, həmin Orxanam, gəl, görüşək. Dedim, məşğulam, görüşmək imkanım yoxdur. Dedi, onda sabah axşam dostun-tanışın, topun, tüfəngin, nəyin varsa, yığ gəl, mən də gələcəm, söhbət edək. Mən artıq bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq bildirdim ki, belə bir adam dəstəsini başına yığıb, məni “razborkaya” çağırır. Daxili işlər nazirinin müqaini Oruc Zalova onlayn müraciət də etmişəm. Hələ ki, nə 102-yə, nə də nazir müavininə etdiyim müraciətlərə reaksiya var”.

113 saylı DSK-nın səsvermə məntəqələrində müstəqil müşahidəçi kimi iştirak edən Cavid Əliyev də baş verənlərlə bağlı danışıb. Bildirib ki, Orxan Cəfərov əvvəlcə ona 21 saylı səsvermə məntəqəsində təzyiq göstərib: “Həmin məntəqənin sədri səs-küy saldı ki, guya mən orda səs verən qadınları çəkirəm. Halbuki, çəkiliş aparmırdım. Bildirdim ki, hələ çəkiliş aparmıram, ancaq aparmalı olsam da, buna qanun yol verir və heç kim buna görə məni məntəqədən uzaqlaşdıra bilməz. Bunlar mənimlə bağlı akt tərtib etdilər. Bu vaxt Orxan Cəfərov da məntəqəyə gəlib çıxdı, məntəqə sədri ona məndən şikayətləndi, o da soruşsdu “sən kimsən”, dedim, müstəqil müşahidəçiyəm. Dedi, mən də YAP-ın müşahidəçisiyəm, məntəqənin sədri ilə əlbir olub məni məntəqədən qovdu. Ordan çıxıb 24 saylı səsvermə məntəqəsinə gəldim, beş dəqiqə keçmədi ki, Orxan da ora gəldi, məntəqə sədrinə bildirdi ki, mən bunu o biri məntəqədən qovmuşam, bunu bura niyə buraxmısız? Mənə isə dedi ki, bu dəqiqə buranı tərk eləməsən, qulağından tutub küçədə asfaltın üstündə sürüyəcəm səni, biabır olacaqsan. Mən də məntəqədən çıxıb dostlarıma zəng vurdum, onlara bildirdim ki, belə bir adam məntəqə-məntəqə arxamca düşüb, hara gedirəmsə, gəlib məni hədələyib ordan qovur. Dostlarımla onun arasında baş verənləri isə artıq Şakir Salamlı sizə danışıb”.
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”