İslahat dalğasını tərsinə üzən komitə sədri... - Səfər Mehdiyev dövlətə şərik gedir...
Sosial
Oxunub: 333
21 fev 2020 | 21:17
İslahat dalğasını tərsinə üzən komitə sədri... - Səfər Mehdiyev dövlətə şərik gedir...


Keçən ilin son aylarından etibarən ölkədə kardinal dəyişikliklər həyata keçirilir. Qeyd edək ki, birbaşa olaraq cənab Prezident İlham Əliyevin rəhbərliyi altında cərəyan edən yenilənmə prosesi sırf olaraq inqilabi xarakter daşıdığından müəyyən təbbi fəsadların müşahidə oluna biləcəyi istisna edilmir. Yəni burada söhbət hansısa radikal dəyişikliklər fonunda ortaya çıxa biləcək neqativlərdən gedir ki, bunda da dövlət rəhbərliyinin qətiyyətli və israrlı mövqeyi istənilən bir sürpriz xarakterli olayların önlənməsində müstəsna faktor kimi çıxış etməkdədir.

DİA.AZ bildirir ki, elə son olaraq rayon icra hakimiyyəti başçılarına qarşı müşahidə olunan barışmaz mövqe də "yuxarıların" hansı dərəcədə ciddi olmalarının sübutu kimi qəbul oluna bilər. Amma əslində, bu kimi halların davamlı olmaması daha çox təbiilik xarakterində idi. Yəni düşünülürdü ki, məsələn, Ağstafadak səs-küylü həbslər artıq digərləri üçün siqnal rolunu oynayacaq. Amma görünəni odur ki, bu, belə olmadı və yenə də həbs olunan icra başçıları seriyası davam etməkdədir.

Qeyd edək ki, burada hədəf təkcə icra başçısı institutu deyil və prosesin çoxşaxəli olacağı, dövlətin bütün idarəetmə aparatın əhatə edəcəyi də aşkar şəkildə görünməkdədir. Artıq bunun ilkin simptomları da müşahidə olunur. Nələr baş verə bilər?

Xatırladaq ki, Prezident İlham Əliyev yeniləşən siyasi dəst-xəttində bəzi köhnə kadrlara da üstünlük verdi ki, bu da onların peşəkarlıqlarına güvənməkdən daha çox, bəzilərinə yenidən şansın verilməsi kimi dəyərləndirilməli idi. Həmin kadrlar arasında Cavid Qurbanov, Səfər Mehdiyev və digərləri də var ki, onlar əslində köhnə eşalona aid olsalar da, yeniləşmiş hakimiyyət komandasında qərarlaşa bildilər. Özlərini doğruldurlarmı? Prezidentin onlara göstərdiyi etimada layiq fəaliyyətdədirlərmi?

DİA.AZ olaraq bu yöndə araşdırma aparmaq qərarını verdik və ilk obyektimiz Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevdir. Yerli KİV-də səslənən ittihamlardan da aydın olur ki, əslində Səfər Mehdiyev məhz Prezidentin hədəfə aldığı KÖHNƏ ƏNƏNƏLRİN ən bariz daşıyıcılarından biri, hətta ilhamverici qüvvəsi olub. Amma buna rəğmən önə çəkilən Səfər Mehdiyev DGK rəhbərliyinə gətirilərək yeni siyasətin aparıcılığı etimadına layiq görüldü. Onun yeniləşməyə nə qədər sədaqətli olduğunu təxmin etmək o qədər də çətin deyil.

Hər halda, gəldiyi ilk gündən qohum-əqrəbasını, dost-tanış çevrəsini ayrı-ayrı gömrük strukturlarına yerləşdirən Səfər Mehdiyevin ilk işinin məhz köhnə DÜŞMƏNLƏRİNDƏN qisas almaq olduğunu görəndə də təxmin edə bilərdik ki, əslində DGK-nın birinci müavinliyindən DGK sədrliyinə gətirilən bu adam yalnız gözə kül üfürməklə məşğul olacaq.

DİA.AZ-ın araşdırmalar zamanı əldə etdiyi bilgilərdən də aydın olur ki, bu günə qədər Səfər Səfər Mehdiyevin əli ilə həbsə atılan bütün keçmiş gömrük işçiləri nə zamansa onunla problem yaşayanlar olub. Eləcə də Səfər Mehdiyevin "kadr islahat" adı altında işdən çıxardığı nüfuzlu gömrükçülər də məhz onun birinci müavinliyi dövründə konflikt yaşadığı fiqurlardır.

Yəni gömrük sistemini ilk əvvəl öz maraqlarına uyğun şəkildə kadrlaşdıran Səfər Mehdiyev ardından da "dərə xəlvət, tülkü bəy" deyib "yuxarılara" yeni nağıllar oxumağa başladı. Doğrudur, əvvəlki rəhbərlikdən fərqli olaraq Səfər Mehdiyev yetərincə "insaflı" görünməkdədir. Məsələn, əgər dünənə qədər gömrükdə yığılan pulların 60-70 faizi büdcədən gizlədilirdisə, indi bu rəqəm kifayət qədər aşağı düşüb: 40-50 faiz. Yəni bu gün də əslində heç nə dəyişməyib və dövlət büdcəsinə özünü şərik kimi qoşan Səfər Mehdiyev əslində yeniləşmə siyasətində yamaq təsirindən başqa bir kimsə deyil və onu yalnız belə təsəvvür edə bilərik: İslahat dalğasını tərsinə üzən komitə sədri...

QEYD: Yazıdakı fikirlərlə bağlı DGK rəhbərliyinin də mövqeyini işıqlandıra bilərik
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO