Fazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu - İTTİHAM
Sosial
Oxunub: 300
24 fev 2020 | 22:20
Fazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu - İTTİHAM


"Gəncədəki 3 saylı peşə litseyinin sabiq direktoru Fazil İsmayılov rəhbərlik etdiyi təhsil ocağına özünün pul xırmanı kimi yanaşaraq, yetim şagirdlərin də təqaüdlərini biçib mənimsəyirdi". Bu ittiham DİA.AZ-a göndərilən müraciətdə yer alıb. Müraciət müəllifi daha sonra yazır:

"Özünün idarəçiliyi ilə korrupsiya və rüşvətxorluğa meydan açan, liseyin inventarlarını və digər maddi resurslarını qorxmadan talayan direktor ancaq varlanmağı hədəfləyirmiş. Sən demə, büdcə talançılığını həm də valideynlərini itirmiş şagirdlərinə qarşı, özü də amansızcasına edə bilirmiş...

Yetim-yazıq demədən əlinə keçən şagirdin aylıq təqaüdünü "həzm rabe"dən keçirən bu "elm adamı" nın yarıtmaz fəaliyyəti nəticəsində liseydə tədris və şagirdlərin dərslərə davamiyyəti aşağı olub. Çünki, Fazil İsmayılovu şagirdlərə keyfiyyətli peşə tədrisi və nizam-intizam əsla maraqlandırmayıb, o ancaq tabeliyindəkilərin əli ilə bac-xərac yığıb.

Onlarla tələbə təqaüdlərindən doymayan direktor və yaxın əlaltıları müxtəlif səbəbdən dərs buraxan şagirdlərin valideynlərindən əlavə haqq da yığdırıb.

Biabırçı məqam isə odur ki, direktor görk olsun deyə, "sözünə baxmayan" şagirdlərin bir neçəsini liseydən (təhsildən) uzaqlaşdırıb.

Direktor litseyin şagirdi Ömər Həsənovun anasına telefon zəngi etdirərək Ömərin yanvar-fevral-mart ayları üçün dərsə gəlmədiyini, qiymətlərinin yazılmadığını bildirir. Əvəzində, direktor şagirdin anasından 3 aylıq təqaüdün pulunu ödəmələrini tələb edib. Son ay üçün isə kartı tələb edib. Ana isə cavabında, oğlu Ömərin həmin pulu alıb xərclədiyini deyib, istənilən pulu vermək üçün özünün pensiyasını alması üçün vaxt istəyir. Nəticədə, ana pulu verə bilmir və oğlu liseydən qovulub.

Bundan başqa, Ülvi Məmmədov adlı şagird də Bakıda yaşayır. Dərsə gəlməsə də liseydə "pul gücünə" təhsil alır. Bu şagirdin də kartı əlindən alınıb.

Bir valideynini itirmiş başqa şagirdlər də kartlarının direktor tərəfindən mənimsənilməsinə şikayət ediblər.

Bunlardan - İsmayılov Əhliman Ruslan oğlunun;

Qasımov Murad Əbülfəz oğlunun;

Abdullayev Qurban Akif oğlunu;

Tanrıverdiyev İmran İlqar oğlunun;

Sadıqov Əziz Asif oğlunun yazmış olduqları ərizələri misal gətirmək olar. O şagirdlər də direktorun hədə-qorxu ilə "kart bazarı" açdığını, təcrübə adı ilə də 20 manat yığdırdığını yazırlar.

Yuxarıda qeyd edilən faktlarla əlaqədar qeyd etmək olar ki, şagirdlərin pul və təqaüd kartlarının mənimsənilməsində liseyin direktoruna yardım edənlər olub.

Şəkillərdə bir neçə tələbə onların təqaüd kartlarının Fazil İsmayılov tərəfindən mənimsənilməsini öz imzaları ilə təsdiq edib".

Dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Fazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu - İTTİHAMFazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu - İTTİHAMFazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu - İTTİHAMFazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu - İTTİHAMFazil İsmayılovun Gəncə Dövlət Universiteti arzusu - İTTİHAM
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO