Səhiyyə sistemimiz gül vurur: Ağır xəstələr qarşısında absurd tələb qoyulur... - “Dərmanlara qənaət edin”
Sosial
Oxunub: 358
27 fev 2020 | 19:46
Səhiyyə sistemimiz gül vurur: Ağır xəstələr qarşısında absurd tələb qoyulur... - “Dərmanlara qənaət edin”


Bir qrup hemofiliyalı xəstə AYNA-nın redaksiyasına müraciət edib. Onlar dövlət tərəfindən verilən dərmanları gec aldıqlarını, bəzən dərmanlarla təchizatda problem yaşadıqlarını deyiblər.

10 yaşlı Üzeyir Kərimov Gəncədə yaşayır. Hemofiliyalı uşağın atası Tahir Kərimov deyir ki, övladının 1 yaşından müalicəsinə start verilsə də, son illər dərman problemi yaşayırlar: “Sonuncu dəfə bu yaxında Bakıya getmişik, dərmanları ala bilməmişik, faktor çatışmazlığından uşağın vəziyyəti pisləşib, diz hissəsi şişib, yeriyə bilmir, məktəbdən qalıb. Dörd gün ərzində Bakıda qalmağa yerim olmayıb, maşının içində yatmışam, dərmanı almaq üçün hər dəfə bu boyda yolu gedib əliboş qayıdıram. Uşağın vəziyyəti pisləşir”.

7 yaşlı Nihad və 13 yaşlı Nuran isə Ağstafa rayonunda yaşayırlar. Uşaqların xalası Xatirə xanımın sözlərinə görə, Nuranın 2 yaşından topuğu zədələnib: “Həmin vaxt həkim Elmira Qədimova (Elmi-Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri - red.) bizə “dərmanları qənaətlə istifadə edin” dedi. Uşağa lazımi dozada dərman vurulmadığından Nuranın halı getdikcə pisləşdi. Uşaqlar doğulandan bu prpblemi yaşayırıq. Əvvəllər yalvararaq alırdıq, indi isə “dərman yoxdur” deyib, uşaqlarımızın həyatına bais olurlar. Əslində, uşaqlar hər həftə profilaktik qaydada bu iynədən istifadə etməlidirlər. Nihadda axsamalar başlayır. Bundan sonra uşaqlarımıza dərman verilsə də, düzəlməyəcəklər. Çünki övladlarımız göz görə-görə əlillik qazanırlar. Elmira Qədimova xəstələri başından edir, rayondan vurub şəhərə gələn adamlara dərman verilmir”.

Taleh Umudov Quba sakinidir. 27 yaşlı hemofiliyalı pasiyentin verdiyi məlumata görə, 2006-cı ildən ölkəyə dərmanlar gəlir: “Dövlət Proqramı əsasında dərmanımızı alırdıq. Amma son illər dərmanın gecikməsi problemi yaşanır. Bizə dərman almağa gedəndə həmişə bəhanələr deyilir. Xəstənin dərmanı necə qənaətlə verilə bilər?! Dərman verilməyəndə mənim həyatım təhlükə altına düşür. Elmira Qədimovanın xəstələrlə davranışı hər kəsi təəccübləndirir. Mən şəhərə gedə bilməyəndə, vəziyyətimlə bağlı valideynim dərmanı almağa gedir, amma ona verilmir. Ailəm yalvarır ki, övladımın qanaxması var, amma Elmira Qədimova dərman vermir”.

Vusal Məmmədov Mingəçevir sakinidir: “1-ci qrup əlil, anadangəlmə hemofiliyalı xəstəyəm. Elmira Qədimova dərmanları tanışlıqla verir. Mingəçevirdən Bakıya gələ bilmirəm. Biz dərmandan asılı vəziyyətdə olan xəstələrik. Xəstəxanada yatsaq da, heç bir effekt, nəticə olmur. Mərkəz rəhbəri xəstələr arasında ayrıseçkilik edir”.

Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının rəhbəri Gülnarə Hüseynova AYNA-ya açıqlamasında deyib ki, xüsusən bölgələrdəki xəstələrin vəziyyətləri ağırdır: “Dərman üçün Bakıya gələn xəstələrlə kobud davranılır, belə pasiyentlərin müalicəsi TƏBİB-in ixtiyarına verilsə də, dərman təchizatı hələ də Elmi-Tədqiqat Hemofiliya Mərkəzindədir”.

G.Hüseynovanın sözlərinə görə, Mərkəz rəhbəri dövlətin verdiyi dərmanları pasiyentlərə istədiyi vaxt verir, istəmədiy vaxt vermir: “Bəzi xəstələr ona pulsuz olan dərman qarşılığında “hörmət” edirlər. Ən pisi odur ki, bu həkim mütəxəssisdir, onun xəstələrlə kobud davranması dözülməzdir. Xəstə valideyni yalvara-yalvara dərman alır. Axı niyə? Bizim təşkilat tənqidi fikirlər söyləyir deyə, mənim oğlumu və bir çox xəstəni cəzalandırır. Oğlumun oynaqları dərman olmadığından yenidən ağrayır. Vəziyyəti pisləşib. Onlarla insan dərmanı gecikir deyə, əlillik qazanıb”.

Məsələ ilə bağlı AYNA-nın sorğusuna cavab verən Mərkəzin direktoru Elmira Qədimova bildirib ki, dərmanlar bahalı olduğu üçün onları qənaətlə verirlər: “Hökumət konfet kağızı vermir ki, dərmanı almaq üçün?! Bahalı dərmanı hər gələnə verə bilmərik, lazımi qədər özümüz müəyyən edirik. Dərmanlarımız var, heç bir gecikmədən, verilməməyindən söhbət gedə bilməz. Sadəcə hər il yeni partiya dərmanların ölkəyə gəlməsi zaman tələb edir, dərmanlar Avropadan gəlir. Əminəm ki, hamsının evində lazımi qədər dərmanı var, gələn-gələn yenə dərman istəyir”.

Direktorun sözlərinə görə, hazırda hemofiliyalı xəstələrin müalicə aldığı şöbədə 20-yə yaxın xəstə yatır: “Biz daha çox vəziyyəti pisləşənlərə yardım etmək istəyirik. İllərdir, oynaqları ağrıyanlarlar, xroniki xəstələr var ki, onların dərmanla təchizatında da problem ola bilməz. Xəstə özü gəlmirsə, yaxınına dərman vermirik. Xəstəni müayinə etməmiş dərman verə bilmərik. Flakonları tələb edirik ki, dəqiqləşdirək görək, verdiyimiz dərmanları istifadə edibmi”.

“Bölgələrdəki xəstələr nə zamanadək Bakıya dərman dalınca gələcəklər” sualına Qədimova belə cavab verib: “Yaxın illərdə regional mərkəzlər açılacaq”.

P.S. Atalar yaxşı deyib, ağanın malı gedər, nökərin canı çıxar. Spesifik xəstəliyi olan pasiyent aldığı dərmanı sata da bilməz, bəs dərman “simicliyinin” səbəbi nədir?
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE