Azərbaycanda biabırçı DEZİNFEKSİYA fırıldağı... - Bu durumda da qazancı üstün tuturlar...
Sosial
Oxunub: 374
9 mar 2020 | 20:00
Azərbaycanda biabırçı DEZİNFEKSİYA fırıldağı... - Bu durumda da qazancı üstün tuturlar...


Koronavirusun yayılması Azərbaycanda maska və spirtlə yanaşı, dezinfeksiya xidmətini də bahalaşdırıb. Sputnik Azərbaycan-ın apardığı araşdırma zamanı məlum olub ki, təmizlik şirkətlərinin bir kvadrat metr sahənin dezinfeksiyası üçün təklif etdikləri qiymət 50 qəpikdən 1 manata qədər bahalaşıb. Hətta bəzi yerlərdə dezinfeksiya üçün bir kvadrat metrə 3 manat tələb edən təmizlik şirkətləri də var.

Bakı Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qiymət siyasəti həmin şirkətlərin öz işi olsa da, hər təmizlik şirkəti dezinfeksiya işi apara bilməz. A. Məmmədovun sözlərinə görə, dezinfeksiya üçün mütləq təmizlik şirkətinin lisenziyası olmalıdır: "Ölkə ərazisində özəl sektora məxsus kifayət qədər dezinfeksiya şirkətləri var. Onlar lisenziya aldıqdan sonra bu fəaliyyətlə məşğul olurlar. Belə şirkətlər ayrıca xidmət göstərirlər. Onlar bizim tabeliyimizdə deyillər, bizə heç bir aidiyyatı yoxdur. Əgər lisenziyaları varsa, bu fəaliyyətlə məşğul ola bilərlər. Lisenziyalaşma Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir".

A. Məmmədov deyir ki, dezinfeksiya üçün təmizlik şirkətləri ilə müqavilə bağlamazdan öncə həmin şirkətin fəaliyyətini də araşdırmaq lazımdır: "Bəzi təmizlik şirkətləri var ki, qapı-qapı düşüb dezinfeksiya üçün pul yığırlar. Vətəndaşlar belə şirkətlərə aldanmasınlar. Onların çoxunun dezinfeksiya üçün lisenziyası belə, yoxdur. Onların fəaliyyəti elə qapılara düşməklə müştəri toplamaqlarından bəllidir".
A. Məmmədovun sözlərinə görə, vətəndaşlar dezinfeksiya şirkətləri ilə müqavilə bağlayarkən hansı məhlullardan istifadə edəcəklərini də diqqət yetirməlidirlər: "Bəzən belə şirkətlər istifadə etdikləri dərman məhlullarının baha olduğunu əsas gətirib qiyməti qaldırırlar. Vətəndaş da bu sahə üzrə mütəxəssis olmadığından aldanır. Ona görə də, müqavilə bağlayan MİS-lər, komendantlar bu məsələyə diqqət yetirməlidirlər".

Elə əlaqə saxladığımız təmizlik şirkətlərinin çoxu da elə qiymət artımına istifadə etdikləri dərman məhlullarının keyfiyyətinin yüksək olmasını əsas gətirdilər.

"Expel Azərbaycan" təmizlik şirkətindən bildirdilər ki, dezinfeksiya üçün qiymətlər fərqlidir: "Bizdə qiymət 1 kv metrə 50 qəpikdən 3 manatadəkdir. 3 manata dumanlama işləri də aparırıq. Bu xidmət zamanı virusun qalma ehtimalı demək olar ki yoxdur. Amma bunun üçün bahalı dezinfeksiyaedici məhlullardan istifadə edirik. İşlətdiyimiz dezinfeksiya edici məhlullar Almaniya istehsalı olduğundan, bahalıdır. 1 kvadrat metri 50 qəpiyə təklif edilən dezinfeksiya isə Belarus istehsalı olan ucuz məhlullarla aparılır".

Şirkətdən bildirdilər ki, yaşayış binalarında blokları 100-120 manata dezinfeksiya edirlər.

"Pak təmizlik" şirkətindən isə bildirdilər ki, əvvəl dezinfeksiya xidmətinin qiyməti hər kvadrat metrə 50 qəpik olsa da hazırda 1 manatdır: "İndi dezinfeksiyaya tələbat artıb. Bizdə qiymətlər əsasən dezinfeksiya ediləcək məkanın sahəsinə görə dəyişir. 200 kv sahənin dezinfeksiyasına 200 manat tələb edilir. Dezinfeksiyanın kvadratı 1 manatdır. Əgər sahə 200 kvadratdan artıq olarsa 70 qəpiyə dezinfeksiya edirik".
Şirkətdən bildirdilər ki, dezinfeksiya üçün lisenziyaları var: "Lisenziya olmadan fəaliyyət göstərməyimiz mümkün deyil".

"Kristal təmizlik" şirkətindən də dezinfeksiyanın eyni qiymətə aparıldığını söylədilər.

"ALFA-SS" Profilaktik Dezinfeksiya və Təmizlik şirkətindən Sputnik Azərbaycana bildirdilər ki, əvvəl qiymət bir kvadrat metrə 50 qəpik olsa da, hazırda 70 qəpikdir. 500 manata isə yaşayış binasının bloklar, mərtəbələr, giriş-çıxışlar dezinfeksiya edilir.

"PAOS" şirkətindən bidirdilər ki, lisenziya əsasında fəaliyyət göstərirlər: "Bizim şirkət Avropa və Amerikanın tanınmış Pestcontrol şirkətləri ilə əməkdaşlıq edir və onların istehsal etdiyi pestisidlərdən yararlanır. Qiymətlər bir kvadrat metrə 1 manatdan təklif edilir. Dezinfeksiya ediləcək sahə böyük olduqca qiymətdə endirim edirik" .

Qeyd edək ki, koronovirusun yayılmasından istifadə edən işbazlar isə bundan bəhrələnməyə, artıq gəlir əldə etməyə çalışırlar. Artıq qoruyucu maskaların, spirtlərin qiyməti artıb. Amma təkcə apteklər deyil, bəzi dezinfeksiya şirkətləri də göründüyü kimi vəziyyətdən istifadə edirlər. Onlar yaşayış binalarında hər bir mənzilindən 2 manat almaqla dezinfeksiya xidməti göstərirlər.

Mütəxəssislər isə dezinfeksiyanın təsirli olması üçün istifadə edilən preparatların keyfiyyətli olmasını və bu işin professional şəkildə aparılmasının vacib olduğunu söyləyirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirdilər ki, dezinfeksiyanın qalıcılıq müddəti ən azı 4 ay olmalıdır.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ