Sevgililərini necə şantaj etdi?
Sosial
Oxunub: 1 360
6 sen 2015 | 07:16
Sevgililərini necə şantaj etdi?

















Bakı Ağır Cinayətlər Məhkəməsində iki sevgilisi ilə intim münasibətdə olub sonradan onları şantaj etməkdə təqsirləndirilən 29 yaşlı Anar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib

Xəbər verilir ki, prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxs üçün cəza istəyib. A.Məmmədov 2014-cü ildə iki qadınla eyni vaxtda sevgili olub. Tanış olduğu Günel adlı qadınla bir evdə yaşayıb, eyni zamanda Türkanə adlı qızla da sevgili olub. A.Məmmədov hər iki qadınla bir neçə dəfə cinsi əlaqədə olub və bunu mobil telefonun kamerası ilə çəkib. Sonradan isə həmin videoları yayacağı ilə hədələyərk sevgililərindən 3 min manata yaxın pul alıb. Bu məsələ ilə bağlı mübahisələrin birində Anar Məmmədov sevgilisi Türkanəni döyüb. Hazırda Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) və 182.2-ci (Hədə-qorxu ilə tələb etmə) maddələri ilə təqsirləndirilən A.Məmmədov bundan öncə də Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə təqsirləndirilərək Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 600 manat cərimə olunub. A.Məmmədov rayon məhkəməsinin qərarını bu günə kimi icra etməyib. Anar Məmmədov istintaqa ifadəsində qızlardan pulu borc aldığını deyib, məhkəmədə də özünü təqsirli bilib. Sevgililərinə dəyən maddi ziyanı ödəyib. Dövlət ittihamçısı A.Məmmədovun 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini və Nəsimi Rayon Məhkəməsinin qərarı ilə cərimə olunduğu 600 manatı ödəməsini istəyib. Zərərçəkən Günel dövlət ittihamçısının istədiyi cəzaya münasibət bildirərkən deyib ki, keçmiş sevgilisinin həbs edilməsini istəmir: “Yalnız cərimə olunsa, bəsdir”. Digər zərərçəkən sevgili Türkanə isə ümumiyyətlə Anar Məmmədov haqda şikayətçi olmadığını bildirib. O qeyd edib ki, onu bu qərarı verməyə heç kim məcbur etməyib. Təqsirləndirilən şəxsin vəkili çıxış edərək dəyən ziyanın ödənildiyini və Anar Məmmədovun özünü təqsirli bilməsini xatırladaraq məhkəmədən şərti cəza çıxarmasını xahiş edib. Anar Məmmədov son söz demək üçün məhkəmədən vaxt istəyib. Məhkəmənin növbəti iclası sentyabrın 10-na təyin edilib.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ