2 SAYLI TIBB MÜƏSSISƏSLƏRI AÇIQ VƏRƏM XƏSTƏSINI FUTBOL TOPU KIMI BIR BIRINƏ ATDILAR
Sosial / Dunya
Oxunub: 407
12 mar 2020 | 12:00
2 SAYLI TIBB MÜƏSSISƏSLƏRI AÇIQ VƏRƏM XƏSTƏSINI FUTBOL TOPU KIMI BIR BIRINƏ ATDILAR


2 SAYLI TİBB MÜƏSSİSƏLƏRİ BAŞQALARINI YOLUXDURMA TƏHLÜKƏSİ DAŞIYAN XƏSTƏNİ TƏCRİD ETMƏK ƏVƏZİNƏ GET-GƏLDƏ QOYUBLAR

2 SAYLI TIBB MÜƏSSISƏSLƏRI AÇIQ VƏRƏM XƏSTƏSINI FUTBOL TOPU KIMI BIR BIRINƏ ATDILAR


“Dəryaz” qəzetinin redaksiyasına Masallı rayon sakini 2004-cü il təvəllüdlü Fatimə Həsənova müraciət edərək tibb müəssisələrinin rəhbər vəzifəli şəxsləri tərəfindən süründürməçiliklə üzləşdiyini bildirmişdir. Şikayətçinin qeyd etdiyi telefona zəng etdikdə cavab verən şəxs Fatimənin bibisi olduğunu bildirdi və həqiqətən də müraciətdə ehtiva olunan məsələləri təsdiqlədi.

Fatimə Həsənova açıq vərəm xəstəliyindən əziyyət çəkir. Rayonda Ağciyər Xəstəlikləri Xəstəxanasında qeydiyyatda olsa da, orada lazımi diqqət görmədiyindən, qonaq gəlmiş olduğu paytaxtda yaşayan bibisigildə olduğu zaman həkim köməyinə ehtiyac duyub və o, əvvəlcə Bakı şəhəri Xətai rayonu Rəşid Bağırov küçəsi 30 ünvanda yerləşən 2 saylı vərəm dispanserinə gətirilib. Onu qohumları – bibisi və bibisinin əri müşayiət ediblər. Dispanser rəhbərliyi onu qəbul etməyib, poliklinikadan rəy almalı olduğunu deyiblər. Xəstə və yaxınları bu dəfə Fatiməni özlərinin yaşadıqları ünvanda əhaliyə ambulator tibbi xidmət göstərən Xətai rayon 2 saylı şəhər poliklinikasına aparıblar. Qeydiyyatda olmayan xəstə üçün bu müəssisədən heç bir yoxlamadan keçmədən göndəriş (“napravlenie”) almağa müvəffəq olublar. Əllərində “lazımi” kağız qayıdıb dispanserə gəliblər. Bu dəfə də imtina ilə qarşılaşıblar: “Bizdə analiz keçirməyə aparat yoxdu”. Təzədən poliklinikaya müraciət etməyi məsləhət görüblər. 2 saylı poliklinikanın baş həkimi İradə Əliyevadan “yox” cavabı alıblar. Kor-peşiman qayıdıblar dispanserə. Net olaraq “bizlik deyil” nidasını eşidəndən sonra Ağciyər Xəstəlikləri İnstitutuna üz tutublar…

Xəstəyə şəfa diləyirik və İnstitutda görəcəyi münasibətin, tibbi xidmətin nəticəsinin yaxşı olmasını arzu edirik. Amma qəribə hal budur ki, tibb müəssisələrinin vəzifəli şəxsləri Fatimə kimi xəstələrə tibbi xidmət göstərməyə yetənəkləri çatmadığı halda belə, elələrinin şəhərdə sağlam insanlar arasında, ictimai nəqliyyatda gəzib-dolaşmasına yol verməməliydilər. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan şəxslərin barəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 6 dekabr tarixli 157 nömrəli qərarını yada salmalıydılar.

2 saylı vərəm dispanserinin baş həkimi Ceyhun doktorun “qalın adam” olması barədə dolaşan söz-söhbət bizim də qulağımıza çatmışdı. Amma fikirləşirdik ki, yəqin başqa həmkarlarından fərqli olaraq “cibsiz xalat” geyinir deyə bizim millət ona yaxınlaşa bilmir. Əvvəlcə zəng edib məsələ ilə bağlı suallar verdik. Bizi öz işinə dəvət etdi. Biz də zənn etdik ki, yəqin baş həkim bu mövzunu telefon söhbəti hesab etmir. “Yüz eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” deyib, dispanserə getdik. Baş həkim iş vaxtının başlanmasından xeyli vaxt keçmiş gəlib çıxdı. Bahalı “Land kruiser”indən düşüb içəri keçdi.

2 SAYLI TIBB MÜƏSSISƏSLƏRI AÇIQ VƏRƏM XƏSTƏSINI FUTBOL TOPU KIMI BIR BIRINƏ ATDILAR


Bu qırmızısifət adam kabinetində bizi çox etinasız qarşıladı: “O məlumatı sizə verən adamı gətirin bura, üzünə tüpürüm. Mən heç nağıla qulaq asan adama oxşayıram?” Bununla da başa düşdük ki, niyə o, başqalarına kobud adam təsiri bağışlayır.

Növbəti sualımızı zəng vurub 2 saylı poliklinikanın rəhbəri İradə xanıma verdik. Özündən razılıqda kişi həmkarından geri qalmadığının şahidi olduq: “Gedin, nə istəyirsiniz yazın!”

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin sözçüsü Pərviz müəllimin fikirlərini öyrənmək məqsədilə ona zəng vurduq. Telefonu qaldırmadı. Mesaj göndərdik, cavablamadı.

Səhiyyə Nazirliyinə və TƏBİB-ə rəsmi sorğu hazırlayırıq.

P.S. 2 saylı Poliklinikanın baş həkimi onu da bildirdi ki,xəstənin valideyini gedəndə lappırtı ilə üzümüzə tüpürüb getdi. Görün xəstəni hansı vəziyyətə gətiriblər ki, o bu addımı atıb. Ancaq onu bilə bilmədik ki, bu tüpürcəkdən 2 saylı vərəm dispanserin və digər müəssisələrin payına nə qədər pay düşdü.

Habil Tağıyev
Dünən, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
Dünən, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
Dünən, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
Dünən, 14:34
Akademik Zərifə Əliyeva
Dünən, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”
Dünən, 14:00
ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək? - AKTUAL
Dünən, 13:13
"Bu Kreml sahibi Vladimir Putinin və onu əsabələrinin icad etdiyi termindir" - BİZƏ NƏ DƏXLİ?..
Dünən, 12:23
Netanyahu İsrailin İrana necə cavab vercəyini açıqladı
Dünən, 12:09
Yeni dələduzluq növü: “Kəsirləri düzəldirəm, imtahan ballarını artırıram” - VİDEO
Dünən, 11:49
Laçında tikintisi gedən hava limanının son görüntüləri - VİDEO
Dünən, 11:44
Qərbi Azərbaycan İcması bəyanat yayıb
Dünən, 11:40
Pakistanda fəlakət: hökumət dəhşətli statistika açıqladı
Dünən, 11:32
Zelenski İsrailə görə Qərbə qəzəbləndi: Ukrayna olmasaydı…
Dünən, 11:27
Prezident Şirvan suvarma kanalının təməlini qoyub
Dünən, 11:21
Tehran 4 ölkəni rəsmi şəkildə hədələdi
Dünən, 10:25
Gənc həkim “Bitcoin”ə görə özünü öldürdü - FOTO
Dünən, 10:17
Vəfat edən şəxsin pensiya kapitalının aqibəti necə olur? - AÇIQLAMA
Dünən, 10:07
Ərdoğan təcili kabinetini toplayır
Dünən, 09:33
Erməni deputat vətəndaşla dalaşdı - VİDEO
Dünən, 09:29
Azərbaycanda bu şəxslər 500 manat CƏRİMƏ EDİLƏCƏK
Dünən, 09:25
Qurban Qurbanovun görüntüsü GÜNDƏM OLDU - VİDEO
Dünən, 09:00
Zəngəzur dəhlizinin inşasının yeni görüntüləri - VİDEO
15-04-2024, 16:00
Yeni müharibələr və Azərbaycan - NƏ ETMƏLİ?
15-04-2024, 15:30
Üçüncü dünya müharibəsi ehtimalı-Azərbaycan nə etməlidir? - İNCƏLƏMƏ
15-04-2024, 14:22
3-cü Dünya müharibəsi Cənubi Qafqaza yaxınlaşır: Azərbaycan belə qoruna bilər - AKTUAL
15-04-2024, 13:44
Tehranın "qisas"ı: ABŞ-İsrail-İran səhnəsi - GÖRÜNMƏYƏN MƏQAMLAR