Əbülfəz Qarayevin adamları şəhid adına müdhiş dələduzluq
Sosial
Oxunub: 1 362
7 sen 2015 | 07:12
Əbülfəz Qarayevin adamları şəhid adına müdhiş dələduzluq

















İtkin düşən şəxsin maaşı necə mənimsənilib?

Redaksiyamızın poçtuna maraqlı bir müraciət daxil olub. Şəhid adına 22 il ərzində edilmiş xəyanətlərə və mənimsənilmiş pul vəsaitlərini ört-basdır etməyə çalışan İsmayıllı mədəniyyət və turizm idarəsinin baş mühasibi Həcər Allahverdiyeva və şöbə müdiri Azər Abbasovun özbaşnalıqları barəsində tədbir görülməsi üçün ölkə başçısı İlham Əliyev və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə olan açıq məktub həmçinin müdafiə naziri Zakir Həsənov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik naziri Eldar Mahmudov, daxili işlər naziri Ramil Usubov, mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev və maliyyə naziri Samir Şərifova ünvanlanıb. Həmin qurum rəhbərlərinə üz tutan Ismayıllı rayonu, M.F.Axundov küçəsi, bina 34-A, mənzil 9 sakini Ürbabə Mahmudova yazır:
“Mən Qarabağ müharibəsində şəhid olmuş Təyyar Mahmudovun həyat yoldaşıyam. Həyat yoldaşım 1987 ci-ildən, Qarabağ müharibəsinə göndərildiyi günə kimi Sulut kəndindəki kitabxananın müdiri işləyib. O,07 aprel 1993 cü- ildə Ismayıllı rayon hərbi komissarlığı tərəfindən müharibəyə göndərilib. Şəhid olmuş qardaşım Eldar Nuriyevin dəfnində iştirakla əlaqədar 1993- cü ilin iyun ayında həyat yoldaşım Suluta gəlib və yenidən cəbhəyə qayıdıb. O vaxtdan 12 mart 2001-ci ilə kimi ondan heç bir məlumat olmayıb. 12 mart 2001 ci-ildə Ismayıllı rayon məhkəməsinin qətnaməsi əsasında həyat yoldaşımın Qarabağ döyüşlərində itkin düşdüyü müəyyən edilərək ölmüş hesab edilib və ona şəhid adı verilib. Mənimlə həyat yoldaşımın rəsmi qaydada olan nigahımızdan 03 dekabr 1993-cü ildə qızım Ruhiyyə Mahmudova doğulub. Həmin illəri hamımız çox yaxşı xatırlayırıq. Yoxsulluq, aclıq, səfalət, maddi-mənəvi çətinliklər, bir sözlə, insanların çəkdikləri əziyyətlərin içərisində öz körpəmlə rayon mərkəzindən 50 km aralı bir məsafədə keçirdiyim bu ömrü rəzalət içərisində yaşamışam. Körpə qızımla hansı zülmləri çəkmişəm, ondan bir allahım xəbərdardır. Qızımı kürəyimə sarıyıb dağlardan böyürtkan, dərman üçün ot bitkiləri yığıb sataraq yaşamışıq. Elə vaxt olub ki, günlərlə ac qalmışıq. Odun ehtiyatımız olmadığı üçün soyuqdan əziyyət çəkmişik. Maddi imkanımız olmadığı üçün cəhənnəm əzabı yaşamışıq. Bir tərəfdən həyat yoldaşımın itkin düşməsi, digər tərəfdən qardaşımın şəhid olması, atamın bir ayağının kəsilərək 1-ci qrup əlil olması, keçmiş mədəniyyət şöbəsi tərəfindən 1993 cü-ildən 2001-ci ilə kimi mənə və qızıma maddi kömək göstərilməməsi bizim çox böyük çətinliklərlə üz-üzə qalmağımıza səbəb oldu. Bu çətinliklərə görə dəfələrlə özümü və qızımı məhv etmək istəmişəm. Lakin son anda buna yol verməmişəm. Ona görə ki, həyat yoldaşım və qardaşım vətən, torpaq yolunda şəhid olublar. Onların şəhid ruhları səhv addımıma görə məndən inciyərdi. Odur ki, dözdüm, çətinliklərə tablaşıb övladımın gələcəyini düşündüm.
Ismayıllı məhkəməsinin 12 mart 2001-ci il qətnaməsindən sonra dövlət məni və övladımı himayə etməyə başladı və 2003-cü ildə Ismayıllı şəhərində bizi mənzillə təmin etdi. Lakin həyat yoldaşımın işlədiyi Ismayıllı rayon mədəniyyət və turizm şöbəsi tərəfindən 07 aprel 1993-cü ildən 12 mart 2001-ci il tarixinə kimi 96 ay üçün onun adına əmək haqqı hesablanıb. Keçmiş mədəniyyət şöbəsinin aidiyyatı işçiləri tərəfindən hesablanaraq ödənişi edilmiş həmin dövrlərin əməkhaqqı və müavinətləri şəhidin həyat yoldaşı kimi mənə verilməyib. Hazırda Ismayıllı mədəniyyət və turizm idarəsinin arxivində saxlanılan ödəniş cədvəllərində pul vəsaitlərinin alınmasına dair imzalardan mənim xəbərim yoxdur. Ödəniş cədvəllərində yalnız 6 ay üzrə olan imzalardan xəbərim var, bu imzalar özümünküdür. Lakin 90 ayın ödəniş cədvəllərindəki pul vəsaitlərinin alınması üçün imzalardan xəbərim yoxdur və bu pulları almamışam. Cənab prezident, həyat yoldaşım Qarabağ müharibəsində itkin düşüb, şəhid olub. Ismayıllı mədəniyyət şöbəsinin aidiyyatı işçiləri isə şəhidin adına, onun ailəsinə xəyanətlə məşğul olub. Ödəniş cədvəllərindəki pul vəsaitini şəhidin ailəsinə, yəni mənə ödəməyiblər. Mən yalnız həyat yoldaşımın əmək kitabçasını götürdüyüm zaman bu xəyanəti başa düşmüşəm. Ismayıllı rayon mədəniyyət və turizm şöbəsi işçilərinin şəhid adına, şəhid ailəsinə etdikləri bu xəyanətlərə nə ad vermək olar? Sulut kəndində maddiyyatsızlıqdan cəhənnəm əzabı yaşamış bir ana və atasının üzünü görməyən bir körpəyə çatası pulları mənimsəyənlərə hansı adı vermək olar? Cənab prezident, xahiş edirəm yazdıqlarımı tam şəkildə yerindəcə araşdırıb yoxlatdırın, haqq-ədaləti bərpa edin. 22 il ərzində mənə, övladıma vurulan maddi və mənəvi ziyan müəyyən edilsin və bizə qaytarılsın. Bir daha bildirirəm ki, 90 ay üçün pul vəsaitlərinin ödənişi üçün edilmiş imzalar saxtadır və həmin pul vəsaitləri mənim acizliyimdən, ailə başsızlığımdan mənimsənilib. Şəhid Mahmudov Təyyarın adına yazılıb hesablanmış və ödənmiş bütün dövrlərdəki imzalar ekspertiza edilsin, imza saxtakarlığını etmiş günahkarlar qanun qarşısında məsuliyyətə cəlb olunsunlar”.

P.S. Aldığımız son məlumata görə işlə bağlı korrupsiyaya qarşı mübarizə idarəsində cinayət işi açılıb və artıq İsmayıllı mədəniyyət və turizm şöbəsinin məsul əməkdaşları Bakıya çağrılaraq dindirilir.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO