16-03-2020, 21:45 Oxunub: 121

"Azərbaycan Dəmir Yolları" QSC-də DEZİNFEKSİYA YEYİNTİSİ... - İDDİA

"Azərbaycan Dəmir Yolları" QSC-də DEZİNFEKSİYA YEYİNTİSİ... - İDDİA


"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovla bağlı redaksiyamıza yeni informasiya daxil olub. Mötəbər mənbədən DİA.AZ-a verilən informasiyada qeyd olunur ki, son günlər bütün dünyanı sarsan koronavirus təhlükəsi ilə bağlı bu günlərdə dəmiryolu idarəsinin binasında dezinfeksiya işləri həyata keçirilsə də, quruma aid qatarlarda doğru-dürüst bu iş həyata keçirilmir.

Redaksiyamıza "Azərbaycan Dəmir Yolları" QSC-nin adının çəkilməməsini istəyən əməkdaşı bildirib ki, sözügedən qurumda dezinfeksiya işlərinə, ümumiyyətlə, koronavirus təhlükəsinə sanki dırnaqarası yanaşılır:

"Dəmir yolunun binasını xlorladılar, amma qatarlar qaldı. Binanı da bir dəfə xlorlayıblar, onun üstündən xadimələr qırx dəfə təmizlik işi aparıblar. Yəni sonrakı müddət boyunca dezinfeksiya işləri nəzərə alınmayıb. Əsas təhlükə isə qatarların durumudur. Aşkar görünür ki, burada da yeyinti faktı var. Yəni koronavirusdan dezinfeksiya adı altında pullar ayrılsa da, təyinatı üzrə xərclənməyib. Yəqin müvafiq qurumlar bu məsələ ilə bağlı Cavid Qurbanova iradlarını çatdıracaq..."

Dia.az olaraq iddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Gömrük Komitəsi dezinfeksiya şirkətlərinə də PROBLEM YARADIR - Heç olmasa, belə günlərdə GÜZƏŞT TƏTBİQ OLUNSUN... Gömrük Komitəsi dezinfeksiya şirkətlərinə də PROBLEM YARADIR - Heç olmasa, belə günlərdə GÜZƏŞT TƏTBİQ OLUNSUN... Sosial Azərbaycanda biabırçı DEZİNFEKSİYA fırıldağı... - Bu durumda da qazancı üstün tuturlar... Azərbaycanda biabırçı DEZİNFEKSİYA fırıldağı... - Bu durumda da qazancı üstün tuturlar... Sosial Bakı kəndlərinə işləyən avtobuslar dezinfeksiya olunur Bakı kəndlərinə işləyən avtobuslar dezinfeksiya olunur Sosial Bakıda koronavirus təhlükəsi – Bu binalar dezinfeksiya edilir Bakıda koronavirus təhlükəsi – Bu binalar dezinfeksiya edilir Sosial Avtobuslara koronavirusla bağlı nəzarət ARTIRILDI Avtobuslara koronavirusla bağlı nəzarət ARTIRILDI Sosial