“Bu nə səviyyəsizlikdir?” – Sevil Əliyeva
Sosial
Oxunub: 1 267
8 sen 2015 | 07:33
“Bu nə səviyyəsizlikdir?” – Sevil Əliyeva











Mərhum prezident Heydər Əliyevin qızı, prezident İlham Əliyevin bacısı Sevil Əliyeva Bakıdadır. Bu haqda mətbuatda məlumatlar verilib və onun ilkin açıqlaması dərc edilib

Sevil Əliyeva özü Haqqin.az-a açıqlamasında bildirmişdi ki, azad insan və turist kimi Bakıya gəlib: “Çoxdan idi valideynlərimin məzarını ziyarət etmirdim. Yeni Bakının gözəlliklərini görməyi də çox istəyirdim. Biz hazırda atamın bir vaxtlar yaşadığı iqamətgahda qalırıq. O, bizi həmişə aşağıda, qapının qarşısında qarşılayardı. Həmin anlar həmişə gözümün önündədir, unutmamışam. Bu ev bizə atamı xatırladır. O, bizi sonuncu dəfə də buradan yola salmışdı”.
Ancaq “Azadlıq” qəzeti Sevil Əliyevanın Bakıya gəlişinin səbəbləri barədə digər iddialar yazıb. Qəzet iddia edib ki, xeyli müddətdir Londonda yaşayan Sevil Əliyevanın Azərbaycana qəfil gəlişi mərhum əmisi Aqil Əliyevin oğlu İlqar Əliyevlə bağlı yaranmış hansısa problemlərlə əlaqəli olub : “Məlumat üçün deyək ki, Beynəlxalq Bankla bağlı “kredit qalmaqalı”na görə İlqar Əliyevin sahibi olduğu dərman satışı ilə məşğul olun “Riad Farm” şirkətinin hüquqi sahibi Həsən Şərifovla icraçı direktoru Aqil Quliyev həbs olunub. Onlar Beynəlxalq Bankdan külli miqdarda kredit götürərək mənimsəməkdə ittiham olunur. İddialara görə, İlqar Əliyev bu məsələ ilə bağlı əmisi oğlu olan ölkə başçısı İlham Əliyevin qəbuluna gedib. Lakin ölkə başçısı onu qəbul etməyib. Bundan başqa, məlumata görə, İlqar Əliyevdən Baş Prokurorluqda tutduğu vəzifədən istefa verməsi barədə ərizə alınıb. Bildirilir ki, Sevil Əliyeva məhz bu məsələləri yoluna qoymaq üçün Bakıya gəlib”.
Bu iddialarla bağlı Sevil Əliyeva yenidən açıqlama verib. O, Haqqin.az-ın bununla bağlı müraciətinə çox sərt reaksiya verib: “İlk növbədə demək istəyirəm ki, sizə ayıb deyilmi? Yəni, mənim doğma şəhərimə gəlmək haqqım yoxdur? Öz evimə gələ bilmərəm? Bu nə uydurma və səviyyəsizlikdir? Axı mən artıq dedim ki, bura azad bir insan kimi gəlmişəm. Qohumlarım və dostlarım ilə görüşürəm. Valideynlərimin məzarını ziyarət etmişəm. Bax, indi də mən oğlumla birlikdə evdəyəm. Əmiqızı Fəxriyyə Xələfova və onun oğlu Məhəmməd bizə qonaq gəlib, oturub birlikdə çay içirik“.
Daha sonra S. Əliyeva yayılan məlumata münasibət bildirib: “O ki qaldı mənim əmim oğlu İlqar Əliyevə, bununla bağlı onu demək istəyirəm ki, mən sonuncu dəfə institutda oxuyanda onu görmüşəm. Bu nə axmaqlıdır, siz nə danışırsız?! Ümumiyyətlə, mən nə bu oliqarxlarla bağlı, nə onların kreditləri haqqında, nə də digər qalmaqallarla bağlı heç nə bilmirəm. “Oliqarx”, “məmur”, “vəzifə” – bunlar mənim ruhuna yad olan sözlərdir. Hətta atam prezident olduğu vaxtlarda belə mən nə nazirlər, nə də məmurlarla heç vaxt görüşməzdim. Dövlət işlərinə heç vaxt qarışmamışam. Mənə yaxın insanlar, dostlar bunu yaxşı bilirlər. Mənim anam da belə idi”.
Sonda Sevil Əliyeva jurnalistlərdən onun adını bu cür qalmaqallara qarışdırmamağı xahiş edib: “Mənim adımı müxtəlif intriqalara və siyasi spekulyasiyalara cəlb etmək, qarışdırmaq lazım deyil. Hamınızdan bunu xahiş edirəm!”.
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
23-04-2024, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
23-04-2024, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
23-04-2024, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
23-04-2024, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
23-04-2024, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ