25-03-2020, 22:22 Oxunub: 94

Ağalar Vəliyevin işçiləri narazılıq edir - Müraciət...

Ağalar Vəliyevin işçiləri narazılıq edir - Müraciət...


"Biz Gəncə şəhərinin su və kanalizasiya sisteminin yenidənqurulması layihəsinin podratçısı olan «Azəraqrartikinti» ASC-nin işçi heyətiyik. Deputat Ağalar Vəliyevə məxsus olan bu şirkət koronavirusla mübarizə tədbirlərinin əksinə olaraq işçilərinin hüququnu pozur". Bu barədə DİA.AZ-a «Azəraqrartikinti» ASC Gəncə filialının işçiləri adından göndərilən müraciətdə deyilir.

Müraciətdə daha sonra bildirilir: "Belə ki, Gəncədə şirkətin işçiləri qalan yataqxana və yeməkxana bağlanıb, nəticədə yüzlərlə işçilər harada gəldi gecələyir, harada gəldi yemək yeyirlər. Virusun tüğyan etdiyi dövrdə Ağalar Vəliyev işçiləri küçəyə töküb, yataqxanadan və yeməkxanadan məhrum edib. Nəticədə yüzlərlə fəhlə antisanitar şəraitdə işləyir, küçələrdə, maşınlarda yatır, yeməyi harada gəldi yeyirlər. Prezidentin yaratdığı virusla mübarizə fonduna pul köçürərək işçilərin qayğısına qaldığı barədə yalan danışan «Azəraqrartikinti» ASC rəhbərliyi niyə bu əməllərinə görə məsuliyyətə cəlb olunmur? Kim Ağalar Vəliyevə ixtiyar verib ki, işçilərin əmək hüquqlarını pozsun, dövlətə qarşı inamı sarsıtsın, təxribat törətsin? Aidiyyatı dövlət qurumları hara baxır? Milyonlarla dövlət vəsaitini xərcləyən Ağalar Vəliyev işçiləri niyə yataqxana və yeməkxanadan məhrum edib?"
Ağalar Vəliyev işçilərin haqqını yeyir... - NARAZILIQ... Ağalar Vəliyev işçilərin haqqını yeyir... - NARAZILIQ... Sosial Etibar Pirverdiyev işçi haqqı yeməkdə ittiham olunur - İDDİA Etibar Pirverdiyev işçi haqqı yeməkdə ittiham olunur - İDDİA Siyaset “Gilan” holdinqdə maaş böhranı: yemək də kəsilib “Gilan” holdinqdə maaş böhranı: yemək də kəsilib Sosial Deputatın şirkətində narazılıq var... - GİLEY Deputatın şirkətində narazılıq var... - GİLEY Sosial Ağalar Vəliyevin şirkəti camaatı aldadır: QOÇULAR İŞ BAŞINDA Ağalar Vəliyevin şirkəti camaatı aldadır: QOÇULAR İŞ BAŞINDA Sosial