Təfəkkür Universitetinə köçürülən tələbələrə hədə-qorxu gəlirlər
Sosial
Oxunub: 1 139
12 sen 2015 | 08:05
Təfəkkür Universitetinə köçürülən tələbələrə hədə-qorxu gəlirlər

















Bakı Asiya Universiteti bağlandıqdan sonra diqqət mərkəzində olan əsas məsələ həmin təhsil ocağının tələbələrinin hansı ali məktəblərə yerləşdiriləcəyidir

Təhsil Nazirliyi açıqlama vermişdi ki, sentyabrın 10-a kimi tələbələr universitetlərə yerləşdiriləcək. Nazirlik həmin universitetlərin hansılar olduğunu açıqlamasa da, Modern.az-a daxil olan məlumata görə, Bakı Asiya Universitetinin tələbələrinin əksəriyyəti Təfəkkür Universitetinə köçürülüb. Tələblər Təfəkkür Universitetinə gəlsələr də, burada başqa bir problemlə rastlaşıblar. Belə ki, “Təfəkkür”də tələblərə bildirilib ki, Bakı Asiya Universitetində hər il ödədikləri təhsil haqqında çox pul verəcəklər. Tələbə valideynlərinin bildirdiyinə görə, əgər övladları Bakı Asiya Universitetində 2200 manat təhsil haqqı ödəyirdisə, Təfəkkür Universitetində onlardan 2800 manat istənilib. Halbuki, keçən il həmin ixtisaslar üzrə Təfəkkür Universitetində təhsil haqqı 2400 manat göstərilib. Valideynlər övldlarının 1-ci kurs tələbələri olmadığını, ikinci və ya üçüncü kursda oxuduqlarını bildiriblər. Bu da son deyil. Təfəkkür Universitetində köçürmə yolu ilə gələn tələbələrə hədə-qorxu gəlinib ki, sadalanan şərtlərlə razılaşmasalar, həm təhsildən kənarda qalacaq, həm də diplom ala bilməyəcəklər. Modern.az saytı məsələ ilə bağlı Təfəkkür Universiteti ilə əlaqə saxlayıb. Təhsil ocağından Bakı Asiya Universitetinin tələbələrinin bir qisminin onlara göndərildiyi təsdiqlənib. Amma digər suallarımıza cavab vermək istəməyiblər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən isə bildirilib ki, 2015-2016-cı tədris ili üçün Bakı Asiya Universitetinə tələbə qəbulu üçün qəbul planı ayrılmayıb. Qeyd edək ki, Bakı Asiya Universiteti Təhsil Nazirliyinə müraciət edərək, universitetin fəaliyyətinin müvəqqəti dayandırılması barədə bu ali məktəbin Elmi Şurasında qərarın qəbul edildiyini bildirib və hal-hazırda təhsil alan tələbələrin digər ali təhsil müəssisələrində yerləşdirilməsini xahiş edib. Təhsil Nazirliyi tərəfindən universitetin xahişi təmin olunub və 8 ixtisas üzrə təhsil alan 270 tələbənin digər universitetlərdə təhsillərinin davam etdirilməsinə razılıq verilib.
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı