Pensiyaçılara ŞAD XƏBƏR — Deputatlar təklif etdilər
Sosial
Oxunub: 401
2 apr 2020 | 16:30
Pensiyaçılara ŞAD XƏBƏR — Deputatlar təklif etdilər


Deputatlar karantin dövründə təqaüdçülərə pensiyalarını istənilən bankın bankomatından faiz tutulmadan çıxarılmasını təklif edir.
Bu barədə açıqlama verən millət vəkili İqbal Məmmədov deyib ki, məsələ Milli Məclisin İqtisadi, siyasət və sahibkarlıq komitəsinin dünən keçirilən iclasında da müzakirə olunub.

Onun sözlərinə görə, deputatlar iclasda karantin dövründə mobil bankomatların yaradılması və bir bankın kartı ilə digər banklardan nağd çıxarış edilən zaman faizlərin tutulmaması ilə bağlı müvafiq orqanların qarşısında məsələ də qaldırılıb.
“Ölkəmizdə koronavirus pandemiyası ilə əlaqədar olaraq ciddi karantin rejim elan edilib. Bununla əlaqədar olaraq 65 yaşdan yuxarı insanların çölə çıxması qadağan olunub. Əlbəttə tək yaşayan yaşlılarımız az deyil. Onlar təaüdlərini çıxarmaq üçün bankomatlara getməlidir. Təəssüf ki, rayonlar da bankomatlar azdır. Təaqüdlər daha çox Kapital Banklara köçürülür. Kapital Bankın kartı ilə başqa bankomatlardan pul çıxarılandan faiz çox çıxır. Biz banklara müraciət etdik ki, koronavirusla bağlı təhlükə keçənə kimi bütün banklar çıxan faizi eyni etsinlər. Belə olarsa insanlarımız rahat şəkildə öz təqaüdlərini çıxara biləcək".

Deputat onu da əlavə edib ki, Lerik rayonunda 160 kənd var. “Lakin rayon ərazisində cəmi 6 bankomat var ki, bununda dördü rayon mərkəzində, ikisi isə kənddədir. Karantin rejimi tətbiq edildiyindən insanlar pensiyalarını almaq üçün rayon mərkəzində gəlməkdə çəkinlik çəkirlər. Çünki yaşlılara çölə çıxmaq qadağan olunur. Digər tərəfdən də kəndlər arasında məsafə çoxdur. Buna görə də insanlarımız təqaüdlərini çıxara bilmirlər və nəticəə çətinlik çərkilər”, - deputat bildirib.
Deputat təklif edir ki karantin rejiminin tətəbiq edilməsni nəzərə alaraq aralıq müddətdə bankomat olmayan kəndlərdə təqaüdlər poçtlar vasitəsi ilə paylanılsın: “İkinci təklifim mobil bankomatlala bağlı oldu. Mobil bankomat olsa məncə insanlarımız rahat şəkildə təqüdlərini çıxara bilər”.
Millət vəkili Vahid Əhmədov isə “Ölkə.Az”a açıqlamasında deyib ki, deputatları ən çox narahat edən məsələlərdən də biri təqaüdçülərin problemidir. “Təqaüd alan şəxslər bunu almaq üçün bankomatlar qarşısında növbələrə dayanmağa məcburdurlar. Bu məsələyə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında toxunuldu. Doğrudur, Yeni Azərbaycan Partiyası təqaüdçülərə kömək etmək üçün müəyyən qruplar təşkil edib. Amma təqaüd alan şəxslər kartlarını heç kimə vermək istəmirlər. Hesab edirik ki, ümumiyyətlə, bu ödəniş məsələsini həll etmək lazımdır. Yalnız Beynəlxalq Bank və Kapital Bankdan deyil, koronavirus müddətində istənilən bankdan faiz çıxmadan təqaüdçülər öz vəsaitlərini çıxara bilməlidirlər”.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi