Deputat: “Heç kim koronavirus infeksiyasından sığortalanmayıb, odur ki, qaydalara ciddi əməl edək”
Sosial
Oxunub: 297
5 apr 2020 | 14:16
Deputat: “Heç kim koronavirus infeksiyasından sığortalanmayıb, odur ki, qaydalara ciddi əməl edək”


“Dövlət koronavirus pandemiyasına qarşı mübarizə ilə əlaqədar olaraq qabaqlayıcı tədbirlərini həyata keçirb və keçirməkdədir. Bütün bu qabaqlayıcı tədbirlər pandemiya təhlükənin böyüməsinin qarşısının alınmasına yönəlib. Ancaq belə bir pandemiyaya qarşı mübarizədə adminstrativ metodlar yetərli deyil. Belə bir pandemiyaya qarşı mübarizədə insanlar da tətbiq edilən karantin rejiminin qaydılarına ciddi riayət etməklə effektiv nəticə əldə etmək olar”.
Bunu “Ölkə.Az”a açıqlamasında Kamran Bayramov deyib.

Onun sözlərinə görə, insanlarımız vətəndaş məsuliyyətini dərk edərək anlamalıdırlar ki, kornavirus pandemiyası dünyaya "müharibə" elan edib və belə bir bəlaya bigaəa, laqeyd yanaşmaq olmaz:

“Bu gözəgörünməz düşmənin nə zaman və haradan peyda olacağını heç kim bilmir. Bu gün hətta iqtisadi və tibi sahədə dünyanın ən inkişaf etmiş ölkələri belə koronavirus pandemiyasına qarşı mübarizədə aciz qalıblar. Bilmirlər necə mübarizə aparsınlar. Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma halları və ölüm faktları artan xətt üzrə inkişaf edəndə, bu qitənin bir çox ölkəsində nisbi sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın çoxlu sayda ölkəsində tüğyan edir. Avropa ilə müqayisədə, ABŞ-da yayılma və ölüm halları gec başladı, indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Vəziyyət o yerə çatıb ki, dünyanın müxtəlif ölkələri pandemiyaya qarşı mübarizədə ABŞ-a yardım edirlər. Bu amansız virus yaşından asılı olmayaraq hamını hədəf seçə bilir. Belə bir vəziyyətdə öz sağlamlığımıza və təhlükəsizliyimizə laqeyd qalmayaq. Bu gün dünyanın digər ölkələrində olduğu kimi koronavirus Azərbaycanda da yayılmaqdadır. Əgər əvvəllər xaricdən gələn soydaşlarımızda bu infeksiya aşkar edilirdisə, son zamanlarda daxili yoluxma halları da qeydə alınmaqdadır. Bu da əsasən vətəndaş məsuliyyətsizliyi nəticəsində baş verir. İnsanların özlərinin və ətrafdakılarının, yaxınlarının qohum-əqrəbalarının, övladlarının, valideynlərinin taleyinə laqeyd, biganə münasibəti nəticəsində olur. Bunu ölkə başçısı da öz fikirlərində dilə gətirib. Odur ki, məsələnin ciddiliyinə varmaq və qaydalara riayət etmək lazımdır” - deputat bildirib.

Deputat əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva koronavirus pandemiyasının ölkəmizdə yayılmasının qarşısını almaq və ən az itki ilə çıxmaq üçün zəruri addımlar atır:
“Ölkə rəhbərliyinin göstərişi ilə ölkəyə ən müasir standartlara cavab verən laborator avadanlıqlar gətirilib. Məhz bunun nəticəsi olaraq indiyədək 35 mindən artıq insan laborator testdən keçib. Ölkə başçısının atdığı bu zəruri addımlar vətəndaşımızın təhlükəsizliyinin və sağlamlığının müdafiəsinə yönəlib. Görülən tədbrilərin nəticəsidir ki, koronavirus pandemiyası ölkədə nəzarətdədir. Ciddi karantin rejimin tətbiq edilməsi də məhz infeksiyanın genişlənməsinin qarşısının alınmasına və miqyasının az olmasına xidmət edir. Ancaq məsələ bununla bitmir. Virusun yayılmasının qarşısının alınmasında ən başlıca məsuliyyət vətəndaşın üzərinə düşür. Təəssüflər olsun ki, bəzi insanlarımız hələ də məsələnin mahiyyətini ya dərk etmir, ya fərqində deyil və yaxud da başa düşsə də məsələyə laqeyd, biganə yanaşır. Məhz ölkə daxilində infeksiyaya yoluxanların çoxu məhz məsələyə məsuliyyətsiz yanaşması nəticəsində olub. Odur ki, məsələnin ciddiliyini nəzərə alaraq Operativ Mərkəzin qəbul etdiyi qaydlara, tövsiyyələrə riayət etməlidirlər. Unutmayaq ki, hazırda ümumiyyətlə dünyada vəziyyət ən pis ssenari üzrə davam etməkdədir. Prosesin necə inkişaf edəcəyini heç kim pronozlaşdıra bilmir” - deputat vurğulayıb.

Deputat bildirib ki, proses xoşagəlməz ssenari üzrə inkişaf edərsə, onun ağır nəticələrini ilk növbədə biz vətəndaşlar çəkməli olcağıq:

“Hansı ki, bu gün ABŞ, İspaniya, İtaliya, İran və digər ölkələrə belə bir problemlə üz-üzədir. Bu acı reallıqdır və bunu dərk edərək məsələyə ciddi yanaşmaq lazımdır. O baxımdan hər bir vətəndaş karantin rejiminə ciddi əməl etməli, evdən bayıra çıxmamalıdır. Bir nəfərin yoluxması çevrəsindəki, təmasda olduğu bütün insanları, doğmalarını da bu bəlaya sürükləyə bilər. Çünki heç kim bu bəladan sığortalanmayıb. Əgər biz dövlətimizlə əl-ələ versək, bu virusun geniş şəkildə yayılmasının qarşısını ala bilərik”- deputat bildirib.
Bu gün, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Bu gün, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Bu gün, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Bu gün, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Bu gün, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Bu gün, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Bu gün, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Bu gün, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Bu gün, 12:09
Tarixi əməkdaşlıq
Bu gün, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Bu gün, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Bu gün, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Bu gün, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Bu gün, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Bu gün, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Bu gün, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Bu gün, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Bu gün, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Bu gün, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Bu gün, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Bu gün, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Bu gün, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb
Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ