Muxtar Respublikada koronavirus niyə gizlədilirmiş? – ŞOK iddialar
Sosial
Oxunub: 326
7 apr 2020 | 22:50
Muxtar Respublikada koronavirus niyə gizlədilirmiş? – ŞOK iddialar


“Srağagün Naxçıvanın Şərur rayonunun Aralıq kəndində koronavirusun yayılması və bununla bağlı Vasif Talıbovun göstərişi ilə kənd xəstəxanasının baş həkimi Asəf Tağıyevin işdən çıxarılması barədə məlumatları qeyd eləmişdim. Əslində təfərrüatı ilə məlumatım vardı, sadəcə rəsmi qurumları real vəziyyəti gizlətməməyə, rəsmi açıqlama verməyə çağırmışdım”.
Ovqat.com xəbər verir ki, bu sözləri tanınmış jurnalist Cavanşir Həsənli facebook səhifəsində paylaşıb.
Jurnalist Naxçıvan MR Səhiyyə Nazirliyinin bu gün yaydığı məlumatı şərh etdiyi status-məqaləsində daha sonra bildirir: “Dünən isə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi məlumat yayaraq 18 nəfərdə belə bir virusun aşkarlandığını, onlardan 17 nəfərinin xüsusi rejimli xəstəxanada müalicələrini davam etdirdiyini təsdiq edib.

İndiyə qədər muxtar respublika rəhbərliyi real vəziyyəti nəinki təhrif edirdi, hətta faktları gizlədirdi. Səbəbi təkcə Naxçıvanda problemlərin ört-basdır edilməsi ənənəsi ilə bağlı deyildi, həm də onunla bağlıdır ki, muxtar respublikada virusa yoluxma faktı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun qohumlarında da qeydə alınıb. Belə ki, virusa yoluxanlar arasında Vasif Talıbovun Aralıq kənd sakini olan 1968-ci il təvəllüdlü əmisi nəvəsi və onun ailə üzvləri də var. Etika xatirinə həmin şəxsin ad və soyadlarını yazmıram.

Virusun mənbəyi İrandır və Naxçıvanda virusa ilk yolixma faktı Talıbovun əmisi nəvəsinin Xök kəndindən olan və bir müddət əvvəl İrandan qayıtmış baldızında qeydə alınıb. Həmin şəxs baldızı İrandan qayıtdıqdan sonra onun karantinə alınmasına imkan verməyib, qadın bir müddət Vasif Talıbovun əmisi nəvəsinin kənddəki lavaş sexində işləyib.

Aralıq kəndində koronavirusun qeydə alınmasından sonra bu faktı ört-basdır etməyə çalışıblar və kənd xəstəxanasının baş həkimi Asəf Tağıyevin bu səbəbdən işdən uzaqlaşdırıldığı bildirilir.
Hazırda kənddə virusa daha çox adamın yoluxmuş ola biləcəyi ilə bağlı narahatlıqlar var”.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...