Azərbaycanda koronavirusla bağlı zərər çəkən minlərlə sahibkara maliyyə dəstəyi göstərildi
Sosial
Oxunub: 258
13 apr 2020 | 17:48
Azərbaycanda koronavirusla bağlı zərər çəkən minlərlə sahibkara maliyyə dəstəyi göstərildi


Koronavirus pandemiyası nəticəsində zərərə məruz qalmış sahibkarlara maliyyə dəstəyinin göstərilməsi davam etdirilir.
Maliyyə Nazirliyindən bildirilib ki, aprelin 13-də nazirliyin Dövlət Xəzinədarlığı Agentliyi İqtisadiyyat Nazirliyinin təqdim etdiyi sifarişlər əsasında iş yerlərinin və sosial sabitliyin qorunması istiqamətində pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının ödənilməsi üçün 1983 vergi ödəyicisinə 3 milyon 652 min manat, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 2560 fərdi (mikro) sahibkara isə 2 milyon 948 min manat vəsait yardım edilib. Vəsaitlər onların müvafiq bank hesablarına köçürülüb.
Bundan əvvəl, aprelin 9-da Maliyyə Nazirliyi tərəfindən ilk tranş da nəzərə alınmaqla, bugünkü tarixə 5752 vergi ödəyicisinə ümumilikdə, 8 milyon 939 min manat maliyyə dəstəyinin göstərilməsi təmin olunub.

Koronavirus (COVID-19) pandemiyasının və dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı ölkə prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına, həmçinin Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli qərarı ilə təsdiqlənən Tədbirlər Planına uyğun olaraq, sahibkarlara maliyyə dəstəyinin ödənilməsi onların müraciəti əsasında İqtisadiyyat Nazirliyi tərəfindən formalaşdırılaraq təqdim olunan sifarişlər əsasında xəzinədarlıq orqanları tərəfindən gündəlik əsasda davam etdirilir.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi