Aprelin 20-də karantin rejimi ləğv ediləcəkmi? — AÇIQLAMA
Sosial
Oxunub: 334
13 apr 2020 | 18:19
Aprelin 20-də karantin rejimi ləğv ediləcəkmi? — AÇIQLAMA


Xəbər verdiyimiz kimi dünən Azərbaycanda koronavirusa yoluxanların sayı 40, sağalanların sayı 50 nəfər olub. Ümumilikdə son bir neçə gündə ölkə ərazisində koronavirusa yoluxanların sayı azalmağa doğru gedir. Əgər yoluxma sayı aprelin 20-nə kimi azalma tendensiyası ilə davam etsə, ölkə ərazisində karantin rejimi ləğv edilə bilərmi?
Bununla bağlı sonxeber.az-a danışan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, karantin rejimi ilə bütün qərarları Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah verəcək: "Karantin rejim elədir ki, onun haqqında hər kəsin subyektiv fikir söyləməsi doğru deyil. Operativ Qərargah dünyada gedən prosesləri və Azərbaycanda pandemiyanın meyilllərini müəyyən edərək qərar verəcək. İki gündür ki, yoluxma sayınsa azalma var. Bu bizi çox sevindirir. Bu həftə ərzində enmələr davam edərsə təbii ki, yaxın zamanda karantin rejiminin daha yüngüləşdirilmiş formasına keçərik. Düşünmürəm ki, birdən-birə biz karantin rejimindən imtina etməliyik. Karantin rejimindən tam imtina yox, bir az yüngülləşməsindən söhbət gedə bilər. Koronavirus pandemiyasının belə bir xüsusiyyəti var ki, bir həftə içində azalma olsa da, digər həftədə artım ola bilər. Düşünürəm ki, 14 günlük deyil, 28 günlük müddəti gözləmək lazımdır. Elə yoluxan insanlar var ki, inkubasiya dövrü ləng gedə bilər. Daha sonrakı mərhələlərdə aşkar oluna bilər. Ona görə də düşünmürəm ki, aprelin 20-də biz karantin rejimindən tam imtina edə bilərik. Hər halda bu azalma davam etsə, karantin rejiminin bölgələr üzrə müəyyən şərtlərini yüngülləşdirmək olar. Mayın əvvəllərinə qədər biz hələ də karantin rejimini davam etdirməliyik".
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası