Qaza, suya və işığa borcu olanların nəzərinə! – VİDEO
Sosial / Video
Oxunub: 541
22 apr 2020 | 21:41
Qaza, suya və işığa borcu olanların nəzərinə! – VİDEO


Xüsusi karantin rejimində evdən çıxmayan vətəndaşlar kommunal xidmətlərdən daha çox istifadə edir. Belə olan halda, vətəndaşların bu istiqamətdə xərcləri artır. Bəs bu günlərdə borca görə, vətəndaşın qazı, suyu və işığı kəsilə bilərmi? Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı deyir ki, COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlər çərçivəsində bu günlərdə borca görə heç kimin suyu kəsilə bilməz.

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Anar Cəbrayıllı – “Azərsu” ASC-nin mətbuat katibi: “Əsas diqqət odur ki, vətəndaşlarımız içməli sudan problemlə üzləşməsinlər. Diskomfort yaşamasınlar. Ona görə biz müvəqqəti olaraq mexaniki sayğacların göstəricilərinin oxunmasını da dayandırmışıq. Bu gün əməkdaşlarımız heç bir qapıya getmirlər. Biz bütün kontaktları sıfıra endirmişik. Heç kimin qapısını döymürlər, onun sayğacına baxış keçirmirlər və yaxud onun suyunu kəsilməsi ilə bağlı hər hansı bir xəbərdarlıq etmirlər”.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov isə deyir ki, mexaniki tipli sayğaclardan istifadə edən abonentlər bildirişi aldıqdan sonra onun istifadə etdiyi qaza görə ödənişi həyata keçirməsi üçün 30 günlük müddəti olur.

Ceyhun Səfərov – “Azəriqaz” İB-nin mətbuat katibi: “Yəni bunu bu 30 günün 1-ci günündə də, bildirişi aldığının səhərisi günü də, 30-cu günündə də ödəyə bilər. Bu, onun ixtiyarında olan bir məsələdir. Bunu biz 30 gün ərzində onun üçün borc hesab etməyəcəyik. Ödəniş imkanları bu müddətdə həyata keçirilə bilər”.

Karantin rejimində isə bu məsələrlə xüsusilə diqqətlə və anlayışla yanaşılır. Belə ki, 30 günü keçdikdən sonra da ödəniş etməyən abonentin qazı kəsilməyəcək.

Ceyhun Səfərov – “Azəriqaz” İB-nin mətbuat katibi: “Hələ ki, bu günə qədər borca görə, hər hansı abonentin qazı kəsilməyib. Maksimum maarifləndirmə və anlaşılma şəraitində bu məsələlərin həllinə səy göstəririk. Abonentlə söhbət aparılır. Ona vəziyyət izah olunur. Amma bu zaman onun borca görə qazı kəsilmir”.

“Azərişıq” ASC isə abonentlərə borca görə güzəşt etmir. Hətta evlərə xəbərdarlıq bildirişləri də gəlib. Qurum bu günlərdə vətəndaşların istifadə etdiyi elektrik enerjisinə görə borcub yaranmasın deyə, bütün növ xidmətləri onlayn şəkildə davam etdirir.

Tanrıverdi Mustafayev – “Azərişıq” ASC-nin mətbuat katibi: “İstehlakçılarımızın pandemiya dövründə çətinlik çəkməməsi ilə əlaqədar olaraq ilk gündən mobil tətbiq və ya azərişıq.az saytında “online” ödəmə sistemi mövcuddur. Bütün istehlakçılarımız onlayn xidmətdən yararlanır. Eləcə də istifadə olunmuş elektrik enerjisi haqlarını həmin vasitələrədən istifadə etməklə ödəyirlər”.

“Azərişıq” ASC həmçinin sosial şəbəkə hesabları vasitəsilə canlı bağlantı, eləcə də votsap üzərindən müraciətlərin qəbulunu həyata keçirir.

Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE