Ramil Usubov koronavirusla mübarizədən danışdı
Sosial
Oxunub: 275
9 may 2020 | 16:16
Ramil Usubov koronavirusla mübarizədən danışdı


"Azərbaycanın pandemiyanın fəsadlarını aradan qaldırmaq üçün yürütdüyü mübarizəni dünyanın ən nüfuzlu təşkilatları, qurumları, mütəxəssisləri beynəlxalq miqyasda birmənalı şəkildə mükəmməl nümunə kimi dəyərləndirir, uğurlu sayırlar. Bu prosesin nüvə mərkəzi olan Ümumdünya Səhiyyə Təşkilatı Azərbaycanın təcrübəsindən digər ölkələrin yararlanmasının vacibliyini artıq dəfələrlə bəyan edib".
Bunu Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov "Azərbaycan" qəzetinə müsahibəsində deyib.

Təhlükəsizlik Şurasının katibi bildirib ki, BMT, Qoşulmama Hərəkatı, Türkdilli ölkələrin Əməkdaşlıq Şurası, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də digər təsisatlar ölkəmizin bu sahədəki fəaliyyətini təqdir edir, öyrənirlər:
"Dövlətimiz Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ilk gündən koronavirusla mübarizənin ən effektiv nümunəsini ortaya qoydu. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət qurumlarından ibarət Operativ Qərargah yaradılmasından tutmuş, sosial və məhdudlaşdırıcı izolyasiya tədbirlərinin həyata keçirilməsi, karantin rejiminin və hərəkət məhdudiyyətinin tətbiq olunması kimi qərarlar Azərbaycan dövlətinin ilk gündən koronavirusla mübarizəyə olduqca effektli yanaşmasını sübut etdi. Azərbaycan ictimaiyyəti, eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın əsl vətəndaşlıq missiyasının bir daha şahidi oldu.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu ölkədə genişmiqyaslı sosial aksiyalar həyata keçirir. On minlərlə ailə Azərbaycanda ən səmimi inam, etimad ünvanlarından birinə çevrilən bu fondun yardımından bəhrələnirlər. Ulu Öndərin ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz Azərbaycanın dövlət müstəqilliyinin, milli inkişafının və təhlükəsizliyinin etibarlı təminatçısıdır. Bu gün xalqımız onu hər cür bəlalardan, qlobal təhlükələrdən qoruya bilən, müdafiə edən qüdrətli lider İlham Əliyevə sonsuz güvənc hissi duyur, onun ətrafında sıx birləşərək əbədiyaşar Heydər Əliyevin işıqlı ideallarını, arzularını yaşadır, inkişaf etdirir", deyə R.Usubov vurğulayıb.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...